Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2330/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2020-ci ildə onun yaşadığı evin həyətində bir neçə baş iribuynuzlu heyvanı var idi. Həmin heyvanları satmaq üçün iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan Ağdaş rayonu, Şıxlı kənd sakini Cavabdehlə əlaqə saxlamışdır. 2020-ci ilin mart ayında Cavabdeh istifadəsində olan mobil telefona zəng edib ona məxsus bir baş erkək dananın olmasını həmin heyvanı satmaq istədiyini bildirmişdir. 20.03.2020-ci il tarixdə Cavabdeh onun həyətinə gəlmiş və həyətində saxladığı ona məxsus bir baş erkək danaya baxmışdır. Erkək dananın ətini bir kiloqramını 10 manata satın alacağını bildirmişdir. Bu təkliflə razılaşdıqdan sonra Cavabdeh ona təklif etmişdir ki, aparıb erkək dananı kəsəcək, heyvanın nə qədər əti çıxsa həmin ətin 1 kiloqramını 10 manatdan hesablayıb ödəyəcək səhəri gün Cavabdeh ona zəng edərək bildirmişdir ki, erkək dananın 143 kiloqram əti çıxdı. Cavabdeh 143 kiloqram ətdən 3 kiloqram ətin pulunu ona zəhmət haqqı olaraq ödədiyini, lakin 140 kiloqram ətin pulunu, yəni bir kiloqram üçün 10 manat olmaqla ona ümumilikdə 1400 manat ödəməli olmasını bildirmişdir. Cavabdeh ona məxsus erkək dana ətinin pulunu iki gün ərzində ödəyəcəyini bildirmişdir. Həmin gündən iki gün keçməsinə baxmayaraq Cavabdeh erkək dana ətinin pulunu ödəməmişdir. İki gün sonra Cavabdeh ona məxsus mobil telefonla zəng edərək ona olan borcunu yəni ona verməli olduğu 1400 manat pulu 2020-ci ilin mart ayının sonunda verəcəyinə söz vermişdir. Daha sonra Cavabdehlə əlaqə saxladıqdan sonra borcunu 2020-ci ilin aprel ayının əvvəlində verəcəyinə söz vermişdir. Lakin Cavabdeh ona söz verdiyi vaxtda borcunu yenə də ödəməmiş, buna görə də hal-hazırda Cavabdeh 1400 manat borcu vardır. Hal-hazırda Cavabdeh 1400 manat borcunu ona qaytarmaqdan imtina edir. Bununla bağlı Ağdaş RPŞ-nə ərizə yazmışdır. Bu barədə Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılıb, müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olması qənaətinə gəlinərək müraciəti əsasında toplanmış material üzrə 30.09.2021-ci il tarixdə Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində cinayət işi başlamasının rədd edilməsi barədə qərar qəbul edilərək müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Odur ki, Ağdaş rayonu, Şıxlı kənd sakini Cavabdeh 1400 manat və dövlət rüsumu olaraq ödədiyi 34 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi vəiddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hsab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşə əlavə edilmiş Ağdaş RPŞ-nin təhqiqat bölməsinin 30 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış 27.09.2021-ci il tarixli, HK-1- 1337 saylı material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir, Cavabdeh izahatında İddiaçı 1400 manat borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmamsı və şəxsin həmin hadisyə aidiyyəti hissəsinədə məcburidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1400 manat borc, 34 manat ödənilmiş dövlət rüsumu, cəmi 1434 (bir min dörd yüz otuz dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2330/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2330/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver