Məhkəmə qərarları › İş №2(014)-2063/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2063/2021

10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2063/2021 10.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346.03 manat vəsaitin alınıb İddiaçınə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağdaş rayon İcra və Probasiya Şöbəsi iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon məhkəməsinin 1(014)-68/2019 saylı 19 avqust 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmişdir. X1 20.06.2019-cu il tarixdən 19.08.2019-cu il tarixədək həbsdə saxlanıledığı iki ay müddət Azərbaycan respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd ay, təyin edilmiş cəzadan çıxılması və üzərində qəti cəza, bir il səkkiz ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək , elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinn dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi olaraq tapşırılmışdır. 14.01.2020-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X2 müvafiq protokol tərtib eymiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla 01 ədəd mobil nəzarət qurğusu, 01 ədə elektron qolbaq, 01 ədəd enerjiyığan, 03 ədəd ev siqnal ötürücüsü, 01 ədəd adaptor məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Lakin nəzarət cihazına baxış zamanı “İdrak” markalı mobil telefona qanunsuz müdaxilə edildiyi və işlək olmayan bir vəziyyətdə olduğu müəyyən edilmişdir. Bu barədə məhkumun və hal şahidlərinin iştirakı ilə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə yararsız vəziyyətə düşmüş avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də, iddiaçı tərtib edilmiş həmin protokolu, texniki rəyi və digər sənədləri iddia ərizəsinə əlavə edərək baxılması üçün Ağdaş Rayon məhkəməsinə göndərmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərari ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatın 2.1-ci bəndinə əsasən İcra Xidməti və Probasiya Qrumları inzibati orqan hesab edılir. İnzibati orqan olan İddiaçı “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun İV fəslinə uyğun olaraq cavabdeh barəsində icrrat işi başlamalı, Qanunu 57- 62-ci maddələrinə əsasən onun barəsində inzibati akt-qərar qəbul edə bilər. Qanunun 82.1-ci maddəsində qeyd edilir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bir qurumu olmaqla həmin qəbildən olan işlərə baxılaraq müvafiq qərar qəbul etməli olduğu halda, Cavabdeh barəsində toplanmış materialları iddia formasında baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də hesab edirəm ki, iddiaçı İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153 263-264 və 279cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya izah edilsin ki, inzibati orqan vurulmuş ziyanın ödənilməsi barədə inzibati akt qəbul etməklə , həmin ziyanı cavabdehdən tələb edə bilər. Qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Ağdaş rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar