Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-21/2025 26.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Qobuüstü Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Ağdaş rayon Qobuüstü Bələdiyyəsinə qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair işə Ağdaş rayon məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Ağdaş rayon Qobuüstü Bələdiyyəsinə qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Ağdaş rayonu, yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsindən və Ağdaş Rayonu Qobuüstü Bələdiyyəsinə məxsus olan ümumi istifadə yolundan istifadəyə yaratdığı maneələrin aradan qaldırılmasına və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1947-ci ildə Ağdaş rayonu, Qobuüstü kədində anadan olmuşdur. Hazırda həmin kənddə ailə üzvləri ilə birgə yaşayır. Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən 0.40 ha torpaq sahəsinin mülkiyyətçisidir. Qeyd edir ki, həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında 2006-cı il tarixli JN-015F(KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ona və ailə üzvlərinə məxsusdur. Qonşusu Cavabdeh ilə uzun illərdir ki, torpaq mübahisələri var və həmin mübahisə hələ də davam edir. Məsələ burasındadır ki, qonşusu Cavabdeh və onun yaxın qohumları tamamilə qanunsuz və əsassız yollarla onun öz torpağından istifadəyə süni maneələr yaradırlar, normal təsərrüfat aparmağına imkan vermirlər. Qeyd edir ki, qonşusu Cavabdeh onların torpağına aid olan su yolunu bağlayıb həmin yol qonşusunun torpağının 15m məsafədə yerləşdir. Digər qonşu onlara yol versə də, ordan keçən zaman artıq bələdiyyə yoluna çıxmalı olmuşlar. Belə olduqda onlar artıq ümumi istifadədə olan torpaq yolundan istifadə edə bilmir və nəticədə bələdiyyənin torpağını zəbt etmiş kimi sayılırlar. Onlar kənd yerində yaşayırlar və mal heyvan saxlayırlar, mövcud şəraitdə malheyvanı da otlağa aparmaq qeyri-mümkün olur. Lakin o artıq uzun müddətdir ki, qanuni əsaslarla özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Məsələ burasındadır ki, Cavabdeh və onun yaxın qohumları həmin torpaq sahələrini zəbt ediblər və bildirir ki, o burdan çıxmayacaq, bir sözlə onun öz torpaq sahəsindən istifadəyə imkan vermirlər. O Cavabdeh dəfələrlə bildirmiş ki, bu torpaq sahəsi qanunla ona məxsusdur və ordan çıxmalıdır, yoxsa hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir. Lakin cavabdeh onun təkliflərini qəbul etməmişdir. Bundan sonra o rəsmi şikayət ərizəsi ilə Yevlax Rayon Polis şöbəsində müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldı, hər iki tərəfin izahatları alındı, hətta torpaq sahəsinə baxış da keçirildi, mütəxəssis də dəvət olunmuşdu. Lakin məsələnin mülki xarakterli olması səsəbindən məhkəməyə müraciət etmək lazım gəldi. Bu gün o qanuni əsaslarla əldə etdiyi və dövlət qeydiyyatına alınan torpaq sahəsindən istifadə edə bilmir, səbəb isə bir şəxsin qanunazidd əməlləri nəticəsində həmin torpaq sahəsini zəbt edərək ondan qanunsuz istifadə etməsi və ordan çıxmamasıdır. Bu problemin həlli ilə bağlı dəfələrlə rəsmi orqanların əməkdaşlarına şifahi şəkildə müraciətlər etmişdir, lakin müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, bu problemin həlli ilə bağlı rəsmi yazılı şəkildə onlara ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, su yolunun və gediş-gəliş açılmasını istəyir. Ona yol verilsin ki, suyunu axıtmağa yeri olsun. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, əvvəllər Mənzurənin çəpərinin böyründən onların bağ yerinə getməyə yoll var idi,ş həmin yol bələdiyəyə məxsus idi, sonradan Mənzurə oranı hasarlayıb, onun gediş-gəliş və su yolunu bağlamışdır. Onun bağ yerinə getmək üçün bu yol bağlı olacağı təqdirdə çox yol qət etmək zərurəti yaranır. Cavabdeh onun həyətinə girərək öz torpağından istifadəyə süni maneələr yaradır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının iddia etdiyi yol ona məxsusdur. Orada yol yeri yoxdur. o, da heç kimin həyətinə qanunsuz daxil olub istifadə etməmişdir. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi qanunsuzdur, cavabdeh heç kimin torpağından qanunsuz istifadə etməmiş, su yolu keçən yer cavabdehin torpağıdır. Hazırki tələbə əsasən yol verməmək onun hüququdur. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Qobuüstü Bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh qonşudur. Əvvəllər həmin ərazidən yol keçmişdir, sonradan həmin yol bağlanmışdır. Bir neçə dəfə həmin yolun açılması üçün müraciət edilmişdir, lakin mübahisə yarandığından rəyin təqdim edilməsi mümkün olmamışdır. Bir ildən artıqdır ki, bu vətəndaşlar ona müraciət etmişdir. O bələdiyyə sədri kimi onları yığıb razı salmağa çalışmış, lakin heç bir nəticə əldə olunmamışdır. Yolun sağındakı zəbt olunmuş torpaqdır, soldakı torpaq Bələdiyyə torpağıdır. O yol nə iddiaçıya, nə də cavabdehə məxsus deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-014A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 fevral 1998-ci il tarixli 03 saylı qərarına əsasən Ağdaş rayon Yuxarı Nemətabad kəndi ərazisində 0.25 hektar torpaq sahəsi X7, Cavabdeh, əliyeva Röya Rüstəm qızı, X6 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-015F, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 fevral 1998-ci il tarixli 03 saylı qərarına əsasən Ağdaş rayon Yuxarı Nemətabad kəndi ərazisində 0.40 hektar torpaq sahəsi İddiaçı, X9, X13 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli 3-21-3-35/2-3758/2024 saylı mütəxəssis rəyindən görünür ki, JN-015F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. İddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. Əlavə məlumat üçün bildirir ki, iddiaçının mülkiyyətinə JN-015F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.40 ha torpaq sahəsi verilsə də, istifadəsində 0.41 ha torpaq sahəsi vardır. Həmçinin cavabdehin mülkiyyətinə JN-014A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.23 ha torpaq sahəsi verilsədə, istifadəsində 0.53 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 noyabr 2024-cü il tarixli 3- 16-16/2-10/4923 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyindən qeyd edilir ki, JN-015F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyindən qeyd edilir ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, ilk növbədə cavabdehin torpaq sahəsinə baxış keçirilir və məlum olur ki, cavabdehin evinin sağ tərəfində qonşuları İddiaçı və Rüstəm Əliyevdir. Üç qonşu arasından su arxı keçir və həmin su arxının yanında təxminən bir metr piyada keçməsi üçün yol vardır. Cavabdehin həyətinin digər tərəfə olan çıxışının sol və sağ tərəflərindən cavabdehin ona məxsus olduğunu iddia etdiyi torpaq sahələri vardır, qarşı tərəfində isə iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi var. İddiaçının suyu həmin ərazidən sərbəst keçir, qarşısı kəsilməmişdir. İddiaçının həyətinə baxış keçirildikdə isə eyni halları müşahidə etmək mümkün oldu. İş materiallarına əlavə edilmiş 17 fevral 2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Fərid Əliyev yerində baxış zamanı TEKUİS-dən əldə olunmuş xəritəni göstərərək bildirdi ki, mübahisə olunan torpaq sahəsi üzrə Cavabdeh, İddiaçı və X4 qonşudurlar, torpaq sahələri arasında bələdiyyəyə məxsus ümumi istifadə yolu yoxdur, onların torpaqları bitişikdir, torpaqları Cavabdeh tərəfdən daş hasar, digər qonşular tərəfdən çəpər ayırır. Cavabdeh iddiaçının torpağını zəbt etməmişdir. Beləliklə məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, İddiaçı ona məxsus olan Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsindən cavabdehin istifadəyə yaratdığı maneələrin aradan qaldırılmasını tələb etsə də iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən məlum olur ki, JN-015F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. Bundan başqa, mütəxəssis Farid Vəliyevin iştirakı ilə mübahisə olunan torpaq sahələrinə baxış keçirilərkən məlum oldu ki, mübahisə olunan torpaq sahəsi üzrə Cavabdeh, İddiaçı və X4 qonşudurlar, torpaq sahələri arasında bələdiyyəyə məxsus ümumi istifadə yolu yoxdur, onların torpaqları bitişikdir, torpaqları Cavabdeh tərəfdən daş hasar, digər qonşular tərəfdən çəpər ayırır. Bundan əlavə məhkəmə iclasında məlum oldu ki, iddiaçının mülkiyyətinə JN-015F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.40 ha torpaq sahəsi verilsə də, istifadəsində 0.41 ha torpaq sahəsi vardır. Həmçinin, cavabdehin mülkiyyətinə JN-014A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.23 ha torpaq sahəsi verilsədə, istifadəsində 0.53 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, birbirinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Qobuüstü Bələdiyyəsinə qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Qobuüstü Bələdiyyəsinə qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-21/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-21/2025
26.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver