Məhkəmə qərarları › İş №2(014)-2308/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2308/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2308/2021 29.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən Paltaryuyan Hotpoint üçün, 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 215 manat, 03.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən İMEİ Kodu **********28395 Samsunq Galaxy A30s markalı telefon üçün 863 (səkkiz yüz altmış üç) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, cəmi 903 manat olmaqla, ümumilikdə 1118 manat borc, 31.18 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə 01.08.2019-cu il və 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən Paltaryuyan Hotpoint, İMEİ Kodu **********28395 Samsung Galaxy A30s markalı telefon və nəticədə 1118 (min bir yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdehin 01.08.2019-cu il və 03.02.2020-ci il tarixli müqavilələrinə 05.04.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 224.64 (iki yüz iyirmi dörd manat altmış qəpik) manat (7 ay x 28.08 manat + 28.08 manat ilkin ödəniş) olan Paltaryuyan Hotpoint üçün ümumilikdə 215 (iki yüz on beş) manat olmaqla ondan, 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə: 03.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 890,24 (səkkiz yüz doxsan,iyirmi dörd qəpik) manat (31 ay x 27,82 manat + 27.82 manat ilkin ödəniş) İMEİ Kodu **********28395 Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 902.42 (doqquz yüz iki, qırx iki qəpik) manat olmaqla, ondan 863 (səkkiz yüz altmış üç) manat ödənilməmiş hissə, 40 manat (qırx) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 56.46 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Beləliklə mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 06.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə 05.04.2021-ci il Paltaryuyan Hotpoint üçün əsas borc 196 manat, cərimə borcu 19 manat olmaqla, cəmi 215 manat məbləğində borc, 03.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə 05.04.2021-ci il İMEİ Kodu **********28395 Samsung Galaxy A30s markalı telefon üçün əsas borc 863 manat, cərimə borcu 40 manat olmaqla, cəmi 903 manat, ümumilikdə 1118 manat məbləğində borc hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsindən görünür ki, 28.08 manat ilkin ödənişlə X1 Fatma Sərdar qızının istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 7 ay ərzində, hər ay 28.08 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 01.08.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00818837 saylı müqaviləyə əsasən Paltaryuyan Hotpoint məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqavilədən görünür ki, 27.82 manat ilkin ödənişlə İMEİ Kodu **********28395 Samsung Galaxy A30s markalı telefon məhsulu Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 31 ay ərzində, hər ay 27.82 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 03.02.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20078127 saylı müqaviləyə əsasən İMEİ Kodu **********28395 Samsunq Galaxy A30s markalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 26.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlirəm ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış 01.08.2019-cu il tarixli 00818837 saylı və 03.02.2020-ci il tarixli 20078127 saylı müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən borcu ödəməklə bağlı icranı gecikdirmişdir. Nəticədə 06.10.2021-ci il tarixli maliyyə cədvəlinə əsasən Cavabdeh ümumilikdə 1118 manat borc hesablanmışdır. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 215 manat, 03.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən 863 (səkkiz yüz altmış üç) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, cəmi 903 manat olmaqla, ümumilikdə 1118 manat borc manat, məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 31.18 (otuz bir, on səkkiz) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 215 manat, 03.02.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 05.04.2021-ci il müqaviləsinə əsasən 863 (səkkiz yüz altmış üç) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, cəmi 903 manat olmaqla, ümumilikdə 1118 manat borc məbləğində pul vəsaiti və 31,18 (otuz bir, on səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar