Məhkəmə qərarları › İş №2(014)-206/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-206/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-206/2021 04.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ə.Şahbazovun Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı Meşə fonduna dəymiş 439,80 manat ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı meşə fonduna dəymiş 439,80 manat ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 439,80 manat pulun alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Qaradeyin kəndi sakini Cavabdeh X3 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu malqara (inək) otarmış və 8 hektar torpaq sahəsində yonca əkməsi faktı aşkar edilmişdir. Faktla bağlı Cavabdeh barəsində xx xxx 2020-ci il tarixli 61939 nömrəli akt tərtib olunmuş və 23 baş iri buynuzlu mal-qara (inək) otarması və 8 hektar torpaq sahəsində yonca əkməsi nəticəsində meşə fonduna 439,80 manat dəymiş ziyan hesablanmışdır. Meşə fonduna dəymiş ziyanın hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cı il tarixli 30 saylı Qərarının 3 saylı əlavəsinə əsasən hesablanmışdır. Dəymiş ziyanın könüllü ödənilməsi barədə Cavabdeh məktub ünvanlanmasına baxmayaraq bu günə kimi ödənilməsi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ə.Şahbazov məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh X3 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin meşə gözətçisidir. Əslində cavabdehin şəxsən həmin ərazidə yonca əkməsi və ya mal-qara otarması müəyyən edilə bilməmişdir, sadəcə olaraq cavabdeh həmin ərazinin gözətçisi olduğu üçün və cavabdehin vəzifəsi gözətçisi olduğu ərazini qorumaq olduğu üçün meşə ərazisinə dəymiş ziyanın ödənilməsi cavabdehdən tələb edilir. Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hesab edir ki, iddiaları əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, X3 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin meşə gözətçisidir. Zülfalı meşəsi tam kəndin ortasında yerləşir. Həmin ərazini mal-qaradan qorumaq mümkün deyildir. O, ərazidə nə yonca əkmiş, nə də ki, mal-qara otarmışdır. Sadəcə meşə gözətçisi olduğu üçün dəymiş ziyanlığı ona ödətdirməyə çalışırlar. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli obyektiv qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx xxx 2020-ci il tarixli Aktından məlum olur ki, Ağdaş rayonu Qaradeyin kəndi sakini Cavabdeh X3 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu mal-qara (inək) otarmış və 8 hektar torpaq sahəsində yonca əkməsi faktı aşkar edilmişdir, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otarmaqla meşəbəyliyinin 3 saylı meşə dolayısında otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən X3 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu mal-qara (inək) otarılması və 8 hektar torpaq sahəsində yonca əkilməsi ilə bağlı dəymiş ziyana dair hesabatdan görünür ki, meşəbəyliyinə cəmi 439,80 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquqü pozuntusu( delikt) nəticəsində fiiziki şəxsin səviyyəsinə və ya əmlakına vururlmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vururlmuş zərəin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanmasına görə maddi məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşəyə dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Lakin məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh X3 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin gözətçisi olduğu üçün hər hansı şəxslərin meşədə mal-qara otarması və yoncə əkməsi nəticəsində vurulan zərərin əvəzi cavabdehdən tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Resublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxıldıqdan sonra həmin süutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyytli olan və onlara məlum olah faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X2rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı Meşə fonduna dəymiş 439,80 manat ziyanın ödənilməsi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar