Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2145/2021 23.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 Cavabdeh hüquqi varisi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı borcla əlaqədar pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh vəfat etdiyi üçün iddiaçının nümayəndəsinin razılığı ilə Cavabdeh hüquqi varisi olan oğlu X5 cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********00150 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********* olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.01.2007-ci il tarixdən halhazıra kimi istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablanmış dövrü 1 ay qəbul olunur. 20.12.2015-ci il tarixdən 16.08.2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri1094.38 manat təşkil edən 15878 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Bundan əlavə Cavabdeh tərəfindən limitdən artıq istehlak edilmiş elektrik enerjisinin 117.80 manat edən dəyəri də nəzərə alınmaqla 1094.38 məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 90 manat ödəniş edildiyi üçün onun 30.08.2021-ci il tarixinə ödənilməli olan 1227.62 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 08 yanavar 2021-ci il tarixli 16 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1227.62 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müaciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 10.02.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini komputer vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 1227.62 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Odur ki, Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 1227.62 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddianın təmin edilməsi, tələb edilən borcun iş üzrə cavabdeh olmuş Cavabdeh hüquqi varisi olan oğlu X1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddianı qismən qəbul edərək iş üzrə cavabdeh olmuş və vəfat etmiş atası Cavabdeh hüquqi varisi kimi işə cavabdeh kimi cəlb edilməsinə etiraz etmədiyini, tələb edilən borcun bir hissəsini hissə-hissə, yəni ayda 50 manat nəzarətçiyə ödədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********00150 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********* olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.01.2007-ci il tarixdən halhazıra kimi istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablanmış dövrü 1 ay qəbul olunur. 20.12.2015-ci il tarixdən 16.08.2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri1094.38 manat təşkil edən 15878 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Bundan əlavə Cavabdeh tərəfindən limitdən artıq istehlak edilmiş elektrik enerjisinin 117.80 manat edən dəyəri də nəzərə alınmaqla 1094.38 məbləğində elektrik enerjisi istehlak edilmişdir. Cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 90 manat ödəniş edildiyi üçün onun 30.08.2021-ci il tarixinə ödənilməli olan 1227.62 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 08 yanavar 2021-ci il tarixli 16 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1227.62 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müaciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 10.02.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini komputer vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 1227.62 manat məbləğində ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında 02.06.2021-ci il tarixdə bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Mərkəzi Aran RETSİ ilə Cavabdeh elektrik enerjisindən istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 05 mart 2013-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 01 oktyabr 2021-ci il tarixə qədər qüvvədə olmuş 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan artıq oluqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 254.1.1 və 256.0.1-ci maddələrinə əsasən işdə tərəf olan şəxs öldükdə və hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, iş üzrə icraat bu Məcəllənin 254.1.1 və 254.1.1-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək dayandırılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh olmuş, vəfat etmiş Cavabdeh hüquqi varisi müəyyən olunduğu üçün iş üzrə icraatın dayandırılmasına zərurət yoxdur, iş üzrə cavabdeh X5 məhkəmə iclasında tələb edilən borcun bir hissəsini hissə-hissə, yəni ayda 50 manat nəzarətçiyə ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübut təqdim etmədi, buna görə də iddia təmin edilməli, X1 "xxxx" ASC-nin xeyrinə 1227 manat 62 qəpik elektrik enerjisindən istifadəyə görə yaranmış borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1257 manat 62 qəpik tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 "xxxx" ASC-nin xeyrinə 1227 manat 62 qəpik elektrik enerjisindən istifadəyə görə yaranmış borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1257 manat 62 qəpik (bir min iki yüz əlli yeddi manat altmış iki qəpik) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2145/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2145/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver