Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1947/2021 07.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmənin iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə 07 oktyabr 2021ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.06.2020-ci il tarixli müqavilə üzrə TOSHİBA Kondisioner və Samsung LED TV üçün 2228.8 ( iki min iki yüz iyirmi səkkiz 80 qəpik) manat ödənilməmiş hissə, 0( sıfır) manat cərimə, ümumilikdə 2228.8 manat borc 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14.06.2020-ci il tarixli müqaviləsinə əsasən, TOSHİBA Kondisioner və Samsung LED TV almış və nəticədə 2228.8 (iki min iki yüz iyirmi səkkiz 80 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2754.8 (iki min yeddi yüz əlli dörd manat 80 qəpik) manat (18 ay x 126.6 manat+476 manat ilkin ödəniş) olan TOSHİBA Kondisioner və Samsung LED TV üçün ümumilikdə 2228.8 manat olmaqla ondan, 2228.8 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 526 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin baş direktoru NümayəndəF məhkəməyə teleqram ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçı və cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh TOSHİBA Kondisioner və Samsung LED TV məhsul üçün əsas borc (ümumilikdə ödənilməmiş məbləğ) 2228.8 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 2228.8 manat məbləğində borc hesablanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qızı arasında bağlanmış 14.06.2020-ci il tarixli 20351069 saylı müqavilələrdən və ödəniş cədvəlindən görünür ki, TOSHİBA Kondisioner və Samsung LED TV markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hər ay 126.6 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14.06.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20351069 saylı müqaviləyə əsasən TOSHİBA Kondisioner və Samsung LED TV markalı məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu 03 (üç) gün müddətində icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 14.06.2020-ci il tarixli 20351069 saylı müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 30 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 2228.8 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 14.06.2020-ci il tarixli 20351069 saylı müqaviləyə əsasən TOSHİBA Kondisioner və Samsung LED TV üçün 2228.8 ( iki min iki yüz iyirmi səkkiz manat 80 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, cəmi 2228.8 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 14.06.2020-ci il tarixli 20351069 saylı müqaviləyə əsasən TOSHİBA Kondisioner və Samsung LED TV üçün 2228.8 ( iki min iki yüz iyirmi səkkiz manat 80 qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, cəmi 2228.8 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdeh ndan alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1947/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1947/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver