Məhkəmə qərarları › İş №2(014)-225/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-225/2023

16.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-225/2023 16.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, mərhum X2 birinci növbəli vərəsəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 115.5dən, yaşayış evi (6/14 hissə), torpaq sahəsinin (ölçüsü, hektarla) 0.175-dən, torpaq sahəsi (27/56 hissə) üzrə, ümumi paylı mülkiyyətdən, payın naturada ayrılması, öz payımın ümumi əmlakdan ayrılması tələbi» haqqında iddiasına dair mülki üzrə verilmiş ərizəni və iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, mərhum X2 birinci növbəli vərəsəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 115.5-dən, yaşayış evi (6/14 hissə), torpaq sahəsinin (ölçüsü, hektarla) 0.175-dən, torpaq sahəsi (27/56 hissə) üzrə, ümumi paylı mülkiyyətdən, payın naturada ayrılması, öz payımın ümumi əmlakdan ayrılması tələbi» haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iş üzrəctərəflərdən X1 öz payını ona bağışalyır. Buna görə də paylar tam müəyyən olunanadək işinin baxılmamış saxlanmasını və iş materiallarına əlavə edilmiş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, mərhum X2 birinci növbəli vərəsəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 115.5-dən, yaşayış evi (6/14 hissə), torpaq sahəsinin (ölçüsü, hektarla) 0.175-dən, torpaq sahəsi (27/56 hissə) üzrə, ümumi paylı mülkiyyətdən, payın naturada ayrılması, öz payımın ümumi əmlakdan ayrılması tələbi» haqqında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin terminalına ödənilmiş 13980 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar