Məhkəmə qərarları › İş №2(102)-4475/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4475/2023

05.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4475/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, mütəxəssis rəyinin qiymətləndirilməsi, əlavə ekspertiza təyin edilməsi vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-897/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 1,34 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınaraq, RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

2. Həmin kənddə olan 1,03 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınaraq, RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonun Qarabaqqal kəndində yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan 1,34 ha torp aq sahəsinin 0,44 ha hissəsindən cavabdehin çıxarılması, onun həmin torpaq sahəsinə girməsinə qadağa qoyulması, həmin torpaq sahəsində yetişdirdiyi 60 ədəd xurma ağacı və 116 ədəd nar ağacından gəlir götürmək imkanından məhrum olunmaqla ona əldən çıxmış fayda şəklində dəymiş 35880 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdeh aralarında heç bir razılıq olmadığı halda 2004-cü ildən onun 0.44 ha torpaq sahəsini qanunsuz istifadə edərək orada bağ salıb bu günə qədər qazanc əldə etmişdi r. Həmin torpaq sahəsini cavabdeh vaxtında ona təhvil versəydi, həmin torpaq sahəsindən özü istifadə edərək indiyə kimi cəmi 38880 manat gəlir əldə edə bilərdi.

5. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin 30 iyul 2020-ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülki yyətində olan 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX0176438 nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0,44 ha hissəsindən Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd olunmasını xahiş etm işdir.

7. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X1 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyində və əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir.

8. Göyçay Rayon Məhkəməsinin 2(046)-62/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilərək Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1,34 ha to rpaq sahəsinin 0,44 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qanuni sahibliyində olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Ona görə də, cavabdeh torpaq sahəsinin həmin hissəsindən çıxarılmalıdır.

10. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 38880 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq ona verilməsinə əsas verə bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsi, 71-ci maddəsinin 2-ci hissəsi, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya instansiyası məhkəməsində cavabdehin müraciəti əsasında təqdim olunmuş “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Göyçay rayonun Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş, dövlət reyestrindən RX ******* nömrəli çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1292/2021 saylı, 05 iyul 2021-ci i l tarixli qətnaməsi ilə (hakim Ə.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər M.Əsədli və A.Mahmudov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-62/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1,34 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sa hiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1292/2021 saylı 05 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6478/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim İ.Xələfov, (sədrlik edən və məruzəçi), hakimlər Ə.Nurməmmədov və Z.Əliyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1292/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhk əməyə göndərilmişdir.

18. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin təqdim etdiyi “X3 və Ekspertiza Mərkəzi” MMC-nin mühəndisi tərəfindən yerində araşdırma aparılmaqla verilmiş 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyi ilə ondan əvvəl verilmiş rəylər arasında cavabdeh tərəfindən qanunsuz istifadə olunan torpaq sahəsinin ölçüsünə münasibətdə kəskin fərq olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin rəyə qiymət verməmiş, göstərilən rəylər arasında olan ziddiyyətin səbəblərini araşdırmamış, iş üzrə həqiqətin müəyyən olunmasını təmin etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Təkrar apellyasiya icraatı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

20. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Ağsu LTİ-nin 22 iyun 2022-ci il tarixli mütəxəssis rəyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2022-ci il tarixli ekspert rəyində göstərilir ki, iddiaçıya məxsus RX-0176438 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin və Cavabdeh məxsus RX-0433861 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları naturad a müəyyən edilmişdir. İddiaçıya məxsus RX-0176438 nömrəli çıxarışa əlavə olunan plan cavabdehə məxsus RX0433861 nömrəli çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə müəyyənləşən 1,0347 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçıya məxsus RX-0176438 nömrəli çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 1,34 ha torpaq sahəsinin 0,3960 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.

21. Lakin 26 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna “Mütəxəssis rəyinə əlavə” adlı sənəd ünvanlanmış, həmin mütəxəssis rəyinə əlavədə mütəxə ssis rəyində təsbit edilənlər təkrar olaraq göstərilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, idarənin elektron məlumat bazasında təqdim olunan, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” (bundan sonra - TEKUİS) məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0,3960 ha torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh məxsus **********37 (RX-0433861) reyestr nömrəli çıxarışla üst-üstə düşür. Cavabdeh tərəfindən istifadə olunan 3960 kv.m. torpaq sahəsinin 0,2460 ha hissəsi isə elektron bazada təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt” kimi qeyd edilmiş parsellə üst-üstə düşür. İddiaçı məxsus **********54 (RX-0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z (0,31 ha), JN-542Z (0,41 ha), JN-543Z (0,62 ha) torpağa mülkiyyət h üququna dair dövlət aktları ilə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan TEKUİS məlumatlarında “zəbt” kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0,3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-288/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasov (sədrlik edən və məruzəçi) hakimlər A.Eyvazov və İ.Şükürov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)62/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRXnin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsindən Cavabdeh çıxarılması hissəsində dəyişdirilməsi, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən və DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,3960 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir.

23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi və həmin mütəxəssis rəyi əsasında tərtib edilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən edilir ki, həmin torpaq sahəsinin 0,3960 ha hissəsindən cavabdeh hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərardadı əsasında 23 iyun 2022-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm ətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi və 26 sentyabr 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən “Mütəxəssis rəyinə əlavə” adlı sənədin arasında ziddiyyət olmasına gəlincə apellyasiya instansiyası məhkəməsi “Mütəxəssis rəyinə əlavə”ni deyil, mütəxəssis rəyinin özünü mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi mütəxəssis rəyi ilə “Mütəxəssis rəyinə əlavə” adlı sənədin arasında olan ziddiyyətin aydınlaşdırılması məqsədi ilə hər iki sənədi tərtib edən Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu işinin təşkili şöbəsinin müdiri Nazim İbrahimovu və Şöbənin texniki Müşviq Qasımovu məhkəmə iclasına dəvət edərək onların izahatları alınmışdır. Həm “Mütəxəssis rəyinə əlavə”dən, həm də məhkəmə iclasına dəvət edilmiş mütəxəssislərin izahatlarından görünür ki, “Mütəxəssis rəyinə əlavə”də qeyd edilən faktiki istifadə vəziyyəti elektron bazada xidməti istifadə üçün təqdim edilsə də, həmin koordinatlar hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Faktiki istifadə vəziyyəti ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd tərtib edilməmiş və yaxın gələcəkdə də tərtib edilməsi gözlən ilmir. Qanunvericilik normalarında isə birmənalı olaraq təsbit edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Qanunvericilik hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hü quqların müdafiəsinə təminat verir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göyçay rayonu Qarabaqqal kəndində reyestr nömrəsi **********54 olan 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 21 may 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeyd edilmiş və iddiaçının adına RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Sözügedən 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat hər hansı səlahiyyətli orqan tərəfindən ləğv edi lməmişdir və həmin qeydiyyat qüvvədədir. Belə olan halda, iddiaçının Konstitusiya normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına, digər qanunvericilik normalarına, o cümlədən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə uyğun olaraq, özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etmək hüququ vardır.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mütəxəssis rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən (yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış) koordinatlara əsaslandığı üçün mötəbər sübut kimi qəbul edilməlidir.

26. Apellyasiya instansiya məhkəməsi gəldi yi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.2, 152.5, 157.2, 157.4, 238.1, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 67, 68, 82, 84,111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 2.3, 2.4, 23-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 384.0.3-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

27. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1180/2023 saylı, 17 may 2023-cü il tarixli qərarı ilə ilə (hakim E.Şamayev, (sədrlik edən və məruzəçi), hakimlər Ə.Xıdırov v ə E.Vəliyeva) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-288/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

30. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf torpaq sahəsinin mübahisələndirilən hissəsinin onun mülkiyyətində olmasını iddia edir.

31. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya icraatı zamanı kassasiya məhkəməsinin göstərişlərinə əsasən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etdərək mütəxəssis və ekspert rəylərini almışdır.

32. Həmin rəylərə istinad edən apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,3960 ha hissəsindən istifadəsi qanunsuzdur və iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etmək hüququ vardır.

33. Lakin ekspert rəyindən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən “Mütəxəssis rəyinə əlavə” adlı sənəd da xil olmuş (bax bənd 17) və həmin rəydə göstərilmişdir ki, TEKUİS məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0,3960 ha torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh məxsus çıxarışla üst-üstə düşür, 0,2460 ha hissəsi isə “zəbt” kimi qeyd edilmişdir. Bununla belə, iddiaçıya məxsus torpaq sahələri elektron bazada təqdim olunan TEKUİS məlumatlarında “zəbt” kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmiş və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0,3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

34. Göründüyü kimi, məhkəməyə təqdim olunan mütəxəssis rəyi və həmin rəyə əlavə ilə müəyyən olunmuşdur ki, tərəflərə verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə olunan plan və ölçü sənədlərində gö stərilən torpaq sahəsinin koordinatları əsasında mübahisəli torpaq sahəsi cavabdehə məxsus olmamaqla, onun tərəfindən qanunsuz istifadə edildiyi halda, TEKUİS məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin bir hissəsi (0,15 ha hissəsi) cavabdehin öz mülkiyyətindədir, qalan hissə “zəbt” kimi qeyd olunmuş, iddiaçının torpaq sahəsi isə ümumiyyətlə başqa yerdə yerləşməklə, hazırda mübahisələndirilən torpaqla üst-üstə düşmür.

35. Apellyasiya məhkəməsi qeyd olunan ziddiyyəti araşdırmaq üçün mütəxəssis rəyləri vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu işinin təşkili şöbəsinin müdiri Nazim İbrahimovu və Şöbənin texniki Müşviq Qasımovu dindirmiş və hesab etmişdir ki, mübahisənin həlli üçün “Mütəxəssis rəyinə əlavə” deyil, əvvəlki mütəxəssis rəyi mötəbər sübut kimi qəbul edilməlidir. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

36. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-897/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Rəfiyev (sədrlik edən və məruzəçi) hakimlər V.Məlikov və G.Cavadova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir.

37. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəki Apelly asiya Məhkəməsinin elektron poçtuna daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyinə Əlavədən görünür ki, idarənin elektron məlumat bazasında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0.3960 ha torpaq sahəsinin 0.15 ha hissəsi Cavabdeh məxsus **********37 (RX-0433861) reyestr nömrəli çıxarışla üst-üstə düşür. Cavabdeh tərəfindən istifadə olunan 3960 kv.m torpaq sahəsinin 0,2460 ha hissəsi isə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi qeyd edilmiş parsellə üst-üstə düşür. İddiaçı məxsus **********54 (RX0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z ( 0.31 ha), JN-542Z (0.41 ha), JN-543Z (0.62 ha) Torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0.3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri Nazim İbrahimov izahatında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı qəbul edilənə kimi mülkiy yətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair real natura vəziyyətinə, yəni faktiki istifadə vəziyyətinə uyğun olmayaraq plan və ölçü sənədi təqdim olunurdu. Plan-ölçü sənədindəki koordinatlar yerinə köçürüləndə vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmürdü. Torpaqların faktiki istifadə vəziyyətinə uyunlaşdırılması məqsədilə respublika ərazisində mülkiyyətə verilmiş torpaq sahələrinin çöl-ölçmə işləri aparılmış, müvafiq xəritələr hazırlanmış və həmin xəritələr də ərazi idarələrinin xidməti istifadələrinə verilmişdir. Əvvəlki dövrlərdə verilmiş çıxarışlar hazırkı elektron uçota inteqrasiya edilmişdir. İnteqrasiya edilmiş məlumat bazası torpağın faktiki istifadə vəziyyətinə uyğun olaraq hazırlanmış məlumatlar əsasında rəy verilmişdir. 3960 kv.m Cava bdeh tərəfindən istifadə olunur. Həmin elektron məlumat bazasında 15 kv.m cavabdehə məxsus, 24 kv.m zəbt edilmiş torpaq sahəsidir. İddiaçı və cavabdehin torpaq sahələri arasında mülkiyyət növü barədə qərar verilməyən zəbt torpaq sahəsi vardır. Cavabdehə məxsus çıxarışın verilməsinə əsas olan JN-541Z, JN-542Z və JN-543Z nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktları onların faktiki istifadə vəziyyətinə uyğun olaraq yerləşdirilmişdir. Plan-ölçü sənədləri də elektron uçotdakı məlumatlara əsasən tərtib edilir. İddiaçıya məxsus 1.34 ha torpaq sahəsi elektron uçot bazasında faktiki istifadə vəziyyətinə uyğun olaraq iddiaçının adına yerləşdirilmişdir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələri üst-üstə düşmür. 39.

27. Göründüyü kimi, məhkəməyə təqdim olunan mütəxəssis rəyi və həmi n rəyə əlavə ilə müəyyən olunmuşdur ki, tərəflərə verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əlavə olunan plan və ölçü sənədlərində göstərilən torpaq sahəsinin koordinatları əsasında mübahisəli torpaq sahəsi cavabdehə məxsus olmamaqla, onun tərəfindən qanunsuz istifadə edildiyi halda, TEKUİS məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin bir hissəsi (0,15 ha hissəsi) cavabdehin öz mülkiyyətindədir, qalan hissə “zəbt” kimi qeyd olunmuş, iddiaçının torpaq sahəsi isə ümumiyyətlə başqa yerdə yerləşməklə, hazırda mübahisələndirilən torpaqla üst-üstə düşmür.

40. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı, tərəflərin və mütəxəssisin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edilmişdir ki, torpaqların ele ktron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsasən iddiaçının tələb etdiyi, mübahisələndirilən torpaq sahəsinin bir hissəsi cavabdehin mülkiyyətindədir, iddiaçının “Torpağa dair dövlət aktları” ilə verilmiş torpaq sahələri isə mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

41. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-897/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

42. Şikayət bir sıra maddi və prosessual hüquq pozuntularına istinad edilməklə əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Ali Məhkəmənin qərarında ap ellyasiya instansiya məhkəməsinə işə yenidən baxan zaman əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməsinə dair göstəriş verilmişdi. Apellyasiya instansiya məhkəməsi bu göstərişə əməl etməmiş, sadəcə 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri Nazim İbrahimovu məhkəməyə dəvət etmiş və ondan izahat almaqla kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

44. Cavabdeh izahat göndərərək onun torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmədiyini, hətta iddiaçı ilə onun torpaq sahələrinin qonşu olmadığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 45. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tə ləb edə bilər. 46. 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 47. 239.2 Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 48. 5-ci maddənin 1-ci bəndi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 49. 83-cü maddənin 1-ci hissəsi. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 50. 84-cü maddənin 1-ci hissəsi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 51. 84-cü maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 52. 111-ci maddə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qu rğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia rədd olunmasına və iddiaçı qətnamənin ləğv olunmasını tələb etdiyinə baxmayaraq, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-288/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə onun mülkiyyətində olan 1,34 ha torpaq sahəsinin 0,44 ha hissəsindən cavabdehin çıxarılması hissəsində dəyişdirilərək, 0,3960 ha hissəsindən cavabdehin çıxarılması ilə razılaşmış, onun iddiasının təmin olunmayan (0,044 ha) hissəsini mübahisələndirməmişdir. Buna görə də kassasiya baxışının predmetini, iddiaçının torpaq sahəsinin 0,3960 ha hissəsindən cavabdehin çıxarılması tələbinin rədd olunması üzrə apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması barədədir.

62. Bu iddia mülkiyyətin müdafiəsinə yö nəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

63. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən sübut kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 64. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki M əcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

65. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulan hüquqi əsasdır.

66. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsindən ibarətdir.

67. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün iş üzə verilmiş mütəxəssis rəylərini müqayisəli təhlil etmiş, mütəxəssisin ifadəsini dinləmi ş və müəyyən etmişdir ki, əvvəlki dövrlərdə verilmiş çıxarışlar hazırkı elektron uçota inteqrasiya edildiyindən, inteqrasiya edilmiş məlumat bazası torpağın faktiki istifadə vəziyyətinə uyğun olaraq hazırlanmış məlumatlar əsasında rəy verilmişdir. Həmin məlumatlara əsasən, 3960 kv.m sahədən cavabdeh tərəfindən istifadə olunur. Həmin elektron məlumat bazasında mübahisəli torpaq sahəsinin bir hissəsi (0,15 ha hissəsi) cavabdehin öz mülkiyyətindədir, 24 kv.m zəbt edilmiş torpaq sahəsidir. İddiaçı və cavabdehin torpaq sahələri arasında hansı mülkiyyət növünə aid olması barədə qərar verilməyən zəbt torpaq sahəsi vardır. İddiaçının torpaq sahəsi isə ümumiyyətlə başqa yerdə yerləşməklə, hazırda mübahisələndirilən torpaqla üst-üstə düşmür. 68. xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna daxil olmuş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin “Mütəxəssis rəyinə əlavə”də göstərilmişdir ki, İddiaçı məxsus **********54 (RX0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z (0.31 ha), JN-542Z (0.41 ha), JN-543Z (0.62 ha) “Torpağa mülkiyyət hüququna dair dövlət aktları” ilə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan TEKUİS məlumatlarında “zəbt" kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0.3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

69. Həmçinin mütəxəssis - DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri N azim İbrahimov izahatında bildirmişdir ki, cavabdehə məxsus çıxarışın verilməsinə əsas olan JN-541Z, JN-542Z və JN-543Z nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktları onların faktiki istifadə vəziyyətinə uyğun olaraq yerləşdirilmişdir. Plan-ölçü sənədləri də elektron uçotdakı məlumatlara əsasən tərtib edilir. İddiaçıya məxsus 1.34 ha torpaq sahəsi elektron uçot bazasında faktiki istifadə vəziyyətinə uyğun olaraq iddiaçının adına yerləşdirilmişdir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələri üst-üstə düşmür.

70. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən olunmuş hallara hüquqi qiymət verərək bildirmişdir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış mü asir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur.

71. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr u çotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mö vcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi.

72. Fərmanın 2.5-ci bəndində həmçinin İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

73. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsaslandırmasını davam edərək qeyd etmişdir ki, göstərilən normativ hüquqi aktlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifa dəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərində qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.

74. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin hallarını mütəxəssis rəylərinə əsasən araşdırmış və gəldiyi nəticəni normativ hüquqi aktlara istinadla əsaslandırmışdır.

75. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.

76. Kassasiya kollegiyası iddiaçının apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul e dilməsi qanuna müvafiq hesab edilə bilməz.

77. Bundan başqa, baxılan işdə apelyasiya instansiyası məhkəməsi əlavə ekspertiza təyin olunması barədə iddiaçı tərəfin vəsatətini araşdıraraq vəsatəti rədd etmiş və gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlar olduğundan, həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir. Mütəxəssis tərəfindən mübahisəli məsələlərə tam aydınlıq gətirildiyindən, onun tərəfindən təqdim edilmiş iddiaçıya və cavabdehə məxsus olan torpaq sah ələrinin elektron kadastr uçotu informasiya sistemindən çıxarışa, mütəxəssis rəyinə əlavəyə əsasən verilmiş izahata əsaslanaraq kollegiya belə qənaətə gəlir ki, əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi zərurəti aradan qalxmışdır.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

79. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-897/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar