Məhkəmə qərarları › İş №2(014)-223/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-223/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-223/2024 03.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınıb İddiaçınə verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 7(014)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 1(014)-110/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının 2 günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün hesabı ilə hesablanmaqla 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cavabdeh üzərinə saat 23.00-dan saat 07:00-dək Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X3 müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə müvafiq aktla 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd elektron qolbaq, 01 ədəd enerji yığan məhkum, yəni hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Məhkum xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və məhkuma tədbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq götürülmüş və Monitorinq Mərkəzinə təhvil verilmişdir. Lakin, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Attenti şirkətinin texniki rəyində Cavabdeh verilmiş elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilmiş, texniki baxışın nəticələrinə əsasən ana platada elektron elementlərin korroziyası aşkar olunmuş, təmiri mümkün olmaması və istifadəyə yararsız olması qeyd edilmişdir. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından və müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Cavabdeh elektron nəzarəti qurğusunun dəyəri olan 2277,40 manat məbləğində vəsaitin alınıb İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 7(014)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Ağdaş rayon Məhkəməsinin 1(014)-110/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətə islah işləri cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən müvafiq protokol tərtib edilmiş və Cavabdeh cəza çəkdiyi müddət ərzində üzərində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə müvafiq aktla 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd elektron qolbaq, 01 ədəd enerji yığan məhkum, yəni hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh bir neçə dəfə elektron nəzarət qurğusunun nasaz olduğunu bildirmiş, o da dərhal rəhbərliyə məlumat vermiş və rəhbərlik tərəfindən qurğuda heç bir nasazlıq olmadığı, normal siqnal ötürdüyü bildirilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh cəzasını çəkib qurtarmış və məhkuma tədbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq götürülmüş və Monitorinq Mərkəzinə təhvil verilmişdir. Lakin, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Attenti şirkətinin texniki rəyində Cavabdeh verilmiş elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilmiş, texniki baxışın nəticələrinə əsasən ana platada elektron elementlərin korroziyası aşkar olunmuş, təmiri mümkün olmaması və istifadəyə yararsız olması qeyd edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. 23 mart 2024-cü il tarixli məhkəmə baxış iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçının iddiası tam əsassızdır. Belə ki, elektron nəzarət qurğusu ona quraşdırıldıqdan sonra dəfələrlə donma olmuş və o da dərhal icra məmuru Sahib Hümmətova bu barədə məlumat vermişdir. Hətta bu barədə bacı və qardaşlarına da məlumat vermişdir. Cəzasını çəkib qurtardıqdan sonra cihazı tam işlək vəziyyətdə icra məmuruna geri qaytarmış və həmin vaxt ona cihazda problem olması barədə heç bir söz deyilməmişdir. İddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dirdirilmiş X2 izahatında bildirdi ki, Cavabdeh ilə yoldaşıdır.Onun üzərində olan aparat oturduqları yerdə siqnal çalırdı. Buna görə Pünhan 2 dəfə onunla birlikdə Sahib müəllimin yanına getmişdir. O, Pünhanla avtovağzalda dayanıb çay içərkən aparatın siqnal çalmağa başladığını görmüşlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(014)-4/2023 saylı qərarının surətindən görünür ki, Ağdaş Rayon Məhkəmsinin 1(014)-110/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 (bir) gün hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasına, Cavabdeh üzərinə saat 23:00-dan 07:00-dək Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasına, Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İddiaçı həyata keçirməsinə dair yekun qərar qəbul edilmişdir. İşin materiallarında olan İddiaçı 14 fevral 2023-cü il tarixli, c/1-263 nömrəli məktubundan görünür ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-110/2022 saylı xx.xx.2022ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının 2 günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün hesabı ilə hesablanmaqla 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə dair Ağdaş rayon Məhkəməsinin 7(014)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra məmuru Sahib Hümmətovun icraatına qəbul edilmişdir. İşin materiallarında olan Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 15 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, 1 ədəd “ATTENTİ” markalı, 35627393 saylı mobil qurğu və 1 ədəd 078CE06123 saylı elektron qolbaq məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan 19 avqust 2023-cü il tarixli aktın surətindən görünür ki, məhkum Cavabdeh üzərindən götürülmüş “ATTENTİ” markalı, 35627393 saylı elektron nəzarət vasitəsi probasiya xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil vermişdir. İşin materiallarında olan Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000305 saylı texniki rəyin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş 35627393 seriya nömrəli Attenti V6 mobil qurğusuna 23 avqust 2023-cü ildə texniki baxış keçirilmiş və ana platada elektron elementlərin korroziyası müşahidə olunduğu, təmirin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, aşağıdakı cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulması 1 ədəd 1930 manat dəyərində sadə elektron qolbaq – sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1, ƏDV 347.40 manat, cəmi 2277.40 manat təşkil edir. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-3/1193 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusu istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusunun yan səthlərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri vardır. Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlanma yerlərindən qırılmışdır. Tədqiqata təqdim edilmiş elektron qolbağın gövdə hissəsisinin üzərində istismar xarakterli izlər müşahidə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 7(014)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş, o, cəzanın icrası ilə əlaqədar Ağdaş Rayon İcra və Prosbasiya şöbəsinə dəvət edilərək ona elektron nəzarət aparatının istifadə qaydaları izah olunmuş, bu barədə protokol tərtib edilmiş, cavabdeh həmin protokola imza edərək, hüquq və vəzifələri ilə tanış olmuş, həmçinin bu barədə ona yaddaş kitabçası təqdim edilmişdir. Lakin cavabdeh vəzifələrini icra etməyərək elektron nəzarət aparatına müdaxilə etmiş, müdaxilə nəticəsində həmin elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salmış, bu hal iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin rəyi ilə və Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16- 16/2-3/1193 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2277,40 manat miqdarında vurulmuş maddi ziyanın əvəzi alınaraq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, iddianın qiyməti 2277,40 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 42,78 (qırx iki manat, yetmiş səkkiz qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) miqdarında vurulmuş maddi ziyanın əvəzi alınaraq İddiaçınə verilsin. Cavabdeh 42,78 (qırx iki manat, yetmiş səkkiz qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar