Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1999/2021 28.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına hərəkətlərə son qoyulması, süni maneələrin aradan qaldırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «özbaşına hərəkətlərə son qoyulması, süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (JN 231B KOD ********) onlara məxsus olduğunu iddia etdikləri sahədə ölçü və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsinin əməkdaşlarına yaradılan süni maneələrin aradan qaldırılmasına və həmin şəxslərin işinə maneə yarada biləcək bütün hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Ağdaş rayon Dəhnə kəndində 0.58 hektar həyətyanı torpaq sahəsində yerləşən təsərrüfatında və orada tikdirdiyi fərdi taşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarına əsasən istifadələrində olan 0.58 hektar həyətyanı torpaq sahələri onun və daha dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə şəhadətnamə (JN-231 B, KOD ********) 18 oktyabr 2005-ci ildə 2/2770 nömrə ilə müvafiq kitabda qeydiyyata alınmışdır.Cavabdehin yaxınları həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən qəbirstanlığa bitişik hissəsində müəyyən edilmiş qaydada şəhadətnamələrdə və ərazinin baş planında təsbit edilmiş müvafiq yolun nəzərdə tutulmamasına baxmayaraq özlərinə yol açmışlıar. Halbuki onun yaxınlarına məxsus qonşuluqdakı torpaq sahəsinə ayrıca daimi ümumişlək yolları vardır. Hazırda onların yol kimi istifadə etdikləri ərazi onun həyətinin qəbirstanlığa bitişik hissəsidir ki, bu sahə də sənəd üzrə şəhadətnamə ilə onun mülkiyyətinə aid torpaq sahəsidir. Bir neçə dəfə həmin şəxslərə bu barədə irad və etirazlarını bildirməyinə baxmayaraq müsbət nəticəs əldə olunmamış, torpağını qeydiyyatdan keçirdikdən sonra məsələnin məhkəmə mübahisəsi qaydasında həll edilməsi olduğunu ona bildirmişdir.Bu səbəbdən də müvafiq ilkin xidmət haqqı ödəyib ərizə ilə müraciət edərək reyestr xidməti əməkdaşlarından torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına qeydə alınmasını xahiş etmişdir. Reyestr xidmətinin əməkdaşları həmin yerə gəldikdə cavabdeh şəxs özbaşına şəkildə orada ölçü işlərinin aparılmasına süni maneələr yaratmış, inventarlaşdırma və sənədləşdirmə işərinin aparılmasına imkan vermədiyindən bu məsələ mümkün olmamışdır.Qeyd olunanlarla əlaqədar AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi ona 04.08.2021-ci il tarixli bildiriş göndərmiş və qeydiyyatla bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini bildirmişdir. Odur ki, məsələnin məhkəmə qaydasında baxılıb həll olunması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək ölçü işlərinin aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli **********83 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən məlum olur ki, Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 06.07.2021-ci il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. 16.07.2021-ci il tarixində Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsi inventarlaşdırmaq məqsədi ilə idarənin mühəndisi tərəfindən naturada müayinə baxışı keçirilən zaman digər şəxs ölçü işlərinin aparılmasına etiraz etdiyindən tərəfindən müayinə işlərinin aparılmasına şəraait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-231B, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarına əsasən Ağdaş rayon Dəhnə kəndi ərazisində 0.58 hektar torpaq sahəsi X5, İddiaçı, X3, X4 və X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan JN-231B qeydiyyat nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş və DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin Cavabdeh həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ olmamasına baxmayaraq, torpaq sahəsinin müayinəsinə şərait yaratmamış və inventarlaşma işləri aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağdaş şəhəri Dəhnə kəndində yerləşən JN-231B qeydiyyat nömrəli kod 90306018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni manelər aradan qaldırılmalı və həmin şəxslərin işinə maneə yarada biləcək bütün hərəkətlər cavabdehə qadağan edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.21-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli 04 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən (JN 231B KOD ********) onlara məxsus olduğunu iddia etdikləri sahədə ölçü və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsinin əməkdaşlarına yaradılan süni maneələr aradan qaldırılsın və həmin şəxslərin işinə maneə yarada biləcək bütün hərəkətlər cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1999/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1999/2021
28.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver