Məhkəmə qərarları › İş №2(014)-222/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-222/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-222/2024 12.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) manat pulun və ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi, Nizami küçəsi 1/1 nömrəli evdə yaşayır. Cavabdeh tanışı Mehdi Mehdiyevin (telefon nömrəsi ***-***-**-**) vasitəsi ilə tanıyır. Rəcəb ondan borca pul istəmişdir. O, da pul hissəhissə olmaqla 5850 manat pul vermişdir. Həmin pulların 4150 manatdan çoxunu Rəcəbə aid kart hesabına təxminən 1700 manatını isə onun yerinə Unibanka ödəmişdir. Banka pul ödəyəndə Rəcəb ona bankdan kredit götürərək borcunu qaytaracağını bildirmişdir. Lakin Rəcəb sözün əməl etməyərək borcunu qaytarmamışdır. Rəcəbdən həmin pulu tələb etsə də müxtəlif bəhanələr gətirirdi. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Rəcəb borcunu ödəməmişdir. Cavabdeh bir neçə ay yalan vədlər verərək borucunu ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bu günədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Buna görə də Ağdaş RPŞ-yə müraciət etmişdir. Rəcəb borcunu qataracağını bildirsə də yenədə ödəməyərək onu aldatmış, belə olduğundan sübutlarını toplayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun dostunun tanışıdır. Dostu ona Rəcəbin pula ehtiyacı olduğunu bildrdikdə o, birinci dəfə Rəcəbin banka olan 1750 manat kreditini ödəmiş, ikinci dəfə isə özünə 4150 manat pul vermişdir. Rəcəb borcu ödəyəcəyinə dair dəfələrlə söz vermiş, lakin sözünə əməl etməmişdir. Buna görə də borcunu tam şəkildə tələb edir. Eyni zamanda tərəfindən ödənilmiş dövlət rüsumunun da cavabdehdən alınaraq ona verilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçıya ümumilikdə 5850 manat məbləğində borcu vardır. Borcunu kredit götürərək ödəyəcəkdi. Lakin sonradan problem yarandığından borcunu ödəyə bilməmişdir. Adına torpaq sahəısi var və həmin torpaq sahəsini sataraq borcu ödəmək istəyir. Lakin həmin torpaq sahəsində ölmüş bir nəfər şəxsin adı olduğundan vərəsəlik işi açdıra və sata bilmir. Borcunun olmasını etiraf edərək borcunu hissə-hissə ödəyəcəyinə dair söz verdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən məhkəməyə daxil olmuş Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzinə etmiş olduğu müraciəti əsasında toplanmış materialın nəticəsinə dair 14 sentyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək Ağdaş rayonu, Kotavan kənd sakini Rəcəb adlı şəxə 5850 manat borca pul verdiyini, lakin pulunu geri ala bilməməsini bildirməsi ilə əlaqədar Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Mahir məhhmədovun HK- 2/2962 nömrəli material daxil olmuşdur. Tərəfindən aparılmış araşdırma zamanı Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan İddiaçı təxminən 5 ay əvvəl əvvəllər tanıdığı Ağdaş rayonu, Kotavan kənd sakini Cavabdeh ona pul lazım olduğunu bildirdiyini bu səbəbdən qohumu olan Əhməd adlı şəxsdən 5850 manat alaraq Rəcəbə məxsus karta köçürdüyünü, lakin Rəcəbin borcunu geri qaytarmadığını bu səbəbdən 06 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng müraciət etdiyini, ümumilikdə Rəcəbin ona 5850 manat pul verməli olduğunu, həmin pulun alınmasıda ona köməklik göstərilməsini istədiyini izahatında bildirmişdir. Tərəfindən aparılmış araşdırma zamanı izahatı alınmış Ağdaş rayonu, Kotavan kənd sakini Cavabdeh izahatında təxminən 6 ay əvvəl İddiaçı ilə birgə online ticarət saytına 13890 manat pul yatırdıqlarını, həmin pulun 5850 manatını Xəlildən aldığını, daha sonra online səhifə bağlandığı üçün pullarını ala bilmədiklərini, hal-hazırda həmin məbləği Xəlilə qaytara bilmədiyini, imkanı düzələn kimi borcunu qaytaracağını izahatında bildirmişdir. Odur ki, müraciət müəllifinə mülki qaydada məhkəməyə müraciət etməli olmaları barədə rəsmi cavab verilməklə toplanmış materialların Ağdaş RPŞ-də işə alınması məqsədəmüvafiq hesab edilmişdir. İşin materiallarından olan pulun köçürülməsinə dair fotoşəkillərdən görünür ki, müxtəlif vaxtlarda 5850 manat məbləğində pul Cavabdeh köçürülmüş və o, həmin fotoşəkillərdə olan qəbzlərlə tanış olaraq həmin məbləğlərin onun hesabına köçürüldüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, ona qarşı irəli sürülmüş borcun qaytarılmasına dair iddia əsaslıdır. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) manat məbləğində pul və 79 (yetmiş doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar