Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-208/2021 02.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi Kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “pul” » tələbinə dаir əmr icraatı qaydasında məhkəməyə mürаciət еtmiş, xx xxxx 2000-ci ildə Ağdaş rayonunda doğulmuş və hazırda passport qeydiyyatında olan borclu Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə qalıq 1644 (bir min altı yüz qırx dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1664 (min altı yüz altmış dörd) manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1884/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(014)-1884/2020 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan ümumi dəyəri 1644 manat olan 1 ədəd İPHONE 8 64 GB GOLD markalı mobil telefon əldə edib. Borclu göstərilən məbləği hər ay 137 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, borcludan xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə dəyəri 1644 (min altı yüz qırx dörd) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1664 (min altı yüz altmış dörd) manat məbləğində pul vəsaitinin alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına ərizə ünvanlayaraq mülki işdə iştirak edə bilməyəcəyini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli FSK3173 saylı nisyə-satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, qiyməti 1644 manat olan İPHONE 8 64 GB Gold markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hər ay 137 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 188/20 ssaylı maliyyə arayışından məlum olur ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC –yə 1644 manat borcu vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli 436/20 saylı pretenziyadan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu 05 (beş) gün müddətində icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə iş üzrə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh kreditordan ümumi dəyəri 1644 manat olan 1 ədəd İPHONE 8 64 GB GOLD markalı mobil telefon əldə edib. Borclu göstərilən məbləği hər ay 137 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Nəticədə xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 1644 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1644 (bir min altı yüz qırx dörd) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1644 (bir min altı yüz qırx dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC -nin xeyrinə tutulsun. Dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: N.M.Əliyev
Məhkəmə qərarları › İş №2(014)-208/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-208/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver