Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1829/2022 28.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, sosial şəbəkədə özü Cavabdeh (bundan sonra cavabdeh) mətbəx mebelləri ilə bağlı öz şəxsi sosial şəbəkə profillərində etdiyi paylaşımlarına baxdıqdan sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin mətbəxini mebellə təchiz etmək qərarına gəlmişdir. Cavabdehə məxsus sosial şəbəkə profilində əlaqə üçün qeyd edilmiş mobil nömrələrə zəng edərək sifarişinin qeydə alınması ilə bağlı danışıqlar aparmış və nəticədə xx.xx.2022-ci il tarixində cavabdeh sifarişini qəbul edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin mətbəxini mebellə təchiz etmək üçün gəlmişdir. Cavabdeh müəyyən formada mətbəx mebellərinin quraşdırılması ilə bağlı ölçüləri qeyd etdikdən sonra görüləcək işlərin ümumi məbləğinin 1400 manat olmasını ona bildirmiş, ilkin ödəniş kimi ondan 600 manat pul vəsaitinin ödənilməsini təklif etmiş və sifarişin xx.xx.2022-ci ildə hazır olmasını ona bildirmiş, o, da cavabdehin vədlərinə inanaraq cavabdehə xx.xx.2022ci il tarixində 600 manat pulu ilkin ödəniş kimi vermişdir. xx.xx.2022-ci il tarixində cavabdehə “whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq sifarişinin hazır olması ilə bağlı əlaqə saxlasa da cavabdeh sifariş etdiyi mətbəx mebelinin rəngin tapa bilməməsi ilə bağlı alternativ olaraq digər rəngi sifariş etməsini təklif etdi və elə həmin gün faktiki yaşadığı ünvana gələrək sifarişi ilə bağlı dəqiqləşdirmə apararaq sifarişinin 2 gün sonra hazır olacağını bildirdi. xx.xx.2022-ci il tarixində cavabdehlə əlaqə saxlasa da cavabdeh sifarişinin bir neçə gün sonra hazır olacağı ilə bağlı məlumat vermişdir. Cavabdehlə sifarişinin xeyli vaxt ərzində hazır olmaması artıq onda əsaslı şübhələr yaratdığından o, cavabdehə sifarişinin ləğv olunmasına və ilkin ödəniş kimi cavabdehə verdiyi 600 pulun geri qaytarılmasını tələb etsə də cavabdehin müraciətini əvvəl 600 manat pulu geri qaytaracağını söz versə də bir müddət sonra telefon zənglərinə belə cavab verməmişdir. Cavabdehin hərəkətlərinə hüquqi qiymətin verilməsi ilə bağlı o, aidiyyatı olaraq Bakı şəhəri, Sabunçu rayonu 12-ci polis şöbəsinə müraciət etsə də, müraciətinin mülki xarakterli olduğundan mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 80 manat (60 manat iddia ərizəsinin tərtibi üçün + 20 manat cavabdeh haqqında məlumat əldə olunması MAPS arayışının alınması üçün) və 30 manat məhkəmə üçün dövlət rüsumu pul xərcləmişdir. Buna görə də Cavabdeh 600 manat borcun və hüquqi yardımın göstərilməsi üçün 80 manat və 30 manat məhkəmə üçün dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək həmçinin məhkəməyə ərizə ilə müraciət edərək iddianın qiyabi icraat qaydasında baxılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olsa da, məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməməsini əsas götürərək işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.1992-ci il tarixdə Ağdaş rayonu, Cücük kəndində anadan olmuş, Ağdaş rayonu, Qaradağlı ərazi dairəsi, Cücük kəndində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yaşayan İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı instaqram səhifəsindən Pünhan adı ilə tanıdığı şəxsə mebel düzəltməsi üçün 800 manat pul verdiyini, lakin sonuncunun vədinə əməl etməməsi səbəbindən Polis şöbəsinə müraciəti əsasında qarşı tərəfin izahatı alınmış, müraciətin mülki xarakterli olduğu müəyyən edilmiş və müli qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardımın alınması üçün 80 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, iddiaçı instaqram sosial şəbəkəsi vasitəsi ilə tanıdığı Cavabdeh ilə ümumi məbləği 1400 manat təşkil edən mətbəx mebelinin hazırlanması üçün sifariş vermiş və öz aralarında razılığa gələrək cavabdehə ilkin ödəniş olaraq 600 manat vermişdir. Cavabdeh sözügedən mətbəx mebelini iddiaçıya təhvil vermədiyindən iddiaçı ona vermiş olduğu 600 manat pulu geri istəmiş, cavabdeh isə iddiaçının güvənindən sui-istifadə edərək iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 600 manat borc, hüquqi yardımın göstərilməsi üçün 80 manat və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 manat borc, hüquqi yardıma görə ödənilmiş 80 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 710 manat (yeddi yüz on manat) alınaraq İddiaçı xeyrinə verilməlidir. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən on gün müddətində cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1829/2022
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-1829/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver