Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2095/2021 12.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borcun məcburi qaydada alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəms Telekom adlı mağazasında telefon və aksesuarlarının pərakəndə satışı ilə məşğuldur. Cavabdeh 17.06.2017-ci il tarixdə işlətdiyi pərakəndə satış obyektinə gəlmiş və şəxsi istifadəsi üçün 600 manat satış qiyməti olan Samsung Tab 3 markalı planşet götürmüşdür. Həmin ildən bu günə kimi pulun bir qismini ödəmişdir. Lakin son 1 ildir ki, qalıq borcunu ödəmir və dolayı bəhanələrlə bu günə kimi borclu olduğu pulu qaytarmamışdır. Cavabdehlə aralarında rəsmi qaydada müqavilə olmasa da, şifahi müqavilə bağlamışlar. Bundan əlavə cavabdeh ona məxsus pərakəndə satış obyektində həmin planşeti götürərkən bir neçə şahidlər olmuşdur. Cavabdehə borcunu qaytarmasına görə dəfələrlə müraciət etməyinə baxmayaraq borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh hal-hazırda fərdi sahibkarlıqla məşğul olur. Lakin bu günə qədər aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq götürdüyü Samsung Tab 3 markalı planşetin qalıq borcunu ödəməkdən boyun qaçırdır. Ona görə də Cavabdeh ona Samsung Tab 3 markalı planşetin qalıq borcuna görə 260 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh şifahi razılaşmalarının şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Odur ki, Ağdaş rayonu, Tofiqi kəndində yaşayan Cavabdeh 260 manat məbləğində borcun və ödədiyi 20 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında İddiaçı 260 manat borcu olduğunu etiraf etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 01 oktyabr 2021ci il tarixə qədər qüvvədə olmuş 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 260 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 280 (iki yüz səksən) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2095/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2095/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver