Məhkəmə qərarları › İş №2(014)-2267/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2267/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2267/2021 21.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh3 ilə BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında 03.10.2019-ci il tarixli L-BR-0048708-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 1515,48 manat məbləğində güzəştii kredit rəsmləşdirilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2, Cavabdeh4 oğlu, Cavabdeh5 və Cavabdeh1 ilə 03.10.2019-ci il tarixli L-BR-0048708-F saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 5,71 manat və faiz borcu üzrə 10,29 manat olmaqla cəmi 16 manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 1509,77 manat və faiz borcu üzrə 23,89 manat olmaqla cəmi 1533,66 manat məbləğində kredit borcu vardır. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 olduğunu, Cavabdeh4 və Cavabdeh5 adları texniki səhv olaraq iddia ərizəsinə yazıldığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, işi olmadığı üçün indiyə kimi borcunu ödəyə bilmədiyini, gələcəkdə hissə-hissə ödəyə biləcəyini, zaminlərin məhkəmə iclası barədə məlumatlarının olduğunu, lakin borcu özü ödəyəcəyi üçün zaminlərin məhkəmə iclasına gəlmədiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan BOKT "xxxx" MMC ilə borclu Cavabdeh3 arasında bağlanmış 03.10.2019-cu il tarixli, L-GO-0048708-F saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 1515,48 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan BOKT "xxxx" MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış 03.10.2019-cu il tarixli, AS-00000793 saylı zaminlik müqaviləsinə əsasən zamin 03.10.2019-cu il tarixli, L-GO-0048708-F saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İşin materiallarında olan BOKT "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış 03.10.2019-cu il tarixli, AS-00005381 saylı zaminlik müqaviləsinə əsasən zamin 03.10.2019-cu il tarixli, L-GO-0048708-F saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İşin materiallarında olan BOKT "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 10.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka əsas borc üzrə 1509,77 manat, faiz borcu üzrə 23,89 manat, cəmi 1533,66 manat borcu qalmışdır. İşin materiallarında olan BOKT "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 03.09.2021-ci il tarixli, 21/135, 21/136 və 21/137 saylı xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə borclu Cavabdeh3 arasında bağlanmış 03.10.2019-cu il tarixli, L-GO-0048708-F saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 1515,48 manat məbləğində kredit verilmiş, BOKT "xxxx" MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış 03.10.2019-cu il tarixli, AS-00000793 saylı və borclu Cavabdeh1 arasında bağlanmış 03.10.2019-cu il tarixli, AS-00005381 saylı zaminlik müqavilələrinə əsasən zaminlər 03.10.2019-cu il tarixli, L-GO-0048708-F saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka əsas borc üzrə 1509,77 manat, faiz borcu üzrə 23,89 manat, cəmi 1533,66 manat məbləğində borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 03.10.2019-cu il tarixli, L-GO-0048708-F saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1509,77 (min beş yüz doqquz manat yetmiş yüddi qəpik) manat əsas, 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat faiz olmaqla, cəmi 1533,66 (min beş yüz otuz üç manat altmış altı qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 03.10.2019-cu il tarixli, L-GO- 0048708-F saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1509,77 (min beş yüz doqquz manat yetmiş yeddi qəpik) manat əsas, 23,89 (iyirmi üç manat səksən doqquz qəpik) manat faiz olmaqla, cəmi 1533,66 (min beş yüz otuz üç manat altmış altı qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar