Məhkəmə qərarları › İş №2(014)-2056/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2056/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2056/2021 18.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz oğlunun sədrliyi X1 kаtibliyi ilə Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir ərizəsinə Ağdaş rаyоn məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə yüklü edilmiş Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən 21.66 hektar kənd təsərrüfatı təyinatlı torpaqlara dəymiş ziyanın əvəzinin və dövlət rüsumu hesabına ödənilmiş 30 (otuz) manat pulun xx.xx.1958-ci ildə Ağdaş rayonu, Aşağı Ləki kəndində doğulmuş, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh1, xx.xx.1964-cü ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh2 və xx.xx.1963cü ilıdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh3 tutularaq İddiaçı xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 22 sentyabr 2021-ci il tarixə saat 09:15-ə, mülki işin məhkəmə baxışı 18 oktyabr 2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki,iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-nin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. MPM-nin 73.4-cü maddəsinə əsasən Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-nin 69.2-ci maddəsində təsbit olunmuş “...qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri” dedikdə, hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədlərinə əsasən həmin hüquqi şəxsi məhkəmədə etibarnaməsiz təmsil etmək hüququna malik olan şəxslər başa düşülməlidir. Həmin şəxslərin səlahiyyətləri onların hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin olunduqlarına (seçildiklərinə) dair sənədlə (qərar, sərəncam, əmr və s.) müəyyən olunur. Həmin maddənin “...əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri” müddəasına gəldikdə, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək kitabçası saxlanılan yer onun əsas iş yeri sayılır. Hüquqi şəxsin nümayəndəsinin əsas iş yerinin həmin hüquqi şəxs olduğu işçinin əmək kitabçasının (onun həmin iş yerinə aid hissəsinin) hüquqi şəxsin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surəti ilə müəyyən olunur. Lakin iddia ərizəsi araşdırılarkən iş materiallarında iddiaçının səlahiyyətli nümayəndəsinin etibarnaməsinin olduğu müəyyən edilsə də onun əsas iş yerinin məhz həmin hüquqi şəxs olmasını təsdiq edən sənəd (əmək kitabçasının (onun həmin iş yerinə aid hissəsinin) hüquqi şəxsin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surəti) iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə iş materiallarında olan etibarnamə hüquqi şəxsin qanuni təmsilçisi X2 tərəfindən imzalanmışdır. Lakin təqdim olunmuş iş materiallarında qanuni təmsilçinin iddia ərizəsi imzalamaq, etibarnamə vermək səlahiyyətinin olmasını təsdiq edən sənəd yoxur. Belə vəziyyətdə iddia ərizəsini imzalayan fiziki şəxsin həmin hüquqi şəxsin təmsilçisi və ya səlahiyyətli nümayəndəsi olmasını, həmçinin hüquqi şəxsin adında etibarnamə vermək vermək səlahiyyətinin olmasını müəyyən etmək olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə riayət edilmədən və onu imzalamağa hüquqi olmayan şəxs və ya xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmışdır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-in 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir iş üzrə iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından bахılmаmış sахlаnılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərаrdаddаn 10 (оn) gün müddətində Ağdaş rаyоn məhkəməsinə şikаyət vеrilə bilər. HAKİM : NİZAM ƏLİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar