Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-237/2020 14.05.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı «X1yə görə yaranmış 991.38 manat məbləğində borcun ödənilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı «X1yə görə yaranmış 991.38 manat məbləğində borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağdaş rayonun Aşağı Ağcayazı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən X1yə görə yaratmış olduğu 718.91 manat məbləğində enerji haqqı dəyərinin, həmçinin barəsində “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AKT R № 159007 saylı akta əsasən qanunsuz istehlak edilmiş elektrik enerjisinin 398.47 manat təşkil edən dəyərinin-ümumilikdə 991.38 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan alınaraq “xxxxxxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izah etdi ki, X2 xidmət ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçılarının keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchizatının təmin edilməsi və elektrik enerjisindən qanunsuz istifadə edilməsi hallarının qarşısının alınması məqsədi ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işləri zamanı Ağdaş rayonunun Aşağı Ağcayazı kəndində açıq naqildən çəkilmiş, istismar müddəti bitmiş hava elektrik verilişi xətləri yeni "Öz yükünü daşıyan izolə edilmiş kabel xətləri” ilə əvəz edilərək istehlakçıların yaşadıqları evlərə və onlara məxsus obyektlərə yeni müasir tipli əvvəlcədən ödənişli “Smart” kart tipli elektrik hesablama sayğacları quraşdırılaraq istehlakçıların istifadəsinə verilmişdir. Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yaşayan X4 elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi X2 “Proqram Bazası”nda **********00125 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə xx.xx.2017-ci il tarixdə quraşdırılmış M-550.2251 tipli, zavod nömrəsi 18777633 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmişdir. Cavabdeh tərəfindən xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövr ərzində dəyəri 718,91 manat təşkil edən 8051 kvt.saat miqdarında X1 etməsinə baxmayaraq hesablanmış enerji haqqı dəyərindən yalnız xx.xx.2017-ci il tarixdə 50 manat məbləğində ödəniş etmişdir. Cavabdeh X1yə görə yaratmış olduğu borcu ödəməkdən qəsdən yayındığına görə onun yaşadığı evin elektrik enerjisi ilə təchizatı “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq xəbərdarlıq edilməklə dəfələrlə dayandırılmasına baxmayaraq ödəniş etməmişdir. Bu səbəbdən enerji təchizatı müəssisəsi tərəfindən cavabdehin yaşadığı evdə istismarda olmuş M- 350.2251 tipli elektrik hesablama sayğacı 2G.03.2019-cu il tarixdə yeni PAUD-İVİP 106 tipli əvvəlcədən ödənişli "Smart” sayğacla əvəz olunmuşdur. Sayğac əvəz olunduqdan sonra cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinə kimi olan 6 ay ərzində dəyəri 53,97 manat təşkil edən 771 kvt saat miqdarında elektrik enerjiisi istehlak edilmişdir. xx.xx.2019-cu il tarixdə sayğac göstəriciləri oxunarkən sayğacın 32 gün ərzində dəyəri 3,22 manat təşkil edən 46 kvt.saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi aşkar edilmişdir. xx.xx.2019-cu il tarixdən 12 11.2019-cu il tarixinə kimi elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisi 771 kvt.saat olmaqla dəyişməz qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə Ağdaş EŞ-nin aparıcı mühəndisi İ.Hacıyev, nəzarətçi mühəndis B.Qarayev və sahə ustası E.Zəkəriyyəyev tərəfindən cavabdeh Ş M.Şirinovun yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman “elektrik hesablama sayğacı yerləşən qutunun içərisində sayğacın giriş xəttinin zədələnərək çıxış xəttinə qoşulmaqla sayğacın dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən qanunsuz istifadə edilməsi” faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar "X1 Qaydalarının tələblərinə uyğun olaraq AKT R№ 159007 saylı akt tərtib edilmişdir. Akt tərtib edilən zaman xətdən keçən elektrik enerjisinin yükü xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçülərək 0.99 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aktın tərtibatında Cavabdeh iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları və aktın tərtibatında iştirak etmiş hal şahidləri Elvin Mövlamov və Elşən Nəbiyev tərəfindən imzalanmışdır. Aktın bir nüsxəsi Cavabdeh verilmişdir. Müdaxilə edilmiş elektrik hesablama sayğacının foto şəkili çəkilmişdir. Cavabdeh barəsində tərtib edilmiş akta əsasən “Mərkəzi Aran" RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq cavabdeh tərəfindən qanunsuz istehlak edilməsi nəticəsində dəyəri 398,47 manat təşkil edən 4277 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Cavabdeh barəsində akt tərtib edilərkən və akta əsasən hesablama aparılarkən ona qarşı hər-hansı bir qanuna zidd və ya qərəzli hərəkətlərə yol verilməmiş, akt "Qaydaların” tələblərinə uyğun olaraq 8.33-cü bəndin tələblərinə riayət edilməklə (hal şahidlərinin iştirakı) düzgün tərtib edilmişdir. Sayğacın cavabdeh tərəfindən zədələnmiş giriş xətti yenisi ilə əvəz edilmişdir. Beləliklə, Cavabdeh barəsində tərtib edilmiş Akta əsasən hesablanmış 398,47 manat məbləği də nəzərə alınmaqla X1yə görə xx.xx.2019-cuil tarixinə 991,38 manat məbləğində ödənilməli olan borcu vardır. Lakin bütün bu göstərilənlərə və aparılmış izahlı söhbətlərə baxmayaraq Cavabdeh X1yə görə yaratmış olduğu 991.38 manat borc məbləğini ödəməkdən qəsdən yayınır. İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X5 ifadə verərək izah etdi ki, Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yaşayan X4 elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi X2 “Proqram Bazası”nda **********00125 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə xx.xx.2017-ci il tarixdə quraşdırılmış M-550.2251 tipli, zavod nömrəsi 18777633 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmişdir. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövr ərzində dəyəri 718,91 manat təşkil edən 8051 kvt.saat miqdarında X1 etməsinə baxmayaraq hesablanmış enerji haqqı dəyərindən yalnız xx.xx.2017-ci il tarixdə 50 manat məbləğində ödəniş etmişdir. Cavabdeh X1yə görə yaratmış olduğu borcu ödəməkdən qəsdən yayındığına görə onun yaşadığı evin elektrik enerjisi ilə təchizatı “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq xəbərdarlıq edilməklə dəfələrlə dayandırılmasına baxmayaraq ödəniş etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Ağdaş EŞ-nin onun, nəzarətçi mühəndis B.Qarayev və sahə ustası E.Zəkəriyyəyev tərəfindən cavabdeh Ş M.Şirinovun yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman “elektrik hesablama sayğacı yerləşən qutunun içərisində sayğacın giriş xəttinin zədələnərək çıxış xəttinə qoşulmaqla sayğacın dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən qanunsuz istifadə edilməsi” faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar "X1 Qaydalarının tələblərinə uyğun olaraq AKT R№ 159007 saylı akt tərtib edilmişdir. Cavabdeh barəsində tərtib edilmiş Akta əsasən 398,47 manat məbləğində hesablanmışdır. Lakin bütün bu göstərilənlərə və aparılmış izahlı söhbətlərə baxmayaraq Cavabdeh X1yə görə yaratmış olduğu 991.38 manat borc məbləğini ödəməkdən qəsdən yayınır. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Mingəçevir ŞPŞ-nin xx.xx.2016-cı il tarixdə AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Nümayəndə xx.xx.1953-cü il tarixdə Samux rayon, Samux kəndində anadan olmuş, Mingəçevir şəhər, 20 Yanvar küç, ev 9-A, m 4-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli 159007 saylı "X1 Qaydalarının tələblərinə uyğun olaraq” AKT-dan məlum olur ki, elektrik hesablama sayğacı yerləşən qutunun içərisində sayğacın giriş xəttinin zədələnərək çıxış xəttinə qoşulmaqla sayğacın dövrədən kənarlaşdırılaraq elektrik enerjisindən qanunsuz istifadə edilməsi” faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş istehlakçının aylıq sərf etdiyi enerjinin miqdarı, dəyəri və ödənişini əks etdirən Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, 991.38 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.32-ci bəndinin tələblərinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «X1 Qaydaları»na görə yenidən hesablaşma istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda aparılır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (AR MM 1906.1; 1096.2) Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.( AR MM 1097) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 718.91 manat məbləğində enerji haqqı dəyəri, həmçinin barəsində “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib edilmiş xx.xx.2019-cu il tarixli, № 159007 saylı akta əsasən qanunsuz istehlak edilmiş elektrik enerjisinin 398.47 manat təşkil edən dəyəri-ümumilikdə 991.38 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb “xxxxxxxx” ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 718.91 manat məbləğində enerji haqqı dəyəri, həmçinin barəsində “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AKT R № 159007 saylı akta əsasən qanunsuz istehlak edilmiş elektrik enerjisinin 398.47 manat təşkil edən dəyəri-ümumilikdə 991.38 manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq “xxxxxxxx” ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-237/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-237/2020
14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver