Məhkəmə qərarları › İş №2(014)-187/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-187/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-187/2022 27.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhər, Nizami küçəsində yaşayan Cavabdeh 2229.45 (iki min iki yüz iyirmi doqquz 45 qəpik) manat əsas borcun, 42.29 (qırx iki manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 2272.14 (iki min iki yüz yetmiş iki 14 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB sabunçu filialı, Kod 805573, VöEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, AZəriqaz İB VÖEN**********, İBAN: AZ72İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh **********01690 saylı qaz hesabında ödənilməmiş 2229.45 manat borc vardır, həmin borcun 2013.45 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 216 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Hazırda cavabdehdən sayğac üzrə aparılan hesabata əsasən tələb olunan 2013.45 manat borc mənzildə istismarda olan G4 markalı **********6 saylı sayğacın 11445 m3 göstəricisi ilə yaranmışdır. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələri tərəfindən 25.10.2019-cu il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində stirmarda olan G-4 markalı 10300601 nömrəli qaz sayğacı, sayğaca müdaxlə ehtimalı səbəbilə istismardan açılmışdır. Bununla bağlı qaz sayğacı şəbəkədən açılaraq yeni G-4 markalı **********6 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından keçirilən qaz sayğacına verilmiş rəydə “sayğacın hesablama mexanizmi ilişərək və səslə işləyir, plastmas qapağın yan tərəfində iz var, daxili daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir”. Dövlət yoxalmasının verdiyi rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə istifadə qaydalarının pozulması haqqında 16.12.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.12.2019-cu il tarixli qərarı ilə 2160 ( və ya 216 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X1 məhkəmə iclasına ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin qaz hesabında borc daha da artmış və hazırki vəziyyətdə onun borcu 2504.04 manat təşkil etmişdir. Belə ki, cavabdehin qaz hesabında olan 2504.04 manat borcun 2288.04 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 216 manat hissəsi isə həmin ünvanda təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Ona görə də həmin hissədə iddia tələbi artırılmalıdır. Göstərilənləri nəzərə alaraq 27.01.2022-ci il saat 12:00-a təyin edilmiş iclasın iştirakı olmadan keçirilməsini, iddia tələbinin artırılmasına dair ərizənin icraata götürülməsini və cavabdeh Ağdaş şəhər Nizami küçəsində yaşayan xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh 2504.04 manat əsas borcun və əvvəlcədən ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ağdaş rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadına və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin dəyişdirilməsi barədə ərizə hazırlıq iclası yekunlaşanadək verilməli olduğundan, iddiaçının iddianın həcminin artırılması barədə ərizəsinin icraata götürülməsi qeyri-mümkün hesab edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən İddiaçı məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh məhkəmə iclasında ərizə verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, onkoloji xəstə olduğu üçün qazdan istifadəyə görə yaranmış borcu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Əlavə olaraq ondan 216 manat əsassız hesablanmış borc tələb etmələrinə dair hissədə qəbul etmir. Buna görə də həmin hissədə rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 22.10.2019-cu il tarixli **********01690 saylı 2021-ci ilin noyabr ayına verilmiş abonent saldosundan da görünür ki, Cavabdeh ümumilikdə 2229.45 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 28.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, 16.12.2019-cu il tarixli ******* №-li Akta əsasən Cavabdeh 2160 m3 ( və ya 216 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı, 28.12.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacın hesablama mexanizmi ilişərək və səslə işləyir, plastmas qapağın yan tərəfində iz var, daxili daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25.10.2019-cu il tarixli ******* saylı aktın surətindən məlum olur ki, Sokar tipli G-4 markalı 10300601 nömrəli köhnə sayğac çıxarılaraq yerinə yeni Zenner tipli G-4 markalı **********6 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X4 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 03.12.2020-ci il tarixli 7524-12-20 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş, sayğaca görə 2013.45 manat və həm də itirilmiş qaz həcminin müəyyən ediməsinə görə 216 manat borc, ümumilikdə 2229.45 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi, sayğac göstəricilərinə əsasən hesablanmış 2013.45 manat borc hissəsində tutulmalı, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı 216 manat borcun tutulması hissəsində isə rədd edilməlidir. 16.12.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış ziyana gəldikdə isə qaz sayğacı həyətin çöl divarında kənarda yerləşdiyindən qaz sayğacına hər hansı müdaxiləyə görə Cavabdeh hər hansı bir məsuliyyət daşıya bilməz. Buna görə də məhkəmə hesab edir ki, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı yaranmış borc əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğaca müdaxilə yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin təqsiri nəticəsində tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən, qaz sayğacı həyət divarından kənarda yerləşdiyindən, cavabdeh tərəfindən heç bir müdaxilə edilmədiyindən, həmin hallar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən sayğac göstəricilərinə əsasən hesablanmış 2013.45 manat pul alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 42.29 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 38 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 4.29 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 2013.45 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 2013.45 (iki min on üç 45 qəpik) manat borc, 38 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 42.29 (qırx iki manat 29 qəpik) manat dövlət rüsumunun qalan 4.29 manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar