Məhkəmə qərarları › İş №2(014)-200/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-200/2023

23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-200/2023 23.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı Bərdə Regional X2 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Bərdə Regional X2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X4 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Regional X2 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 1a saylı dolayın 3-cü kvartalında qəfləti yoxlama apararkən 26 baş iri buynuzlu mal-qarasını X6 sahəsində təbii meşə ərazisində sahibsiz otladığı aşkar edilmişdir. Bundan başqa həmin meşəbəyliyin 5-ci kvartalında 41 baş iribuynuzlu mal-qara 2017-2018-ci illərdə əkilmiş 15 ha nar bağının 2,20 hektarını yeyərək məhv etmiş və zədələnməsi aşkar olunmuşdur. F.Famillli barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 655 (altı yüz əlli beş) manat, 50 (altmış) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2022-ci il tarixli 156 nömrəli məktubla vurduğu zərərin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Bərdə Regional X2 nümayəndəsi X5 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, onun iribuynuzlu heyvanları Qarxun meşəbəyliyinin ərazisində olan aqrobağın ərazisinə keçməmiş, orada olan bitkiləri yeməmişlər. Bərdə Regional X2 əməkdaşı Ənvər Hümbətovun onunla şəxsi qərəzi olduğu üçün onun barəsində əsassız protokol tərtib etmişdir. Buna görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 Meşəbəyliyinin xx.xx.2022-ci il tarixli № 65077 saylı aktından görünür ki, 01 aprel 2022-ci il tarixdə meşə əkinlərinə baxış keçirilən zaman 5-ci dolayın 3cü kvadratda Qarxun meşəbəyliyinin gözətçisi Cavabdeh məxsus 41 baş iribuynuzlu malqaranın meşə ərazisində otlaması aşkar olunmuşdur. Ağdaş rayonu, Ərəbşəki kənd sakini Cavabdeh məxsus 41 baş iribuynuzlu malları 5 saylı dolayın 3-cü kvadratında 2017-ci ilin payızında nar cinsindən əkilmiş, cəmi 15 ha aqrobağın 2,2 ha hissəsini yeyərək zədələmişdir. İşin materiallarında olan X8 X1 meşəbəyliyi tərəfindən verilmiş hesablama cədvəlindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 Meşəbəyliyinin xx.xx.2022-ci il tarixli № 65077 saylı aktında göstərilən meşə pozuntularının nəticəsində meşəyə 655,60 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli 156 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh mərkəzin Qarxun meşəbəyliyinin 1a saylı meşə dolayında özbaşına sahibsiz meşə sahəsində mal-qara otarmışdır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh İXM-in 257-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X8 X1 meşəbəyliyinin ərazisində 2017-ci ilin payızında nar cinsindən 15 ha aqrobağ salınmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus 41 baş iri buynuzlu heyvanlar həmin aqrobağın 2,2 ha hissəsini otlayaraq iddiaçıya 655,60 manat maddi ziyan vurmuşdur. İddiaçının əməkdaşları bununla bağlı akt tərtib etmişlər. Cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdeh İXM-in 257-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bərdə Regional X2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 655,60 (altı yüz əlli beş manat, altmış qəpik) manat miqdarında ziyan alınaraq iddiaçı Bərdə Regional X4nə verilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 655,60 (altı yüz əlli beş manat, altmış qəpik) manat miqdarında ziyan alınaraq iddiaçı Bərdə Regional X4nə verilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar