Məhkəmə qərarları › İş №2(014)-2102/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2102/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2102/2020 08.12.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Mütəllif oğlu, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 237.20 (iki yüz otuz yeddi manat 20 qəpik) manat – bundan 193.40 (bir yüz doxsan üç manat 40 qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0(sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.80 (qırx üç manat 80 qəpik) manat faiz borcu olmaqla və iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 Mütəllif oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Ağdaş filialı ilə Cavabdeh2 Mütəllif oğlu arasında bağlanmış 111.LN.2102.110914.00005 saylı xx xxxxxxxx 2014-cü il tarixli, kredit müqaviləsinə əsasan cavabdehə təmir-tikinti məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 30% (otuz) dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 Mütəllif oğluna kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx xxxxxxxx 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********481 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir bir tədbir görməmişlər. Bank tərəflər arasıında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliklərin yerinə yetirməmişlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bank fəaliyyət göstərdiyi dövrə təsadüf edir.Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaudılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 Mütəllif oğlunun xx.xx.2020-ci il tarixə kredit üzrə cəmi borcu 237.20 (iki yüz otuz yeddi manat 20 qəpik) manat təşkil edir. Bundan 193.40 (bir yüz doxsan üç manat 40 qəpik) manat əsas, 0(sıfır) manat faiz, 0(sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.80 (qırx üç manat 80 qəpik) manat faiz borcu təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Ağdaş filialı ilə Cavabdeh2 Mütəllif oğlu arasında bağlanmış 111.LN.2102.110914.00005 saylı xx xxxxxxxx 2014-cü il tarixli, kredit müqaviləsinə əsasan cavabdehə təmir-tikinti məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 30% (otuz) dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 Mütəllif oğluna kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx xxxxxxxx 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********481 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir bir tədbir görməmişlər. Bank tərəflər arasıında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliklərin yerinə yetirməmişlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bank fəaliyyət göstərdiyi dövrə təsadüf edir.Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaudılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 Mütəllif oğlunun xx.xx.2020-ci il tarixə kredit üzrə cəmi borcu 237.20 (iki yüz otuz yeddi manat 20 qəpik) manat təşkil edir. Bundan 193.40 (bir yüz doxsan üç manat 40 qəpik) manat əsas, 0(sıfır) manat faiz, 0(sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.80 (qırx üç manat 80 qəpik) manat faiz borcu yarandığını bildirir və həmin məbləği cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 20.40 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, “xxxx” ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC X1 ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamamsına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh2 Mütəllif oğlu xx xxxxxxxx 2014-cü il tarixli kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 Mütəllif oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidirlər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz və cərimə borcu məbləği hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 Mütəllif oğlundan və Cavabdeh1 cəmi 237.20 (iki yüz otuz yeddi manat 20 qəpik) manat – bundan 193.40 (bir yüz doxsan üç manat 40 qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0(sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.80 (qırx üç manat 80 qəpik) manat faiz borcu olmaqla və iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Mütəllif oğlundan və Cavabdeh1 cəmi 237.20 (iki yüz otuz yeddi manat 20 qəpik) manat – bundan 193.40 (bir yüz doxsan üç manat 40 qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0(sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.80 (qırx üç manat 80 qəpik) manat faiz borcu olmaqla və iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu müştərək qaydada alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: N.M.Əliyev. AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan xx xxxxxx 2020-ci il İş № 2(014)- 2102/2020 Ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri, Xətai rayonu, Babək pr.16 Surəti: Cavabdeh2 Mütəllif oğlu Ağda rayon, Malay kəndi Cavabdeh1 Ağdaş ray., Malay kəndi Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)- 2102/2020 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Məhkəmənin Hakimi: Nizam Əliyev Ağdaş Rayon Məhkəməsi Göndərilən məktubların reyestri №________ Hakim: Nizam Əliyev Təhvil İşin Soyad, Ad və Atasının adı Göndərilmə № Ünvan alma nömrəsi (təşkilat) növü tarixi Ləğv prosesində olan İddiaçı Bakı şəhəri, Xətai rayonu, 1 2102 ASC cavablı Babək pr.16 2102 Ağda rayon, Malay kəndi cavablı 2 Cavabdeh2 Mütəllif oğlu 2102 Ağda rayon, Malay kəndi cavablı 3 Cavabdeh1 İş № 2(014)-1842/2020 İCRA VƏRƏQƏSİ xx xxxxxx 2020-ci il Ağdaş rayon Məhkəməsi Hаkim Əliyev Nizam Mübariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Mütəllif oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin binasında aşıq məhkəmə iclasında baxaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Mütəllif oğlundan və Cavabdeh1 cəmi 237.20 (iki yüz otuz yeddi manat 20 qəpik) manat – bundan 193.40 (bir yüz doxsan üç manat 40 qəpik) manat əsas, 0 (sıfır) manat faiz, 0(sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 43.80 (qırx üç manat 80 qəpik) manat faiz borcu olmaqla və iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə xx xxxxxx 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikasıl Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvnı, bankdakı hüsablaşma hesabının N:-si: Cavabdeh2 Mütəllif oğlu - Ağdaş rayon, Pirəzə kəndi Cavabdeh1 - Ağdaş rayon, Pirəzə kəndi X2 - ünvan 1 Tələbkarın adı,ünvanı, bankdakı hüsablaşma hesabının N:-si: Ləğv prosesində olan İddiaçı ASC- Bakı şəhəri, Xətai rayonu, Babək pr.16 İcra vərəqəsi xx xxxxxx 2021-ci il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300, Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) ***-**-** Faks: (020) 235- 50-63 www.aghdashcourt.gov.az Elektron ünvan xx xxxxxx 2020-ci il İş № 2(014)- 2102/2020 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Şaiq Məmmədova İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Mütəllif oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(014)- 2102/2020 saylı mülki iş üzrə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: icra vərəqəsi,qətnamənin və şəxsiyyət vəsiqəsinin surəti, Məhkəmənin hakimi: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar