Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2331/2021 25.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı BOKT QSC-nin nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 31 iyul 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 31 iyul 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında 31 iyul 2015-ci il tarixində bağlanmış KAAgd 131949/15 saylı kredit müqaviləsi üzrə 959.43 manat məbləğində əsas kredit borcunun, 156.15 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun və 699.64 manat məbləğində cərimənin, cəmi 1815.22 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT QSC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 14 noyabr 2016cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 ərizəsi əsasında məhkəmənin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə 14 noyabr 2016-cı il tarixli qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı BOKT QSC iddiasını onunla əsaslandırmışdır ki, 31 iyul 2015-ci il tarixdə İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında KAAgd 131949/15 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilatları tərəfindən şəxsi məqsədlər üçün illik faiz dərəcəsi 27 faiz olmaqla, 15 ay müddətinə 1200 manat məbləğində kredit verilmiş və o, 15 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödənilməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etməmişlər. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasına təminat olaraq İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında 31 iyul 2015-ci il tarixli KAAgd 131949/15 saylı kredit müqaviləsi saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin təşkilat qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşıdığını öz öhdəsinə götürmüşdür. İddiaçı BOKT QSC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesblanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öz üzərlərinə düşən öhdəliklərini icra etməmiş və bu günə kimi olan borclarını ödəməmişlər. Zaminlərin öz öhdəliklərini icra etməmələri nəticəsində İddiaçı BOKT QSC-nə zərər vurulmuşdur. Bu isə İddiaçı BOKT QSC qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31 iyul 2015-ci il tarixində bağlanmış KAAgd 131949/15 saylı kredit müqaviləsi üzrə 959.43 manat məbləğində əsas kredit borcunun, 156.15 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun və 699.64 manat məbləğində cərimənin, cəmi 1815.22 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 31 manat dövlət rüsumunun alınaraq İddiaçı BOKT QSC-nin xeyrinə verilməsi xahiş edilir. İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında zamin Cavabdeh2 pensiyasından 1162.10 manat tutulduğunu, hazırda iş üzrə cavabdehlərin İddiaçı BOKT QSC-ə əsas və faiz borcunun qalmadığını, 699.64 manat cərimə borcundan 653.12 manat borcun qaldığını, bildirdi, cavabdehlərdən 653.12 manat cərimə borcunun, 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında əsas borclu Cavabdeh1 onun bacısı olduğunu və bacısının 25.01.2016-cı ildə vəfat etdiyini, kredit müqaviləsi üzrə borcun pensiyasından tutulduğunu və banka borcu olmadığını, həmçinin 31 manat məbləğində dövlət rüsumunun ödənilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 31 iyul 2015-ci il tarixdə İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında KAAgd 131949/15 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilatları tərəfindən şəxsi məqsədlər üçün illik faiz dərəcəsi 27 faiz olmaqla, 15 ay müddətinə 1200 manat məbləğində kredit verilmiş və o, 15 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödənilməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etməmişlər. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasına təminat olaraq İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında 31 iyul 2015-ci il tarixli KAAgd 131949/15 saylı kredit müqaviləsi saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin təşkilat qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşıdığını öz öhdəsinə götürmüşdür. İddiaçı BOKT QSC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesblanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öz üzərlərinə düşən öhdəliklərini icra etməmiş və bu günə kimi olan borclarını ödəməmişlər. Zaminlərin öz öhdəliklərini icra etməmələri nəticəsində İddiaçı BOKT QSC-nə zərər vurulmuşdur. Bu isə İddiaçı BOKT QSC qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Cavabdehin banka 1815.22 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh1 25.01.2016-cı ildə vəfat etmiş, borc zamin Cavabdeh2 pensiyasından 1162.10 manat məbləğində tutulmuş, hazırda əsas və faiz borcu tam olaraq ödənilmiş, 653.12 manat cərimə borcu qalmışdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, əsas borc, faiz borcu və cərimə borcundan 46.42 manat zamin Cavabdeh2 pensiya kartından iddiaçının xeyrinə tutulmuşdur, tutulmuş 46.42 manat cərimə 959.43 manat məbləğində əsas borc üçün yetərlidir, buna görə də iddia qismən təmin edilməli, ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı BOKT QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 31 (otuz bir manat) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2331/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2331/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver