Məhkəmə qərarları › İş №2(014)-1982/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1982/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1982/2025 27.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı2, İddiaçı (eyni zamanda digər İddiaçı4 nümayəndəsi) İddiaçı3, İddiaçı3 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirаkları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz zəbt edilməsinə görə dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi" tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz zəbt edilməsinə görə dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların mülkiyyətlərində olan 1,32 hektar torpaq sahəsindən qanunsuz istifadəsi nəticəsində dəymiş 42 000 (qırx iki min) manat maddi ziyanın, dövlət rüsumu üçün ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun və qiymətləndirmə rəyinin alnması üçün ödənilmiş 150 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında onlara-birgə mülkiyyətçilərə Ağdaş rayonunun Cüvə kəndində yerləşən müvafiq sərhədləri müəyyən olunmuş 4.80 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış və bu hüquq JN-0002 saylı Dövlət Aktı ilə təsdiqlənmişdir. X20 (JN-0002, kod 9032038) qeydiyyat kitabında xx.xx.1999-cu il tarixində 2039 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Aktında torpaq sahəsinin planı, ölçüsü və koordinatları dəqiq şəkildə qeyd olunmuşdur. Dövlət aktında (JN-0002) göstərilən 4.80 hektar torpaq sahəsinin 3.48 hektar hissəsi bir ərazidə, qalan 1.32 hektar hissəsi isə başqa ərazidə yerləşir. Birgə mülkiyyətçilərdən olan X9 xx.xx.2001-ci il, X13 23 dekabr 2001-ci il, X10 xx.xx.2004-cü ildə vəfat etmişlər. Cavabdeh heç bir hüquqi əsas olmadan, mülkiyyətlərində olan torpaq sahəsinin 1.32 hektar hissəsini özbaşına zəbt etmiş, həmin sahəni icazəsiz və qanunsuz istifadə etmiş və bununla da mülkiyyət hüquqlarını pozmuşdur. Artıq 21 ildən çoxdur ki, cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edib, həmin sahədə yonca bitkisi əkərək gəlir əldə etmişdir. Bununla bağlı dəfələrlə etdikləri xəbərdarlıq və çıxmaq tələbləri nəticəsiz qalmış, cavabdeh öz qanunsuz əməllərinə davam etmişdir. Nəticədə, onlar torpaq sahələrindən faktiki istifadə imkanından məhrum edilmişlər. Baş verən hüquq pozuntusu ilə əlaqədar olaraq, Ağdaş Rayon Məhkəməsinə müraciət olunmuş və xx.xx.2025-ci il tarixli, 2(014)-153/2025 nömrəli qətnamə ilə iddiaları təmin edilmişdir. Həmin qətnaməyə əsasən, cavabdehin torpaq sahəsidən qanunsuz istifadəsinə son qoyulması və həmin sahədən məcburi qaydada çıxarılması qərara alınmışdır. Bu bir daha sübut edir ki, cavabdehin sözügdən ərazidə hər hansı mülkiyyət istifadə və digər hüququ olmamış və olmayıb. Mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi, yəni torpaq sahəsinin faktiki olaraq onların istifadəsində olmaması faktı, həmin torpaq sahəsinin sərhədləri ilə həmsərhəd yerləşən digər torpaq sahələrin sahibləri, eləcə də uzun müddət ərzində fəaliyyət göstərmiş Cüvə kəndi bələdiyyəsinin sədrləri və kənd inzibati ərazi nümayəndələri tərəfindən təsdiq edilə və məhkəmədə şahid qismində ifadə verə bilərlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 21 il ərzində (2003-cü ildən 2024-cü ilə qədər) torpaqdan istifadə etməyə faktiki imkan verilməmiş, nəticədə onlara maddi ziyan dəymişdir. Belə ki, 21 il ərzində torpaq sahəsindən istifadə edə bilmədiklərinə görə ildə orta hesabla illik 2000 (iki min) manat, ümumilikdə isə təqribən 42.000 (qırx iki min) manat məbləğində qazanc əldə etmək imkanları əllərindən alınmışdır. Eyni zamanda, cavabdeh həmin torpaq sahəsini illik 3000 manatdan çox gəlir gətirən yonca bitkisi ilə istifadə edərək qanunsuz qazanc əldə etmişdir. Ərazidə dəymiş ziyanın hesablanması məqsədilə "xxxx" MMC-nin direktoru X5 tərəfindən yerində baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. X1 tərəfindən rəy hazırlanmış və bu rəy ziyanın hesablanmasına əsas kimi təqdim olunur. İddiaçı3 məhkəmə iclasına ərizə verərək, iddia tələbinin həcminin artırılmasını, Cavabdeh onların mülkiyyətlərində olan 1,32 hektar torpaq sahəsindən qanunsuz istifadəsi nəticəsində dəymiş 42.000 (qırx iki min) manat maddi ziyanın, 216 manat dövlət rüsumunun, qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 150 manat pulun, 2(014)- 153/2025 nömrəli iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun və Yevlax Kadastr Xidmətinə ödənilmiş 95 manat vəsaitin cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən Cavabdeh qarşı “Torpaq sahəsinin qanunsuz zəbt edilməsinə görə dəymiş maddi zərərin əvəzinin tutulması” tələbi ilə Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edilmişdir. İddia ərizəsində cavabdehin onların mülkiyyətlərində olan 1,32 hektar torpaq sahəsindən qanunsuz istifadəsi nəticəsində dəymiş 42.000 (qırx iki min) manat məbləğində maddi ziyanın, eləcə də 216 manat dövlət rüsumunun və qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 150 manat vəsaitin cavabdehdən tutulub onlara ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hazırda icraatınızda olan həmin iş üzrə iddia tələbinin həcmini artırır. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etməyə məcbur olmuşlar və bu səbəbdən əlavə məhkəmə xərcləri çəkmişlər. Xüsusilə, Ağdaş Rayon Məhkəməsində baxılmış 2(014)-153/2025 nömrəli mülki iş üzrə 100 (yüz) manat məbləğində dövlət rüsumu və Yevlax Kadastr Xidmətinə ödənilmiş 95 (doxsan beş) manat vəsait xərclənmişdir. Lakin bilməyərəkdən həmin məbləğlərin cavabdehdən tutulması barədə tələb əvvəlki iddia ərizəsində göstərilməmişdir. Bu səbəbdən, qeyd edilən xərclərin də cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh onun bibisi oğludur. Onda həmin torpağın sənədi vardır. Torpaq sahəsi bölünəndən cavabdeh torpaq sahəsindən istifadə edir. Onlar 14 noyabr 2024-cü il tarixdə vcavabdehin torpaq sahəsindən çıxarılması üçün məhkəməyə ərizə vermişlər, sonra ekspertlər gəlib torpağı ölçüb, onların yerini müəyyən etdikdən sonra 2025-ci ilin may ayında Abil onların torpağını təhvil vermiş və həmin vaxtdan torpaqda özləri təsərrüfat aparırlar. Torpağı abil özü boşaltmış, torpağın boşaldılması üçün həmin həmin yerə icra məmuru gəlməmişdir. Kommunal pullarını özü ödəmişdir. Əvvəllər atası ödəyirdi, o rəhmətə gedəndən sonra özü ödəmişdir. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında izahat verərək bildirdi ki, torpaq sahəsi 20 ildir bölünüb, lakin onlar istifadə edə bilməmişlər. cavabdeh onun bibisi oğludur. Onların torpağı cavabdehin torpağının ortasındadır. 1.32 hektar torpaq sahəsinin hamısını cavabdeh istifadə etmişdir. Torpaq pulu, bütün rüsumları qardaşı ödəmişdir. Torpaq sahəsi 2025-ci ilin yaz aylarından onların istifadəsinə keçmişdir, hazırda özləri istifadə edirlər. Cavabdeh həmin sahəyə yalnız yonca əkmişdir. İddiaçı3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, torpaq sahəsinə dair pulları Rəis və Aleftina ödəmişdir. Su pulunu isə Abil ödəmişdir. 1.32 ha torpaq sahəsi atasının adına olmuşdur. 2024-cü ilin may ayından həmin torpaq sahəsini onlar istifadə edirlər.Həmin torpaq sahəsinə heç bir şey əkməmişlər. Yaxşı torpaq sahəsidir, yaxşı gəlir götürmək mümkündür. Bu neçə il ərzində onlara ziyan dəymişdir. İddia tələblərini təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, Nümayəndə onun xalası oğlu, Rıislə Elza isə dayısı uşqlarıdır. Rəis onunla qapı bir qonşudur, daim bir əli Rəisinin üzərindədir, ona yardım edir. Həmin ərazidə torpaqlar 1998-ci ildə bölünmüşdür. Həmin vaxtdan ona hara göstərilibsə həmin yerdə də təsərrüfatla məşğul olmuşdur. O, heç həmin torpağın başqa şəxslərə məxsus olduğunu bilməmişdir. 20 il ərzində Rəis və ya onun ailə üzvlərindən kimssə ona yaxınlaşıb həmin torpağın onlara məxsus olduğunu deməmiş, heç kim ondan torpaq tələb etməmişdir. onların münasibətlərini mehdi pozur, hər şeyi Mehdi qarışdırır, Rəis və ailə üzvləri heç torpaqlarının yerini belə bilməmişlər. 2025-ci ilin fevral ayında torpaq şöbəsindən mütəxəssislər onun torpağına gələrək torpaqları ölşmüşlər və ona istifadəsində olan torpağın bir hisəsinin Rəisgilə məxsus olduğunu bildirmişlər, o, isə bunula bağlı məhkəmə qərarını gözləmiş, lakin mübahisə böyüdüyünü görüb 2025-ci ilin may ayından torpağı rəisə təhvil vermişdir. Torpaq sahəsini istifadə etdiyi müddətlərdə torpaq pulu və su pulunu özü ödəmişdir. İddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN-0002 KOD 90321038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 16 aprel tarixli 09 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 4.80 hektar torpaq sahəsi Ağdaş rayon Cüvə kənd sakinləri X13, İddiaçı1, X9, X10, İddiaçı2, X14, X6 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X24 17 saylı Yevlax Ərazi İdarəsinin 7 fevral 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçılar İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 və Əlİddiaçı4 cavabdeh X11 qarşı “ torpaq sahəsindən çıxarılma və dəymiş zərərin əvəzinin alınıb verilməsi” tələbinə dair məhkəmənin 14 yanvar 2025-ci il tarixli, 2(014)-153/2025 saylı qərardadının icra edilməsi ilə bağlı 30 yanvar 2025-ci il tarixli, 5-108/2-51/2025 saylı sorğunuza aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24nin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X15 06 fevral 2025-ci il tarixdə Ağdaş rayonu, Cüvə kəndi ərazisində müraciətdə göstərilən tədqiqat obyektinə tərəflərin iştirakı ilə naturada baxış keçirilmiş və çöl ölçü işləri aparılmışdır. Çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Nümayəndə 30 iyun 2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, Cavabdeh və İkram Məmmədovun onu narahat etdiklərini və otu toplatmağa icazə vermədiklərini bildirmişdir. Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(014)-153/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçılara torpağa mülkiyyət hüququna dair Dövlət aktlarına əsasən, Ağdaş rayonu, Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmiş torpaq sahəsinin zəbt olunmuş ümumilikdə 1.32 hektar hissəsindən Cavabdeh qanuni əsaslar olmadan, özbaşına istifadəsinə qəti şəkildə son qoyulması, cavabdeh həmin ərazidən birdəfəlik olaraq məcburi qaydada çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Vergilər Naziriliyində xx.xx.2016-cı il tarixdə Qeydiyyata alınmış "xxxx" MMC tərəfindən 06 avqust 2025-ci il tarixində verilmiş mütəxəssis rəyindən görünür ki, “Əmlak Qiymətləndirmə MMC-nin direktoru X3 Elza İslam qızı tərəfindən verilmiş sifariş əsasında, Ağdaş rayonu, Cüvə kəndində yerləşən İddiaçı2 və digər şəxslərin ümumi birgə mülkiyyətində olan 4.80 ha torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli, 90321038 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət aktına əsasən, İddiaçı3 mülkiyyətində olan 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyərinin müəyyən olunması və torpaq sahəsində görülmüş kənd təsərrüfatı fəaliyyəti nəticəsində əldə olunmuş məhsulun - yoncanın - iqtisadi dəyərinin qiymətləndirilməsi məqsədilə peşəkar qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə prosesi X2 (BSQ), Azərbaycan Respublikasının “Qiymətləndirmə Fəaliyyəti haqqında” Qanununa və Milli Qiymətləndirmə Standartlarına (MSQ) uyğun şəkildə aparılmış, sahə ilə bağlı mövcud sübut və dəlillər təhlil edilmiş, eyni zamanda ərazidəki torpaqların kənd təsərrüfatında istifadə forması və iqtisadi potensialı nəzərə alınmışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qiymətləndirilən 1.33 ha torpaq sahəsində ildə təqribən 900 ədəd yonca bağlaması əldə edilir. Bu sahənin torpaq-iqlim şəraiti, becərmə və suvarma imkanları, habelə İddiaçı3 təqdim etdiyi məlumat və ətrafda yerləşən analoji təsərrüfatlardan toplanmış sübutlar da bu göstəricini təsdiqləmişdir. Bazarda son üç il ərzində yonca bağlamasının satış qiyməti sabit olaraq 1 ədəd üçün 3 (üç) manat təşkil etmişdir. Bu qiymət bölgə üzrə orta bazar qiymətləri ilə tam uyğunluq təşkil edir. Hesablama: İllik məhsul: 900 ədəd yonca bağlaması, 1 bağlamanın orta bazar qiyməti: 3 manat. İllik ümumi dəyər: 900 ədəd x 3 manat = 2700 manat. Yekun olaraq qeyd olunur ki, qiymətləndirilmiş 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ildə təqribən 900 ədəd yonca bağlaması məhsulu verir və bu məhsulun ümumi dəyəri 2700 manat təşkil edir. Qiymətləndirmə nəticələri təqdim olunmuş sübutlara, sahənin faktiki istifadə imkanlarına və bazar araşdırmalarına əsaslanır. Bu rəy mülkiyyət hüquqlarının müdafiəsi və müvafiq hüquqi-hüquqi prosedurlar üçün əsas sənəd kimi təqdim edilir. Verilən mütəxəssis rəyinə görə yuxarıdakı göstərilən əşyaların dəyəri orta bazar qiymətlərinə uyğundur. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 noyabr 2025-ci il tarixli AZ-İİ 487424 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2025ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 oktyabr 2025ci il tarixli 534 saylı qeyd aparılmışdır. İş materiallarında olan Ağdaş rayon icra və Probasiya Şöbəsinin 07 noyabr 22025ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2(014)-153/2025 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Ağdaş Rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 92 saylı arayışından görünür ki, Ağdaş rayon Qolqəti bələdiyyəsi tərəfindən, Korarx kənd sakini Cavabdeh ondan ötrü ki, ünvan 2 ünvanında torpaq və əmlakı qeydə alınmışdır. Cavabdeh həmin sahələrinə və əmlaka dair olan borcunu bugünkü günə kimi tam ödəyib və şəxsin bələdiyyəyə vergi borcu yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh 2010-cu il tarixində 2019-cu il tarixinə kimi pay torpaq sahəsinə görə və su puluna görə ödənişlər etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılara Ağdaş rayonunun Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində müvafiq olaraq JN-0002 saylı aktla 4.80 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün torpaq sahəsi verilmişdir. Tərəflərin izahatları ilə məlum oldu ki, həmin tarixdən 2025-ci ilin may ayınadək həmin torpaq sahəsindən Cavabdeh istifadə etmişdir. Məhkəmə iclasında cavabdeh həmin torpaq sahəsinin başqa şəxslərə məxsus olmasından məlumatı olmadığını, məlumatı olan kimi, yəni mütəxəssislər ölçmə işləri aparıb ona torpaqların sərhədlərini göstərən kimi torpaq sahəsini boşaltdığını bildirmişdir. Cavabdehin bu izahatı iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X24 17 saylı Yevlax Ərazi İdarəsinin 7 fevral 2025-ci il tarixli məktubundan görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X15 06 fevral 2025-ci il tarixdə Ağdaş rayonunun Cüvə kəndi ərazisində müraciətdə göstərilən tədqiqat obyektinə tərəflərin iştirakı ilə naturada baxış keçirmiş və çöl ölçü işləri aparmışdır. Bundan sonra hər iki tərəfin izahatları ilə müəyyən olunur ki, Cavabdeh mövcud mübahisə ilə bağlı Ağdaş Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilməsini gözləmədən (qətnamənin tarixi 31 iyul 2025-ci il) 2025-ci ilin may ayında iddiaçılara məxsus torpaq sahəsini boşaltmışdır. İddiaçılar isə aralarında mübahisə olmamasına baxmayaraq məhkəməyə bu barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə, yuxarıda qeyd olunanları rəhbər tutaraq, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, Cavabdeh vicdanlı sahib olduğundan və onun heç bir hüquqazidd əməli mövcud olmadığından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz zəbt edilməsinə görə dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi" tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz zəbt edilməsinə görə dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi" tələblərinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar