Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-188/2022 28.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Pirəyir kəndində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilmişdir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01470 saylı qaz hesabında ödənilməmiş 2532,26 manat borc vardır, həmin borcun 2157,86 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 374,40 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş borc mənbəyidir. İstehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı **********1 saylı qaz sayğacının 4241 m3 göstəricisi ilə 2157,86 manat borc yaranmış və tələb olunan borc ödənilməmişdir. Ona görə də İddiaçı İB hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa İddiaçı İB-nin Ağsu RQİİ-nin nümayəndələri tərəfindən 27.10.2016-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacında vizual müdaxilə - sayğacın hesablayıcı mexanizminin alt hissəsində dəlik aşkarlanmışdır. Bu səbəbdən həmin sayğac şəbəkədən açılaraq yeni Smart tipli G-4 markalı 11443586 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Aşkarlanmış müdaxilə faktı əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 27.01,2017-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Ağsu RQİİ-nin 30.01.2017-ci il tarixli qərarı ilə 1512 m3 (və ya 302,40 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələri tərəfindən 19.02.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 12541109 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün şəbəkədən açılaraq yeni Zenner tipli G-4 markalı **********1 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə verilmiş rəydə "Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir" olduğu qeyd edilmişdir. Veirlmiş rəy əsasında istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 27.05.2021-ci il tarixli qərarı ilə 720 m3 (və ya 72 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. İstehlakçının ünvanında qüsur aşkar edilməmişdən əvvəl ilə qüsur aşkar olunduqdan sonra istehlakçının qaz sərfiyatları müqaisə edildiyi zaman görünür ki, aşkar edilmiş nöqsan aradan qaldırıldıqdan sonra istehlakçının qaz sərfiyatının göstəricisi nəzərə çarpacaq dərəcədə artmışdır. Beləliklə qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək paylayıcıya dəyən zərər SOCAR Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına uyğun olaraq hesablanacaqdır. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat, 2019-cu il 1 may tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan İddiaçı 08.02.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh yaşadığı mənzil 2012-ci ilin may ayında ******* nömrəli qaz sayğacı quraşdırılaraq qazlaşdırılmış və istismara qəbul edilmişdir. Qaz sayğacının 30.09.2016-cı il tarixə qeydə alınan 11466 göstəricisinə əsasən 22.05.2012-ci il tarixdən 30.09.2016-cı il tarixədək müddət ərzində 11466 m3 (1146,60 manat) qaz sərf olunmuş, həmin müddətdə 46,92 manat ödəniş olunmuş, 834,60 manat məbləğ qaçqın limiti hesabına borcdan silinmiş və 30.09.2016-cı il tarixə abonent hesabında 265,08 manat borc olmuşdur. 27.10.2016-cı il tarixdə ******* nömrəli sonradan ödənişli qaz sayğacı, yeni 1602AZ**********26 nömrəli əvvəlcədən ödənişli (İTRON - Smart) qaz sayğacı ilə əvəz edilmişdir. İstismardan çıxarılmış ******* nömrəli qaz sayğacı Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin 02.02.2017-ci il tarixli 29/1602-03275-1 saylı Aktına əsasən “sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib" rəyi verilmişdir. Həmin rəyə əsasən abonentə 302,40 manat dəyərində dəymiş ziyan hesablanmışdır. 30.09.2016-cı il tarixə yaranmış 265,08 manat debitor borc məbləği və 302,40 manat məbləğ dəyərində hesablanmış dəymiş ziyan (265,08 + 302,40 = 567,48 manat) 3E proqram bazasına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərə kommunal və digər xidmətlər üzrə xərclər üçün aylıq müavinətin ödənilməsi qaydası Yanvar ayının əvvəlindən şamil olunduğu üçün həmçinin, Azəriqaz İB tərəfindən Cavabdeh **********01470 saylı hesabında 2017-ci ilin Yanvar ayı üçün ayrılmış 27,00 manat dəyərində limitdən ay ərzində istifadə olunduğu üçün 2017-ci ilin May ayında həmin məbləğ abonentin hesabına borc olaraq işlənmiş və ümumilikdə borcu 594,48 manat olmuşdur. 27.10.2016-cı il tarixdən 28.04.2020-ci il tarixə kimi əvvəlcədən ödənişli qaz sayğacından istifadə zamanı abonent tərəfindən 211,00 manat ödəniş edilmiş, ondan 32,66 manat borcdan silinmiş qalan məbləğ abonentin qaz sayğacına sərfiyyat olaraq yüklənmişdir. 28.04.2020- ci il tarixdə əvvəlcədən ödənişli 1602AZ**********26 nömrəli qaz sayğacı sonradan ödənişli 12541109 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Əvəz edilən zaman əvvəlcədən ödənişli (İTRON - Smart) qaz sayğacında dəyəri ödənilmədən istifadə olunmuş 5147 (5147 kubmetrin 1982 kubmetr limit daxili hissəsi 0,10 qəpik tarifi ilə hesablanmış, 3165 kubmetr limitdən kənar hissəsi isə 0,20 qəpik tarifi ilə hesablanmışdır. 1982 x 0,10 = 198,20; 3165 x 0,20 = 633,00; Cəmi 831,20 manat) kubmetr qaz sərfi aşkar olunmuşdur. 28.04.2020-ci il tarixdə əvvəlcədən ödənişli 1602AZ**********26 nömrəli qaz sayğacı sonradan ödənişli 12541109 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Nəticədə əvvəlcədən ödənişli (İTRON - Smart) 1602AZ**********26 nömrəli qaz sayğacı üzrə 594,48 manat borcun 32,66 manat hissəsi ödənilmişdir (594,48 – 32,66 = 561,82 manat). Əvvəlcədən ödənişli (İTRON - Smart) 1602AZ**********26 nömrəli qaz sayğacı üzrə ödənilməmiş qalan 561,82 manat borcun üzərinə yuxarıda qeyd olunan 831,20 manat börc toplanmış və əvvəlcədən ödənişli (İTRON - Smart) 1602AZ**********26 nömrəli qaz sayğacı üzrə ümumi olaraq 1393,02 manat (561,82 + 831,20 = 1393,02 manat) borc yaranmışdır. İşin materiallarında olan 19 avqust 2021-ci il tarixli smart sayğaclı abonentin saldosundan görünür ki, Cavabdeh 2017-ci il üçün 567,48 manat, 2020-ci il üçün 831,20 manat təbii qazdan istifadəyə görə borc hesablanmışdır. İşin materiallarında olan 07 dekabr 2021-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 2532,26 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 45,32 (qırx beş manat, otuz iki qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki iddiaçı tərəfindən cavabdehə verilmiş qaz istehlak edilməsi ilə əlaqədar 2532,26 manat, ondan 831,20 manat hissəsi əvvəlcədən ödənişli (İTRON - Smart) qaz sayğacının mənfiyə getməsinə görə yaranmışdır. Eyni zamanda, iddiaçı Cavabdeh yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Buna görə də belə olan halda sayğacda yaranmış hər hansı nasazlığa görə cavabdehdən sayğac göstəricisindən əlavə pulun tələb edilməsi yolverilməzdir. Həmçinin, Cavabdeh yaşayış sahəsinə hesablanmış borcun 567,48 manat hissəsi 2016-cı ilədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi iddiaçının tələb etdiyi öhdəliyin 567,48 manat hissəsi 5 il keçdikdən, yəni öhdəliyin icrası müddəti başa çatdıqdan sonra ondan tələb edilir. Qanunla müəyyən edilmiş müddət kəsici olduğundan, bunun üçün ayrıca ərizə verilməsinə ehtiyac yoxdur və məhkəmə tərəfindən həmin müddət nəzərə alınmalıdır. Eyni zamanda, cavabdehin bundan sonra ödənişlər etməsi həmin borcun məbləği ilə bağlı deyil, yeni yaranmış borcların ödənilməsinə dair olmuşdur. Abonentin aylıq borcundan əlavə olaraq köhnə borcları ödəməsi işin materialları ilə müəyyən edilmir və iddiaçı da cavabdehin köhnə borclarını etiraf edərək ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, qaz istismarı ilə bağlı ödənişlər mütəmadi xarakter daşıdığından və abonentin növbəti aylarda müvafiq hesablanmış borcundan artıq olmayan məbləğdə mütəmadi ödənişlər etməsi onun köhnə borclarının etirafı kimi qiymətləndirilə bilməz. Qeyd olunanlardan başqa, abonentin borcunun 831,20 manat hissəsi də onun öhdəliyi dairəsinə daxil olmayan (ünvandan kənarda quraşdırılmış sayğacın qüsurları) yerdə quraşdırıldığından, hazırda həmin pulun da abonentdən tələb edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1133,58 manat sayğac göstəricisinə görə borc və 20 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 1153,98 manat pul tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1133,58 manat sayğac göstəricisinə görə borc və 20 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 1153,98 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-188/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-188/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver