Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2/2023 27.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və pay torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və qeyriləri cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı gedişgəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və pay torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, ekspertiza tədqiqatının dəyərini ödəməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddianın predmeti gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və pay torpaq sahələrinə gediş-gəliş yolunun açılması olduğundan, cavabdehlərin həqiqətən də iddiaçıların torpağını zəbt edib-etməməsini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, bundan sonra ekspertiza keçirilmiş və rəyin alınması üçün smetanın dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq smetanın dəyərini ödəməyə imkanlarının olmadığını bildirmişlər. Belə olan halda isə iddia ərizəsinə əlavə edilmiş sənədlər kifayət etmədiyindən və rəyin alınması mümkün olmadığından işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Buna görə də iddia tələblərinə mahiyyəti üzrə hüquqi münasibət bildirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1 - 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi və pay torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-2/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2/2023
27.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver