Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-242/2022 31.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)-492/2014 saylı qətnaməsi ilə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X8, Cavabdeh1, X6 və X10 Ağdaş rayonunun Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsində iddiaçılar X8 və Cavabdeh1 hər birinin payı ¼ hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X11 və Cavabdeh1 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X16, Cavabdeh1, X12, X17, X9 və X3 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.80 hektar torpaq sahəsində iddiaçılar X16, Cavabdeh1 və X4, eləcə də maraqlı şəxs X10 hər birinin 1/6 hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X16, Cavabdeh1, X9 və maraqlı şəxs X15 verilməsi qət edilmişdir. Onun ölümündən sonra qeyd etdiyi 0.50 hektar həyətyanı, 0.7211 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası payları və fərdi yaşayış evi miras qalmışdır. 0.7211 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldırsalar da, 0.50 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçirilməmişdir. X5 30 oktyabr 2014-cü il tarixdə Ağdaş şəhərində vəfat etmişdir. Ölümündən sonra ondan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası hissəsi və həyətyanı torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evi miras qalmışdır. Ondan miras qalmış həmin əmlakları faktiki olaraq özü qəbul edərək sahiblik və istifadə edir. Mərhum ərinin ölümündən sonra ondan miras qalmış həmin əmlaklara vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, vərəsəlik işinin açılması üçün 0.15 hektar həyətyanı topraq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin DƏDRX-də qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. Bundan sonra o, torpaq sahəsinin ümumi birgə, üzərində olan fərdi yaşayış evinin isə tam mülkiyyət hüququ əsasında qeydə alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaayış evini və həyətyanı torpaq sahəsinin mühəndis-inventarlaşdırıcısı yaşayış evi və evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə həyətə getmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ölçü işlərinin aparılmasına etiraz edərək mütəxəssisi həyətə buraxmamaqla müayinə və ölçü işləri aparmağa süni maneələr törətmişdir. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Bu barədə həmin idarə tərəfindən ona rəsmi məlumat verilməmişdir. Bütün bunlara görə, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, ərinin ölümündən sonra vərəsəlik işini açdıra bilmir. Odur ki, mərhum X5nun ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1 ünvanında miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair KOD 90313018 JN-021F saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonu Məşəd kəndində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsi X6 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Vahabova Raqibə Əlyusif qızı X12 ilə 07 iyul 2001-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və nikah bağlandıqdan sonra qadın ərinin “Əhmədova” soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 30.10.2014cü ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-135/2015 saylı 16 dekabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-492/2014 saylı 31 iyul 2014-cü il tarixli qətnaməsində Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)- 492/2014 saylı qətnaməsi ilə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X8, Cavabdeh1, X6 və X10 Ağdaş rayonunun Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsində iddiaçılar X8 və Cavabdeh1 hər birinin payı ¼ hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X11 və Cavabdeh1 verilməsi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli, 15 saylı qərarı və JN:21F saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X16, Cavabdeh1, X12, X17, X9 və X3 Ağdaş rayonu, Məşəd kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0.80 hektar torpaq sahəsində iddiaçılar X16, Cavabdeh1 və X4, eləcə də maraqlı şəxs X10 hər birinin 1/6 hissədə müəyyən edilsin və həmin hissədə payları naturada ayrılıb iddiaçılar X16, Cavabdeh1, X9 və maraqlı şəxs X15 verilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(014)-492/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24 noyabr 2021-ci il tarixli X7 ünvanlanan məktubdan görünür ki, Ağdaş rayonu, Məşəd kəndində yerləşən fərdi yaşayış evində mühəndis-inventarlaşma işləri aparılan zaman Cavabdeh2 və Cavabdeh1 adlı şəxslər ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamışvə inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Bələdiyyəsi tərəfindən ünvan 1ndə yaşayan İddiaçı verilmiş 28 nömrəli 03.03.2022-ci il tarixli arayışdan görünür ki, Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun adına 0.00375 ha torpaq sahəsi və 25 kv metr ölçüdə fərdi yaşayış evi vardır. Həmin ünvanın torpaq və əmlak vergiləri bugünə kimi İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətşi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı gstürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətççi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu, Məşəd kəndində yerləşən torpaq sahəsinin və üzərində yerləşən evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu, cavabdehlər maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və reyestr xidmətinə müraciətin cavablandırılması mümkün olmamışdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ünvan 1 ünvanında miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.15 hektar həyətyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-242/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-242/2022
31.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver