Məhkəmə qərarları › İş №2(014)-253/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-253/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-253/2022 11.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 02.03.2021-ci il tarixdə ondan 850 ədəd özünə, 200 ədəd isə anasına cücə almışdır. O, cavabdehlə razılaşaraq inqibatordan götürdüyü cücəni yəni 1050 ədəd cücəni razılaşaraq 1 ədədinin qiyməti 80 qəpik olmaqla ona satmışdır. Aralarındakı razılığa əsasən bu şəxs cücənin pulunu 1 aya qədər ona verməli idi. Ancaq məsələ odur ki, bu müddət keçəndən sonra əgər cücənin pulu qaytarılmasa qiymət razılığa əsasən 1 manatdan hesablamalı idi. Cavabdeh 8 aydır ki, ona olam borcunu qaytarmamaqdadır. Məqsədi ona pulu verməməkdir. Bundan sonra dəfələrlə etdiyi müraciətlərdən sonra ona sosial kartını vermiş və o, həmin kart vasitəsi ilə 2 ay, hər ay 110 manat olmaqla 220 manat pul götürmüşdür. Onun cəmi 830 manat borcu qalmışdır. Həmin borcu cavabdeh ona qaytarmadığından o, təkrarən məhkəməyə müraciət etmişdir. O, xəstə olduğu üçün ailəsinin tələbatını zorla ödəyir. 830 manat onun üçün önəmli bir məbləğdir. Şəxsin həmin məbləği ona qaytarmaması üçün heç bir əsasları yoxdur, çünki aybaay pulu ödəməlidir. Borcundan 220 manatı tamamilə ödəmişdir. Hər ay bu qaydada ödəməni edəcəyini bəyan etməkdədir. Odur ki, Cavabdeh ona ödəmədiyi 830 manat borcunun və 31.40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddiasını qismən müdafiə edərək hazırda Cavabdeh ona 260 manat borcu qaldığını bildirdi və iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, əlildir, maddi imkanı yaxşı olmadığı üçün cücə almış, lakin heç bir sənədə qol çəkməmiş, kartı İddiaçı tərəfindən alınmış və kartından ümumilikdə 570 manat manat pul çıxarmışdır. Qalan borcunu hissəhissə ödəyəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən imzalanmış qəbzin sürətindən görünür ki, Cavid Məhəmmədiyə oğlu qiyməti 80 qəpik olan 850 ədəd cücə almış və 2021-ci ilin aprel ayının sonuna kimi borcunu ödəyəcəyini, gec ödədiyi halda cücənin birinin qiyməti 1 manatdan hesablanacaq. Azərbaycan Respublikası Mülki Məclləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia iş üzrə Cavabdeh İddiaçı qiyməti 0.80 manat olan 850 ədəd cücə almış və nəticədə iddiaçıya 830 manat borcu qalmışdır. Borcun ödənilməsi üçün cavabdehin kartından 570 manat çıxarılmış, cavabdehin iddiaçıya 260 manat borcu qalmışdır. Buna görə də iddia qismən təmin edilməli, cavabdehdən 260 manat borc alınaraq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 31.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 260 manat və 31.40 manat ödənilmiş dövlət rüsumu, cəmi 291 manat 40 qəpik (iki yüz doxsan bir manat qırx qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar