Məhkəmə qərarları › İş №2(014)-2316/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2316/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2316/2021 02.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında 27.04.2015-ci il tarixli L-AS-0036863-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, "Dövriyyə kapitalı" məqsədilə borcluya 14-ay müddətinə, illik 30 % olmaqla 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3, Cavabdeh2 Niyazi qızı, Cavabdeh4 və Cavabdeh5 ilə 27.04.2015-ci il tarixli L-AS-0036863-F sayli zaminlik müqaviləsi bağlanmışdır. BOKT ”İnkişaf üçün Maliyyə" MMC ilə cavabdehlər arasında 29.11.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin illik faizi 18 %-ə endirilərək, aylıq 1% faiz illik 12% müyyən edilmiş, kredit və zaminlik müqavilələrinin müddəti 30.11.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər cavabdehlər tərəfindən təşkilata əsas məbləğ üzrə 1115,19 ABŞ dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 548,79 ABŞ dolları və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 118,98 ABŞ dolları olmaqla, cəmi 1782,96 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehlərin təşkilata ödənilməmiş 384,81 ABŞ dolları məbləğində əsas məbləğ və 162,10 ABŞ dolları məbləğində faiz bcrcu olmaqla, cəmi 546,91 ABŞ dollar kredit borcları qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 Niyazi qızı və Cavabdeh5 müştərək qaydada ödənilməmiş 384,81 ABŞ dolları məbləğində əsas məbləğ və 162,10 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 546,91 ABŞ dollar məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2015-ci il tarixli, L-AS-0036863-F saylı kredit müqaviləsinə əsasən MMC Cavabdeh1 14 ay müddətinə illik 30 % faiz ödənilməsi şərti ilə 1500 ABŞ dolları məbləğində kredit vermişdir. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2015-ci il tarixli, L-AS-0036863-F saylı birgə borcluluq müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 birgə borclular kreditdən təyinatı üzrə istifadə etməyi və müvafiq kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirməyi, müəyyən edilmiş müddətə kredit məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında 29.11.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin illik faizi 18 %-ə endirilərək, aylıq 1% faiz illik 12% müyyən edilmiş, kredit müqaviləsinin müddəti 30.11.2020-ci il tarixinədək uzadılmışdır. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 29.11.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən ödəniş cədvəlinə müvafiq olan qaydada və müddətdə həyata keçirilməsinə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş 22.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2015-ci il tarixli, L-AS- 0036863-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 22.02.2021-ci il tarixə ümumi borcu 546,91 ABŞ dolları təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 27.04.2015-ci il tarixli, L-AS-0036863-F saylı kredit müqaviləsinə əsasən MMC Cavabdeh1 14 ay müddətinə illik 30 % faiz ödənilməsi şərti ilə 1500 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh3, Cavabdeh2 Niyazi qızı, Cavabdeh4 və Cavabdeh5 ilə 27.04.2015-ci il tarixli L-AS-0036863-F sayli zaminlik müqaviləsi bağlanmış, cavabdehlər müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların MMC-yə ümumilikdə 546,91 ABŞ dolları məbləğində borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Niyazi qızı, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 27.04.2015-ci il tarixli, L-AS-0036863-F saylı müqavilələrə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Niyazi qızı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 384,81 ABŞ dolları məbləğində əsas borc və 162,10 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 546,91 ABŞ dolları məbləğində borc və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Niyazi qızı, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 27.04.2015-ci il tarixli, L-AS- 0036863-F saylı müqavilələrə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Niyazi qızı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 384,81 ABŞ dolları məbləğində əsas borc və 162,10 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 546,91 ABŞ dolları məbləğində borc və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar