Məhkəmə qərarları › İş №2(014)-215/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-215/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-215/2022 28.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehtiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı Bərdə Regional X5 nümayəndəsi X6, Cavabdeh iştirakı ilə İddiaçı Bərdə Regional X5 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X8 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X4 dəfələrlə ona edilən şifahi xəbərdarlıqlara baxmayaraq, özünə məxsus 7 (yeddi) baş iri buynuzlu heyvanlarını meşə sahəsinə gətirərək meşənin təbii bərpasını, yeniyetmə ağacları, cücərtiləri və 2019-cu ilin yazında salınmış badam cinsindən olan 11 ha aqrobağın 0,8 ha ərazisini otarmaqla zədələndirmiş və məhv etmişdir. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən bu barədə 07.09.2021-ci il tarixdə 64442 saylı akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 176 manat ziyan hesablanmışdır. Cavabdeh X4 Bərdə Rcgianal X8nə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də cavabdeh X7 tərəfindən Bərdə RMTM-ə vurmuş olduğu 176 manat dəyərində ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçı Bərdə Regional X5 nümayəndəsi X9 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, məhkəməyə təqdim olunmuş fotoşəkillərdə olan mallar ona məxsus deyil. O, heç kimə ziyan vurmayıb. İddia tələbi əsassızdır. Buna görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 X2 Meşəbəyliyinin 07.09.2021-ci il tarixli 64442 aktından görünür ki, 1 saylı dolayın ərazisində reyd ararılan zaman 7 baş iribuynuzlu camış malları dolayın 2-ci kvadratında 2019-cu ilin yazında badam cinsindən 5X4 sxemdə salınmış 11 ha aqrobağın 0,8 ha hissəsini yeyərək zədələmişdir. Ağdaş rayonu, Ağzıbir kənd sakini X3 mobil nömrəsinə zəng olaraq ona məxsus mal-qaranın meşə ərazisində aqrobağa ziyan vurması ilə bağlı həmin əraziyə gəlməsi bildirilmişdir. Lakin sonuncu həmin əraziyə gəlməmişdir. İşin materiallarında olan 04.10.2021-ci il tarixli 788 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İşin materiallarında olan 07.09.2021-ci il tarixli imtina aktının surətindən görünür ki, Cavabdeh onun haqqında tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdeh tərəfindən ona 176 manat məbləğində ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X13 X1 meşəbəyliyinin ərazisində 2019-cu ilin yazında badam cinsindən 11 ha aqrobağ salınmışdır. 07.09.2021-ci il tarixdə 7 baş iri buynuzlu heyvanlar həmin aqrobağın 0,8 ha hissəsini otlayaraq iddiaçıya 176 manat maddi ziyan vurmuşdur. İddiaçının əməkdaşları bununla bağlı akt tərtib etmişlər və fotoşəkillər çəkmişlər. Cavabdeh həmin əraziyə dəvət olunsa da, həmin əraziyə gəlməmiş və tərtib olunmuş aktı imzalmaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 7 baş iribuynuzlu malın cavabdehə məxsus olmasına və ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda, cavabdehin əgər təqsiri var idisə, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Beləliklə, cavabdehin baş vermiş hadisədə təqsirinin olması işin materialları ilə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bərdə Regional X5 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Bərdə Regional X5 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar