Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2279/2025 15.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 manat məbləğində pulun və 63 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı ünvan 1i ünvanında yaşayır. Təsərüfat işləri və xırda ticarətlə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Hazırki tələbi üzrə cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan əvvəllərdə dana alaraq kəsib pulunu verirdi. Belə ki, o ondan 5400 manat dəyərində nisiyə 2 baş dana aldı. Həmin məbləği tezliklə ödəyəcəyini bildirərək aralarında razılaşmışlar. Razılaşmaya əsasən cavabdeh pulu dananı kəsin satıb verəcəkdir. Buna baxmayaraq cavabdeh bugünədək onaə olan borcundan 1100 manat ödəmiş, yerdə qalan 4300 manat borcunu ödəməkdən boyun qaçırır. Bununlada cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçıraraq onun pulunu mənimsəməklə 4300 manat miqdarda maddi ziyanlıq vurmuşdur. Cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcinə dair yalan vəədlər verərək 4300 manatını mənimsəməyə davam edir. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirərək bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bu günədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh ondan 13 baş dana almış, pulunu tam ödəmədiyindən ona 4300 manat borcu qalmışdır. O, məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona 300 manat, məhkəmə baxışı iclasına qədər isə 135 manat ödənişlər etmişdir. Hazırda cavabdehin ona 3865 manat borcu qalmış, qalan borcunun cavabdehdən alınmasını, iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində bildirdi ki, o qəssab işləyir. İddiaçıdan 13 baş dana almışdır. İddiaçıya həqiqətən 4000 manat borcu vardır. Həmin borcundan 135 manatını məhkəmə baxış iclasına qədər ödəmişdir. Nisyələri çoxdur, hamısı dəftərdə yazılmışdır. Onlar pullarını verdikcə o da iddiaçıya olan borcunu ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş Rayon Polis şöbəsi tərəfindən verilmiş 11 noyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan İddiaçı Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək, təxminən 20 gün bundan əvvəl Ramil adlı şəxsə 2 baş, 2 illik erkək dananı 5400 manata satdığını, Ramilini pulu verəcəyinə söz verməsini, lakin onu aldadaraq pulu vermədiyi barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində yaşayan Cavabdeh izahatında 1 ildir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində ət satışı ilə məşğul olduğunu, müxtəlif şəxslərdən heyvan alıb kəsib satdığını, İddiaçı bir neçə ildir ki, tanıdığını, ondan əvvəllər bir neçə dəfə təxminən 15 min manat dəyərində heyvan aldığını, pulunu tam olaraq verdiyini, sonuncu dəfə 20 gün bundan əvvəl İddiaçı 5400 manat dəyərində iki baş, iki illik, erkək dana aldığını, həmin pulu heyvanı kəsib satdıqca pulunu verəcəyinə söz verdiyini, heyvanlar arasında xəstəlik yayıldığından ət mağazasam bağladığını, buna görə də İddiaçı pulunu verə bilmədiyini, Qabil Məmmədova olan 5400 manat borcundan 1100 manatını verdiyini, qalan 4300 manat pulu isə xx.xx.2025-ci il tarixə kimi verəcəyinə söz verdiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı 01.11,2025-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan İddiaçı Ağdaş RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda heç bir cinayət hadisəsi müəyyən edilməmişdir. Ona görə də, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 64 (altmış dörd) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 5400 manat dəyərində nisyə 13 baş dana almış, borcundan 1100 manat ödəmiş, yerdə qalan 4300 manat borcunu ödəməmişdir. Cavabdeh Ağdaş rayon Polis şöbəsində vermiş olduğu izahatında iddiaçıya 4300 manat pulu xx.xx.2025-ci il tarixinə kimi ödəyəcəyini bildirsə də, həmin puldan yalnız məhkəmə baxış iclasına qədər 435 manatını ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 3865 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya qalan borcunu da ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 3865 (üç min səkkiz yüz altmış beş) manat məbləğində pul və 58.65 (əlli səkkiz manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3865 (üç min səkkiz yüz altmış beş) manat məbləğində pul və 58.65 (əlli səkkiz manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-2279/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2279/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver