Məhkəmə qərarları › İş №2(014)-203/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-203/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-203/2022 28.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı Bərdə Regional X3 nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı Bərdə Regional X3 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X5 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh dəfələrlə ona edilən şifahi xəbərdarlıqlara baxmayaraq, özünə məxsus 6 (altı) baş iri buynuzlu heyvanlarını meşə sahəsinə gətirərək meşənin təbii bərpasını, yeniyetnə ağacları, cücərtiləri və 2019-cu ilin yazında salınmış badam cinsindən olan 2 ha aqrobağı otarmaqla zədələndirmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən bu barədə 05.09.2021-ci il tarixdə 65137 saylı akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 440 manat ziyan hesablanmışdır. Cavabdeh Bərdə Regiaııal X5nə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-yə vurmuş olduğu 440 manat dəyərindi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Məhkəmə iclasında iddiaçı Bərdə Regional X3 nümayəndəsi X6 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izah etdi ki, onun 6 baş iribuynuzlu heyvanı var. 05.09.2021-ci il tarixdə həmin mallar Ağzıbir meşəbəyliyinin ərazisində olan aqrobağın ərazisinə keçib orada olan bitkiləri yemişlər. Bunun nəticəsində iddiaçıya 440 manat maddi ziyan dəymişdir. Ziyanı ehtiyatsızlıqdan vurmuşdur. 440 manatı hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 Meşəbəyliyinin 05.09.2021-ci il tarixli 65137 aktından görünür ki, 1 saylı dolayın ərazisində reyd ararılan zaman Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh məxsus 6 baş iribuynuzlu camış malları dolayın 2-ci kvadratında 2019-cu ilin yazında badam cinsindən 5X4 sxemdə cəmi 11 ha aqrobağın 2 ha hissəsini yeyərək zədələmişdir. Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh Baytram qızına dəfələrlə xəbərdarlıq edilmnəsinə baxmayaraq, yenə də mal-qarasını əkinlərə buraxır. İşin materiallarında olan 04.10.2021-ci il tarixli 785 saylı bildirişin surətindən görünür ki, Cavabdeh Baytram qızına ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İşin materiallarında olan 05.09.2021-ci il tarixli imtina aktının surətindən görünür ki, Cavabdeh Baytram qızı onun haqqında tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir. İşin materiallarında olan 10.09.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Baytram qızı mərkəzin Ağzıbir meşəbəyliyinin 1 saylı meşə dolayının 2-ci kvartalında özbaşına sahibsiz meşə sahəsində mal-qara otarmışdır. İşin materiallarında olan 29.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qarardan görünür ki, Cavabdeh Baytram qızı İXM-in 257-ci maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X9 X1 meşəbəyliyinin ərazisində 2019-cu ilin yazında badam cinsindən 11 ha aqrobağ salınmışdır. 05.09.2021-ci il tarixdə cavabdehə məxsus 6 baş iri buynuzlu heyvanlar həmin aqrobağın 2 ha hissəsini otlayaraq iddiaçıya 440 manat maddi ziyan vurmuşdur. İddiaçının əməkdaşları bununla bağlı akt tərtib etmişlər və foto şəkillər çəkmişlər. Cavabdeh həmin əraziyə dəvət olunsa da, həmin əraziyə gəlməmiş və tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin barəsəində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdehin İXM-in 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bərdə Regional X3 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 440 (dörd yüz qırx) manat miqdarında ziyan alınaraq iddiaçı Bərdə Regional X5nə verilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 440 (dörd yüz qırx) manat miqdarında ziyan alınaraq iddiaçı Bərdə Regional X5na verilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar