Məhkəmə qərarları › İş №2(014)-24/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-24/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-24/2023 06.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü ildə anadan olmaqla, Ağdaş rayonunun Şəkili kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Həyat yoldaşı X11, övladları X1, X2, X5 və X3r. Onların mülkiyyətinə Ağdaş rayonunun Şəkili kəndi ərazisində JN-229 KOD 90310028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4,11 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona Ağdaş rayonu Aqrar islahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə verilmişdir. Hal-hazırda Ağdaş rayonunun Şəkili kənd sakini Cavabdeh ona məxsus 229E mülk nömrəli 3990,38 kv.m ölçüsü olan torpaq sahəsini zəbt eləmişdir. Dəfələrlə ona həmin torpaq sahəsindən çıxmasını xahiş və tələb etsə də cavabdeh xahişinə və tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir. Həmçinin Cavabdeh ona məxsus 229V mülk nömrəli 24717,71 kv.m ölçüsü olan torpaq sahəsindən qanunsuz istifadə edərək mülkiyyətindən istifadə etməyinə müdaxilə edərək qanunsuz hərəkət edir. Ona görə də Cavabdeh qarşı JN-229 KOD 90310028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətində olan mülk nömrəsi 229E ölçüsü 3990,38 kv.m olan torpaq sahəsindən məcburi çıxarılması və mülk nömrəsi 229V ölçüsü 24717,71 kv.m olan torpaq sahəsindən qanunsuz istifadəsinə (hərəkətlərinə) son qoyulması tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-229 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, İddiaçı, X11, X1, X2, X5 və X4 Ağdaş rayonu, Şəkili kəndindən 4,11 ha fərdi kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2022-ci il tarixli, № 10/7471 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan Ağdaş rayonu, Şəkili kəndində yerləşən 3990,38 kv. m torpaq sahəsinin 1274 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. 24717,71 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. İddiaçıya məxsus torpaq sahəsinin 1274 kv.m hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının JN-229 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İddiaçı, X11, X1, X2, X5 və X4 Ağdaş rayonu, Şəkili kəndindən 3990,38 kv.m fərdi kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 1274 kv.m hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Ağdaş rayonunun Şəkili kəndində yerləşən JN-229 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı, X11, X1, X2, X5 və X4 məxsus 3990,38 kv.m torpaq sahəsinin zəbt etmiş olduğu 1274 kv.m hissəsindən məcburi qaydada çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş rayonunun Şəkili kəndində yerləşən JN-229 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı, X11, X1, X2, X5 və X4 məxsus 3990,38 kv.m torpaq sahəsinin zəbt etmiş olduğu 1274 kv.m hissəsindən məcburi qaydada çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar