Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2309/2021 29.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 14.12.2019-cu il, tarixli müqavilə üzrə Tozsoran Philips, Mini soba Hoffmann, üçün, 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 184 manat, 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04447 X2-8 markalı telefon üçün 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, cəmi 203 manat, 04.09.2020-ci tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********85048 Samsung Galaxy A51 markalı telefon üçün 605 (altı yüz beş) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 1052 manat borc, 30,52 manat ödənilmiş dövlət rüsumu, cəmi 1082.52 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 14.12.2019-cu il tarixli müqavilə üzrə X1 sova Hoffman, İMEİ Kodu **********04447 X2-8, İMEİ Kodu **********85048 Samsung Galaxy A51 markalı telefon və nəticədə 1052 (min əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan X1 soba Hoffmann üçün ümumilikdə 184 (yüz səksən dörd) manat olmaqla ondan, 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə: 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 572,40 (beş yüz yetmiş iki, qırx qəpik) manat (18 ay x 31.80 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********04447 X2-8 markalı telefon üçün ümumilikdə, 203 (iki yüz üç) manat olmaqla, ondan 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə: 04.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 753 (yeddi yüz əlli üç) (6 ay x 121,5 manat qəpik 24 manat ilkin ödəniş) İMEİ kodu **********85048 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 665 (altı yüz altmış beş) manat olmaqla ondan, 605 (altı yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 (altmış) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 871.40 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Beləliklə mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 06 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, 14.12.2019-cu il tarixli müqavilə üzrə Tozsoran Philips, Mini soba Hoffmann üçün, 168 ( yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 184 manat., 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04447 X2-8 markalı telefon üçün 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, cəmi 203 manat, 04.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********85048 Samsung Galaxy A51 markalı telefon üçün, 605 (altı yüz beş) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, cəmi 665 manat, ümumilikdə 1052 manat məbləğində borc hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.12.2019-cu il tarixli 01126264 saylı müqavilədən görünür ki, 0 manat ilkin ödənişlə X1 soba Hoffmann Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində, hər ay 28 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 14.12.2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01126264 saylı müqaviləyə əsasən X1 soba Hoffmann məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli 20082272 saylı müqavilədən görünür ki, 0 manat ilkin ödənişlə İMEİ Kodu **********04447 X2-8 markalı telefon məhsulu Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində, hər ay 31.80 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 05.02.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20082272 saylı müqaviləyə əsasən İMEİ Kodu **********04447 X2-8 telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.09.2020-ci il tarixli 21137706 saylı müqavilədən görünür ki, 24 manat ilkin ödənişlə İMEİ kodu **********85048 Samsung Qalaxy A51 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində, hər ay 121.5 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 04.09.2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21137706 saylı müqaviləyə əsasən İMEİ kodu **********85048 Samsung Galaxy A51 markal telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 07.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlirəm ki, Cavabdeh ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış 14.12.2019-cu il tarixli 01126264 saylı, 05.02.2020-ci tarixli 20082272 saylı və 04.09.2020-ci il tarixli 21137706 saylı müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən borcu ödəməklə bağlı icranı gecikdirmişdir. Nəticədə 06.10.2021-ci il tarixli maliyyə cədvəlinə əsasən Cavabdeh ümumilikdə 1052 manat borc hesablanmışdır. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 14.12.2019-cu il tarixli müqaviləsi ilə 168 manat ödənilməmiş hissə, 16 manat cərimə, cəmi 184 (yüz səksən dörd) manat, 05.02.2020-ci il tarixli müqaviləsi ilə 185 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 203 (iki yüz üç) manat, 04.09.2020-ci il tarixli müqaviləsi ilə xeyrinə 605 manat ödənilməmiş hissə,60 manat cərimə, cəmi 665 (altı yüz altmış beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30,52 (otuz,əlli iki qəpik) manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, cəmi 184 manat, 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən 185 (yüz səksən beş) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, cəmi 203 manat, 04.09.2020-ci il tarixli müqaviləsinə əsasən 605 (altı yüz beş) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, cəmi 665 manat ümumilikdə 1052 manat məbləğində pul vəsaiti və 30,52 (otuz,əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-2309/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2309/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver