Məhkəmə qərarları › İş №2(102)-1180/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1180/2023

17.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1180/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(107)288/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında ya zılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Göyçay rayonu, Qarabaqqal kəndində 1,34 ha torpaq sahəsi üzərində İddiaçı, 1,03 ha torpaq sahəsinin üzərində isə Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən və mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsindən çıxarılması, onun həmin torpaq sahəsinə girməsinə qadağa qoyulması, həmin torpaq sahəsində yetişdi rdiyi 60 ədəd xurma ağacı və 116 ədəd nar ağacından gəlir götürmək imkanından məhrum olunmaqla ona əldən çıxmış fayda şəklində dəymiş 35880 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,44 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Həmçinin, cavabdeh 2004-cü ildən etibarən iddiaçının razılığı olmadan qanunsuz şəkildə zəbt etdiyi torpaq sahəsindən qazanc əldə etmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Da şınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin 30 iyul 2020-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən RX0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istif adə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX0176438 nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0,44 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

5. Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(046)-62/2021 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia qismən təmin edilmiş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin edil məməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qanuni sahibliyində olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Ona görə də, cavabdeh torpaq sahəsinin həmin hissəsindən çıxarılmalıdır.

7. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 38880 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq ona verilməsinə əsas verə bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsi, 71-ci maddəsinin 2-ci hissəsi, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri, Mül ki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(046)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinə cavabdeh tərəfindən təqdim olunmuş “X2 və Ekspertiza Mərkəzi” MMC-nin 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Göyçay rayonunun Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX-0176438 dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(107)-1292/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlinin və A.A.Mahmudovun iştirakı ilə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(046)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1,34 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri idd iaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(107)-1292/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-6478/2021 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovun və Z.Ə.Əliyevin iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(107)-1292 /2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin təqdim etdiyi “X2 və Ekspertiza Mərkəzi” MMC-nin mühəndisi tərəfindən yerində araşdırma aparılmaqla verilmiş 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyi ilə ondan əvvəl verilmiş rəylər arasında cavabdeh tərəfindən qanunsuz istifadə olunan torpaq sahəsinin ölçüsünə münasibətdə kəskin fərq olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin rəyə qiymət verməmiş, göstərilən rəylər arasında olan ziddiyyətin səbəblərini araşdırmamış, iş üzrə həqiqətin müəyyən olunmasını təmin etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Təkrar apellyasiya icraatı zamanı təyin edilərək keçirilmiş əlav ə məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin 22 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı məxsus RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin və Cavabdeh məxsus RX-0433861 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. İddiaçı məxsus RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan Cavabdeh məxsus RX-0433861 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə müəyyənləşən 1,0347 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı məxsus RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 1,34 ha torpaq sahəsinin 0,3960 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

17. Lakin 26 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyes tri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna mütəxəssis rəyinə əlavə adlı sənəd ünvanlanmış, həmin mütəxəssis rəyinə əlavədə mütəxəssis rəyində təsbit edilənlər təkrar olaraq göstərilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, idarənin elektron məlumat bazasında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0,3960 ha torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh məxsus **********37 (RX-0433861) reyestr nömrəli çıxarışla üst-üstə düşür. Cavabdeh tərəfindən istifadə olunan 3960 kv.m. torpaq sahəsinin 0,2460 ha hissəsi isə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt” kimi qeyd edilmiş parsellə üst-üstə düşür. İddiaçı məxsus **********54 (RX-0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z (0,31 ha), JN-542Z (0,41 ha), JN-543Z (0,62 ha) Torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt” kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0,3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(107)-288/2022 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovun və İ.H.Şükürovun iştirakı ilə) cavabdehin apellyasiya şikayəti qismən təmin ed ilmiş, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(046)62/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsindən Cavabdeh çıxarılması hissəsində dəyişdirilməsi, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən və DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,3960 ha hissəsin dən Cavabdeh çıxarılması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçıya məxsus RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1,34 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyi və həmin Mütəxəssis rəyi əsasında tərtib edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən edilir ki, həmin torpaq sahəsinin 0,3960 ha hissəsindən cavabdeh hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərardadı əsasında 23 iyun 2022-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyi və 26 sentyabr 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən Mütəxəssis rəyinə Əlavə adlı sənədin arasında ziddiyyət olmasına gəlincə apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə Əlavəni deyil, mütəxəssis rəyinin özünü mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi mütəxəssis rəyi ilə mütəxəssis rəyinə Əlavə adlı sənədin arasında olan ziddiyyətin aydınlaşdırılması məqsədi ilə hər iki sənədi tərtib edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu işinin təşkili şöbəsinin müdiri Nazim İbrahimovu və Şöbənin texniki Müşviq Qasımovu məhkəmə iclasına dəvət edərək onların izahatları almışdır. Həm mütəxəssis rəyinə Əlavədən, həm də məhkəmə iclasına dəvət edilmiş mütəxəssislərin izahatlarından görünür ki, Mütəxəssis rəyinə Əlavədə qeyd edilən faktiki istifadə vəziyyəti elektron bazada xidməti istifadə üçün təqdim edilsə də, həmin koordinatlar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Faktiki istifadə vəziyyəti ilə bağlı hər hansı hüquq müəyyən edici sənəd tərtib edilməmiş və yaxın gələcəkdə də tərtib edilməsi gözlənilmir. Qanunvericilik normalarında isə birmənalı olaraq təsbit edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yük lülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Qanunvericilik hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların müdafiəsinə təmin verir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göyçay rayonu Qarabaqqal kəndində reyestr nömrəsi **********54 olan 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mül kiyyət hüququ ilə İddiaçı adına 21 may 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeyd edilmiş və iddiaçının adına RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Sözügedən 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hər hansı səlahiyyətli orqan tərəfindən ləğv edilməmişdir və həmin qeydiyyat qüvvədədir. Belə olan halda, iddiaçının Konstitusiya normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına, digər qanunvericilik normalarına, o cümlədən Mülki Məcəllənin 157.2-ci ma ddəsinin tələbinə uyğun olaraq, özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etmək hüququ vardır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mütəxəssis rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən (yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış) koordinatlara əsaslandığı üçün mötəbər sübut kimi qəbul edilməlidir.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi həmin nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.2, 152.5, 157.2, 157.4, 238.1, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 67, 68, 82, 84, 11 1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 2.3, 2.4, 23-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 384.0.3-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(107)-288/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 16,17-ci, “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci, Mülki Prosessual Məcəllənin 388-ci, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun 2.1-ci maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, daşınmaz əmlak olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Plan və ölçü sənədi hüquqların əmələ gəlməsi üçün əsas deyil. Bu texniki sənəd olduğu üçün onun həqiqiliyi prezumpsiyası qanunvericiliklə müəyyən olunmamışd ır. Apellyasiya instansiyası məhkəməsi ekspertizanı birinci mütəxəssis rəyinə əsasən keçirmiş, lakin mütəxəssis rəyinə əlavəni ekspertə təqdim etməmişdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı tələbinin təmin olunmayan hissəsində qətnaməni mübahisələndirməmişdir. Kassasiya şikayətini cavabdeh verdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstit usiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi ö zgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsin ə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyy əti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ek spertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qə tnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

36. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf torpaq sahəsinin mübahisələndirilən hissəsini onun mülkiyyətində olmasını iddia edir.

37. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya icraatı zamanı kassasiya məhkəməsinin göstərişlərinə əsasən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və hazırki qərarın 16-ci bəndində göstərilən məzmunda mütəxəssis və ekspert rəylərini almışdır.

38. Həmin rəylərə istinad edən apellyasiya məhkəmə si belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,3960 ha hissəsindən istifadəsi qanunsuzdur və iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etmək hüququ vardır.

39. Lakin ekspert rəyindən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən mütəxəssis rəyinə əlavə adlı sənəd daxil olmuş (bax bənd 17) və həmin rəydə göstərilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0,3960 ha torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh məxsus çıxarışla üst-üstə düşür, 0,2460 ha hissəsi isə “zəbt” kimi qeyd edilmişdir. Bunu nla belə, iddiaçıya məxsus torpaq sahələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt” kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmiş və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0,3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

40. Göründüyü kimi, məhkəməyə təqdim olunan mütəxəssis rəyi və həmin rəyə əlavə ilə müəyyən olunmuşdur ki, tərəflərə verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əlavə olunan plan və ölçü sənədlərində göstərilən torpaq sahəsinin koordinatları əsasında mübahisəli torpaq sahəsi cavabdehə məxsus olmamaqla, onun tərəfindən qanunsuz istifadə edildiyi halda, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məl umatlarına əsasən mübahisəli torpaq sahəsinin bir hissəsi (0,15 ha hissəsi) cavabdehin öz mülkiyyətindədir, qalan hissə “zəbt” kimi qeyd olunmuş, iddiaçının torpaq sahəsi isə ümumiyyətlə başqa yerdə yerləşməklə, hazırda mübahisələndirilən torpaqla üst-üstə düşmür.

41. Apellyasiya məhkəməsi qeyd olunan ziddiyyəti araşdırmaq üçün mütəxəssis rəyləri vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu işinin təşkili şöbəsinin müdiri Nazim İbrahimovu və Şöbənin texniki Müşviq Qasımovu dindirmiş və hesab etmişdir ki, mübahisənin həlli üçün mütəxəssis rəyinə əlavə deyil, əvvəlki mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilməlidir (bax bənd 20).

42. Məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əlavə olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin məlumatlarının mübahisənin ədalətli və qanuni həlli üçün əsas götürülməli olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

43. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

44. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublika sının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır.... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

45. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir.... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

46. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kad astr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur.

47. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Resp ublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi.

48. Fərmanın 2.5-ci bəndində həmçinin İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə da xil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

49. Göstərilən normativ hüquqi aktlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərində qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.

50. Hazırki halda mütəxəssis rəyinə əlavə ilə müəyyən olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsasən iddiaçının tələb etdiyi, mübahisələndirilən torpaq sahəsinin bir hissəsi cavabdehin mülkiyyətindədir, iddiaçının Torpağa dair dövlət aktları ilə verilmiş torpaq sahələri isə mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmür. Odur ki, apellyasiya məhkəməsi mübahisəni həll etmək üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən məlumatlarına əsasə n deyil, tərəflərin adına tərtib olunmuş texniki sənədlərə əsasən verilmiş mütəxəssis rəylərini əsas götürməsi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.

51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumun un N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

53. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

55. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

56. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflə rlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(107)-288/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar