Məhkəmə qərarları › İş №2(014)-234/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-234/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-234/2021 05.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi C.Hacıyevin iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 169,28 manat əsas borc, 21,50 manat müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu və 514,33 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 705,11 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi C.Hacıyev məhkəmə iclasında bildirdi ki, cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi haqqında iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar