Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-897/2023 26.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları
1. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Göyçay rayonu Qarabaqqal kəndində yerləşən mülkiyyətində olan 1.34 ha torpaq sahəsindən 0.41 hektarından Cavabdeh çıxarılması, 38880 (otuz səkkiz min səkkiz yüz səksən) manat əldən çıxmış gəlirin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin artırılması haqqında 16 mart 2021-ci il tarixli ərizə verərək göstərmişdir ki, Cavabdeh qarşı 0.41 hektar torpaq sahəsindən çıxarılma tələbinə dair iddia tələbinin həcmini artıraraq cavabdehin 0.44 ha torpaq sahəsindən çıxarılmasını xahiş edir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən Göyçay rayon Qarabaqqal kəndində 1.34 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hazırda məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdeh aralarında heç bir razılıq olmadığı halda 2004-cü ildən onun 0.44 ha torpaq sahəsini qanunsuz istifadə edərək orada bağ salıb bu günə qədər qazanc əldə etmişdir. Həmin torpaq sahəsini cavabdeh vaxtında ona təhvil versəydi, həmin torpaq sahəsindən özü istifadə edərək indiyə kimi cəmi 38880 (otuz səkkiz min səkkiz yüz səksən) manat gəlir əldə edə bilərdi. Buna görə də iddia tələbinin təmin olunması, cavabdehin həmin 0.44 ha torpaq sahəsindən çıxarılması və 38880 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 cavabdehin göstərdiyi xüsusatları təsdiq etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X4 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyində və əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir.
7. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar Ərazı İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 manat məhkəmə xərcinin Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
8. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin 5 iyul 2021-ci il tarixli 2(107)-1292/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
10. Şəki Apellyasiya Məhkəməsinin 5 iyul 2021-ci il tarixli 2(107)-1292/2021 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(102)-6478/2021 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 5 iyul 2021-ci il tarixli 2(107)-1292/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(107)-288/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılması hissədə dəyişdirilərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən və DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.3960 ha hissəsindən Cavabdeh çıxarılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 10/4741 nömrəli Əlavə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Az.MEM VÖEN:**********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(107)-288/2022 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(102)-1180/2023 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli 2(107)-288/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
Apellyasiya şikayətinin dəlilləri:
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsinə əsas kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə istinad etmişdir. Belə ki, həmin rəydə mütəxəssis RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan-ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyini göstərmişdir. Bu səbəbdən məhkəmə DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul etmişdir. Onun müraciəti əsasında “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX-0176438 dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsinin Cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmənin sübut kimi istinad etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmiş hallardan fərqli olaraq, “X8 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi tərəfindən müəyyən edilmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX-0176438 nömrəli dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Hesab edir ki, iddianın əsassız olması “X8 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə yanaşı, işin faktiki halları ilə də sübut olunur. Bütün bunlara baxmayaraq məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, həqiqətə nail olmaq üçün mütəxəssislərin iştirakı ilə yerli baxış keçirməmiş, ekspert qarşısında qoyulmuş suallara dolğun cavab verilmədiyi halda, təkrar ekspertiza təyin etməklə, ekspertizanın aparılmasını başqa ekspertə və yaxud başqa X2 həvalə etməmiş, nəticədə Konstitusiya ilə təminat verilmiş məhkəmədə müdafiə olunmaq hüququ pozulmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya şikayəti üzrə izahatlar:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil5 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri Nazim İbrahimov izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı qəbul edilənə kimi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair real natura vəziyyətinə, yəni faktiki istifadə vəziyyətinə uyğun olmayaraq plan və ölçü sənədi təqdim olunurdu. Plan-ölçü sənədindəki koodinatlar yerinə köçürüləndə vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmürdü. Torpaqların faktiki istifadə vəziyyətinə uyunlaşdırılması məqsədilə respublika ərazisində mülkiyyətə verilmiş torpaq sahələrinin çöl-ölçmə işləri aparılmış, müvafiq xəritələr hazırlanmış və həmin xəritələr də ərazi idarələrinin xidməti istifadələrinə verilmişdir. Əvvəlki dövrlərdə verilmiş çıxarışlar hazırkı elektron uçota inteqrasiya edilmişdir. İnteqrasiya edilmiş məlumat bazası torpağın faktiki istifadə vəziyyətinə uyğun olaraq hazırlanmış məlumatlar əsasında rəy verilmişdir. 3960 kv.m Cavabdeh tərəfindən istifadə olunur. Həmin elektron məlumat bazasında 15 kv.m cavabdehə məxsus, 24 kv.m zəbt edilmiş torpaq sahəsidir. İddiaçı və cavabdehin torpaq sahələri arasında mülkiyyət növü barədə qərar verilməyən zəbt torpaq sahəsi vardır. Cavabdehə məxsus çıxarışın verilməsinə əsas olan JN-541Z, JN-542Z və JN-543Z nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktları onların faktiki istifadə vəziyyətinə uyğun olaraq yerləşdirilmişdir. Plan-ölçü sənədləri də elektron uçotdakı məlumatlara əsasən tərtib edilir. İddiaçıya məxsus 1.34 ha torpaq sahəsi elektron uçot bazasında faktiki istifadə vəziyyətinə uyğun olaraq iddiaçının adına yerləşdirilmişdir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələri üst-üstə düşmür.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.
22. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir.
23. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh X5 qanunsuz istifadəsindədir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
25. Şəki Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarında göstərilmişdir ki, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
26. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin elektron poçtuna daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Mütəxəssis rəyinə Əlavədən görünür ki, idarənin elektron məlumat bazasında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında cavabdeh tərəfindən istifadə olunan 0.3960 ha torpaq sahəsinin 0.15 ha hissəsi Cavabdeh məxsus **********37 (RX-0433861) reyestr nömrəli çıxarışla üst-üstə düşür. Cavabdeh tərəfindən istifadə olunan 3960 kv.m torpaq sahəsinin 0,2460 ha hissəsi isə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi qeyd edilmiş parsellə üstüstə düşür. İddiaçı məxsus **********54 (RX0176438) reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-541Z ( 0.31 ha), JN-542Z (0.41 ha), JN-543Z (0.62 ha) Torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə verilmiş torpaq sahələri elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında “zəbt" kimi göstərilən torpaq sahəsindən şərqdə sənəd üzrə hektarlarına uyğun olaraq göstərilmişdir və cavabdeh tərəfindən naturada göstərilən və istifadə olunan 0.3960 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri Nazim İbrahimov izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı qəbul edilənə kimi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair real natura vəziyyətinə, yəni faktiki istifadə vəziyyətinə uyğun olmayaraq plan və ölçü sənədi təqdim olunurdu. Plan-ölçü sənədindəki koodinatlar yerinə köçürüləndə vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmürdü. Torpaqların faktiki istifadə vəziyyətinə uyunlaşdırılması məqsədilə respublika ərazisində mülkiyyətə verilmiş torpaq sahələrinin çöl-ölçmə işləri aparılmış, müvafiq xəritələr hazırlanmış və həmin xəritələr də ərazi idarələrinin xidməti istifadələrinə verilmişdir. Əvvəlki dövrlərdə verilmiş çıxarışlar hazırkı elektron uçota inteqrasiya edilmişdir. İnteqrasiya edilmiş məlumat bazası torpağın faktiki istifadə vəziyyətinə uyğun olaraq hazırlanmış məlumatlar əsasında rəy verilmişdir. 3960 kv.m Cavabdeh tərəfindən istifadə olunur. Həmin elektron məlumat bazasında 15 kv.m cavabdehə məxsus, 24 kv.m zəbt edilmiş torpaq sahəsidir. İddiaçı və cavabdehin torpaq sahələri arasında mülkiyyət növü barədə qərar verilməyən zəbt torpaq sahəsi vardır. Cavabdehə məxsus çıxarışın verilməsinə əsas olan JN-541Z, JN-542Z və JN-543Z nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktları onların faktiki istifadə vəziyyətinə uyğun olaraq yerləşdirilmişdir. Plan-ölçü sənədləri də elektron uçotdakı məlumatlara əsasən tərtib edilir. İddiaçıya məxsus 1.34 ha torpaq sahəsi elektron uçot bazasında faktiki istifadə vəziyyətinə uyğun olaraq iddiaçının adına yerləşdirilmişdir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələri üst-üstə düşmür.
27. Göründüyü kimi, məhkəməyə təqdim olunan mütəxəssis rəyi və həmin rəyə əlavə ilə müəyyən olunmuşdur ki, tərəflərə verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əlavə olunan plan və ölçü sənədlərində göstərilən torpaq sahəsinin koordinatları əsasında mübahisəli torpaq sahəsi cavabdehə məxsus olmamaqla, onun tərəfindən qanunsuz istifadə edildiyi halda, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin bir hissəsi (0,15 ha hissəsi) cavabdehin öz mülkiyyətindədir, qalan hissə “zəbt” kimi qeyd olunmuş, iddiaçının torpaq sahəsi isə ümumiyyətlə başqa yerdə yerləşməklə, hazırda mübahisələndirilən torpaqla üst-üstə düşmür.
28. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
29. 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
30. 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
31. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur.
32. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi.
33. Fərmanın 2.5-ci bəndində həmçinin İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
34. Göstərilən normativ hüquqi aktlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərində qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.
35. Göründüyü kimi, mütəxəssis rəyinə əlavə və mütəxəssisin məhkəmə kollegiyasının iclasında verdiyi izahatla müəyyən olunmuşdur ki, əvvəlki dövrlərdə verilmiş çıxarışlar hazırkı elektron uçota inteqrasiya edildiyindən, inteqrasiya edilmiş məlumat bazası torpağın faktiki istifadə vəziyyətinə uyğun olaraq hazırlanmış məlumatlar əsasında rəy verilmişdir. Həmin məlumatlara əsasən, 3960 kv.m cavabdeh tərəfindən istifadə olunur. Həmin elektron məlumat bazasında mübahisəli torpaq sahəsinin bir hissəsi (0,15 ha hissəsi) cavabdehin öz mülkiyyətindədir, 24 kv.m zəbt edilmiş torpaq sahəsidir. İddiaçı və cavabdehin torpaq sahələri arasında hansı mülkiyyət növünə aid olması barədə qərar verilməyən zəbt torpaq sahəsi vardır. İddiaçının torpaq sahəsi isə ümumiyyətlə başqa yerdə yerləşməklə, hazırda mübahisələndirilən torpaqla üst-üstə düşmür.
36. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı, tərəflərin və mütəxəssisin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsasən iddiaçının tələb etdiyi, mübahisələndirilən torpaq sahəsinin bir hissəsi cavabdehin mülkiyyətindədir, iddiaçının Torpağa dair dövlət aktları ilə verilmiş torpaq sahələri isə mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmür.
37. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməli, MPM-in 119.1-ci maddəsinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat İddiaçı aid edilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 (bir yüz doqquz manat səksən qəpik) manat məhkəmə xərci İddiaçı alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 10/1275 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına, 15 avqust 2022-ci il tarixli 10/4741 nömrəli Əlavə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq Az.MEM VÖEN:**********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat İddiaçı aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 (bir yüz doqquz manat səksən qəpik) manat məhkəmə xərci İddiaçı alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 10/1275 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına, 15 avqust 2022-ci il tarixli 10/4741 nömrəli Əlavə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq Az.MEM VÖEN:**********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.