Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-194/2024 31.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh Nuruyeva Reyhan İsmayıl qızı arasında 19 iyun 2020-ci il tarixdə bağlanmış AgFQK-2037 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) əsasən cavabdehə illik faiz dərəcəsi 28,7 % olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 112,81 (yüz on iki manat, səksən bir qəpik) manat olmaqla, cəmi 5415,10 (beş min dörd yüz on beş manat, on qəpik) manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 1930,63 (min doqquz yüz otuz manat, altmış üç qəpik) manat məbləğində əsas və faiz borcu üzrə ödəniş etmişlər. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, qeyd olunan Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, cavabdehlər kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi yə krediti ödəmədiyi təqdirdə, cavabdehlər iddiaçının xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə cavabdehdirlər. Belə ki, 21 noyabr 2023-cü il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehlərin bu günə əsas borc üzrə 2475,49 manat, faiz borcu üzrə 1008,98 manat və cərimə borcu üzrə 60,25 manat olmaqla, cəmi 3544,72 (üç min beş yüz qırx dörd manat, yetmiş iki qəpik) manat məbləğində borcları yaranmışdır. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 19 iyun 2020-ci il tarixdə ZMAgFQK- 2037-1 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin iddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Nuruyeva Reyhan İsmayıl qızının hüquqi varisi Cavabdeh1 və zamin Cavabdeh2 əsas borc üzrə 2475,49 manat, faiz borcu üzrə 1008,98 manat və cərimə borcu üzrə 60,25 manat borcları olmaqla, cəmi 3544,72 manat məbləğində borcun və 55,45 (əlli beş manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əsas borclu Nuruyeva Reyhan İsmayıl qızının xx.xx.2020-ci il tarixdə öldüyünü, hazırki Cavabdeh1 mərhumun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hüquqi varisi olduğunu, dəfələrlə tərəflərə borcun hissə-hissə ödənilməsi barədə məlumat verilməsinə baxmayaraq heç bir ödəniş edilmədiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə Nuruyeva Reyhan İsmayıl qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2037 saylı kredit müqaviləsinə əsasən MMC R.Nuruyevaya 48 ay müddətinə illik 28,7 % faiz ödənilməsi şərti ilə 3200 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ZMAgFQK-2037-1 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2037 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş 210/QK saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Nuruyeva Reyhan İsmayıl qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2037 saylı kredit müqaviləsinə əsasən Nuruyeva Reyhan İsmayıl qızının xx.xx.2023-cü il tarixə ümumi borcu 3544,72 (üç min beş yüz qırx dörd manat, yetmiş iki qəpik) manat təşkil edir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, BOKT "xxxx" MMC borcalana xx.xx.2020-ci il tarixli, AgFQK-2037 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq etmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 121428 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nuruyeva Reyhan İsmayıl qızı xx.xx.2020-ci il tarixdə kəskin ağciyər emboliyası səbəbindən ölmüşdür. İşin materiallarında olan Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş Nuruyeva Reyhan İsmayıl qızının hüquqi varisi Cavabdeh1 müəyyən edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 55,45 (əlli beş manat, qırx beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə Nuruyeva Reyhan İsmayıl qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AgFQK-2037 saylı kredit müqaviləsinə əsasən MMC R.Nuruyevaya 48 ay müddətinə illik 28,7 % faiz ödənilməsi şərti ilə 3200 manat məbləğində kredit vermiş, Nuruyeva Reyhan İsmayıl qızına kredit verilərkən Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Nuruyeva Reyhan İsmayıl qızı xx.xx.2020-ci il tarixdı ölmüş, Cavabdeh1 həmin şəxsin hüquqi varisi olduğundan bank hazırda kredit borcunu Cavabdeh1 və Cavabdeh2 tətləb edir. Cavabdehklərin banka ümu i borcu 3544,72 (üç min beş yüz qırx dörd manat, yetmiş iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Nuruyeva Reyhan İsmayıl qızının hüquqi varisi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2475,49 (iki min dörd yüz yetmiş beş manat, qırx doqquz qəpik) manat, faiz borcu üzrə 1008,98 (min səkkiz manat, doxsan səkkiz qəpik) manat və cərimə borcu üzrə 60,25 (altmış manat, iyirmi beş qəpik) manat borcları olmaqla, cəmi 3544,72 (üç min beş yüz qırx dörd manat, yetmiş iki qəpik) manat məbləğində borc və 55,45 (əlli beş manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2475,49 (iki min dörd yüz yetmiş beş manat, qırx doqquz qəpik) manat, faiz borcu üzrə 1008,98 (min səkkiz manat, doxsan səkkiz qəpik) manat və cərimə borcu üzrə 60,25 (altmış manat, iyirmi beş qəpik) manat borcları olmaqla, cəmi 3544,72 (üç min beş yüz qırx dörd manat, yetmiş iki qəpik) manat məbləğində borc və 55,45 (əlli beş manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-194/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-194/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver