Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1886/2021 09.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı Cavabdeh qarşı “əmlakın istifadəyə süni maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın istifadəyə süni maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Ağdaş Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “”süni maneələrin aradan qaldırılması” tələbinə dair 2(014)-765/2021 saylı mülki iş vardır. Ağdaş rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(014)-765/2021 saylı qərardadına əsasən Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti mütəxəssislərinin rəyinin alınması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadına əsasən iş üzrə mütəxəssis rəyi alınanadək icraat dayandırılmışdır. Beləliklə, müəyyən edilir ki, hazırkı iddia tələbinə dair Ağdaş Rayon Məhkəməsinin icraatında 2(014)-765/2021 saylı mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4. maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın istifadəyə süni maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1886/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1886/2021
09.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver