Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2109/2021 20.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 04.07.2014-cü il tarixində "xxxx"nın Ağdaş filialı ilə aralarında zaminlik müqaviləsi bağlanaraq Cavabdeh götürdüyü kredit məbləğinə zamin olmuşdur. Müqavilə bağlanarkən cavabdeh təcili pula ehtiyacı olduğunu bildirərək bankdan kredit almaq üçün müqavilə üzrə bir zaminə ehtiyacının olduğunu bildirmişdir. Ancaq cavabdeh nə banka nədə ki ona verdiyi vədinə əməl etməmiş, qısa müddətdən sonra cavabdeh üzərinə düşən öhdəliyi ödəmədiyi üçün həmin borc müqaviləyə əsasən onun əlillik təqaüdündən tutulmağa başlanılmışdır. Çox təəssüf ki, o cavabdeh tərəfindən aldadıldığını, ona olan etibarından sui-istifadə etdiyini bu zaman anlamışdır. Cavabdehin özü işlədiyi və əmək haqqı aldığı halda dəfələrlə maddi vəziyyətinin ağır olduğunu, aldığı borcunu özünün əmək haqqı ilə ödəməsini bildirsə də hər dəfə öz borcunu ödəyəcəyi barədə yalan vədlər verərək onu aldatmışdır. Cavabdeh borcunu ödəmədiyi üçün bank tərəfindən məhkəməyə verilmişdir. Bu günədək Ağdaş rayon Məhkəməsinin 2(014)-382/2016 saylı qərarı ilə cavabdehin banka olan borcunun xeyrinə onun təqaüdündən 3207 manat məbləğində tutulmuşdur. Hazırda o, cavabdehin borcuna görə 3207 manat təqaüd pulundan məhrum olmuşdur. Həmçinin həmin dövrdə təqaüdündən mərhum olduğu üçün təqribən 2000 manat məbləğində borc almışdır ki, ailə daxili ehtiyaclarını qarşılasın. Nəticədə cavabdehin hazırda ona 3207 manat borcu və təqribən 2000 manat məbləğində də ona dəymiş maddi ziyanı vardır. Odur ki, cavabdehin xeyrinə onun əlillik təqaüdündən tutulmuş 3207 manat məbləğində pulun, bunun nəticəsində ona dəymiş 2000 manat məbləğində maddi ziyanın, göstərdiyi xidmətinin qarşılığı olan 800 manatın və ödənilmiş 30 manat rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən, yəni 3.147 manat hissəsində etiraf edərək qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 2(014)- 382/2016 saylı 13 aprel 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh, X2, İddiaçı və X1 1663 manat əsas kredit borcunun, 40 manat faiz borcunun, cəmi 1703 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-dən məhkəməyə təqdim edilmiş 29 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 04.07.2014-cü il tarixində 24 ay müddətinə (214-04.07.2014-AGD58) kredit verilib. Zamin İddiaçı təqaüd kartından 04.03.2015-13.08.2018-ci il tarixi aralığında toplam 38 tutulma olmaqla 3.147 manat vəsait tutularaq Cavabdeh kreditinə ödənmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı təqaüd kartından Cavabdeh adına rəsmiləşmiş kredit müqaviləsi üzrə yaranmış borca əsasən 38 tutulma olmaqla 3.147 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məclləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardAn istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia iş üzrə iddiaçı olan İddiaçı iş üzrə Cavabdeh zamini kimi təqaüd kartından tutulmuş məbləğdə, yəni 3.147 manat hissəsində təmin edilməli, iddiaçı ona dəymiş 2000 manat məbləğində maddi ziyana, göstərdiyi xidmətinin qarşılığı olan 800 manata münasibətdə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.147 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3177 manat (üç min bir yüz yetmiş yeddi manat) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2109/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2109/2021
20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver