Məhkəmə qərarları › İş №2(014)-1841/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1841/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1841/2021 30.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Ağdaş şəhərində doğulmuş və Ağdaş şəhər, H.Əliyev pr-82/11 ünvanında qeydiyyatda olan Cavabdeh 502 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 532 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 16 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 380 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 150 manat məbləğində borcu qalıb. İş üzrə Cavabdeh 04 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 368 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 144 manat məbləğində borcu qalıb. İş üzrə Cavabdeh 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 396 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 208 manat məbləğində borcu qalıb. Odur ki, cavabdehdən 502 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 532 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərədən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18 iyul 2019-cu il tarixdə ADK5730315 saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 396 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 24 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 iyun 2019-cu il tarixdə ******* saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 368 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 20 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 29 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16 mart 2019-cu il tarixdə ******* saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 380 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 20 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 30.09.2020-ci il tarixli 2900 saylı maliyyə arayışının surətindən görünür ki, 18 iyul 2019-cu il tarixdə ADK5730315 saylı müqavilə üzrə ödənilməmiş 208 manat, 04 iyun 2019-cu il tarixdə ******* saylı müqavilə üzrə ödənilməmiş 144 manat, 16 mart 2019-cu il tarixdə ******* saylı müqavilə üzrə ödənilməmiş 150 manat olmaqla ümumilikdə cavabdehin 502 manat ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 300 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18 iyul 2019cu il tarixdə ADK5730315 saylı müqavilə üzrə ödənilməmiş 208 manat, 03 iyun 2019-cu il tarixdə ******* saylı müqavilə üzrə ödənilməmiş 144 manat, 16 mart 2019-cu il tarixdə ******* saylı müqavilə üzrə ödənilməmiş 150 manat olmaqla ümumilikdə 502 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 532 məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 18 iyul 2019-cu il tarixdə ADK5730315 saylı müqavilə üzrə ödənilməmiş 208 manat, 03 iyun 2019-cu il tarixdə ******* saylı müqavilə üzrə ödənilməmiş 144 manat, 16 mart 2019-cu il tarixdə ******* saylı müqavilə üzrə ödənilməmiş 150 manat olmaqla ümumilikdə 502 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar