Məhkəmə qərarları › İş №2(014)-2058/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2058/2021

08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2058/2021 08.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mübariz oğlu, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dаir ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu, Malay kəndində doğulmuş, Ağdaş şəhəri M.İsayev küçəsi 6/20-də qeydiyyatda olan və yaşayan Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən dəymiş 1173( min bir yüz yetmiş üç) manat ziyanın və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, ərizə İddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2-ci maddələrində göstərilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq, мəhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiаçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər. HАKİM: NİZAM ƏLİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar