Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-256/2024 02.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Ağdaş rayonu İHB-nın xx.xx.2006-cı il tarixli 01 nömrəli sərəncamı ilə Ağdaş şəhərində A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyatyanı torpaq sahəsi ilə bağlı plan-ölçü sənədi verilmişdir. Həyatyanı torpaq sahəsinin planı və ölçüsü X12 kitabında xx.xx.2011-ci il tarixdə 3/736 nömrə ilə uçota alınmışdır. Hazırda həmin həyatyanı torpaq sahəçi üçün A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi zərurəti yaranmışdır. Ona görə də, A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinə müraciət etmiş və A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Çıxarışın verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsini, yəni Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi üçün xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X2 miras qalmış torpaq sahəsi vərəsəlik qaydasında rəsmiləşdirmək istəyir. Ağdaş şəhərində yerləşən 499.67 kv.m ölçüdə olan həyətyanı torpaq sahəsi na anası X2 miras qalmışdır. Mərhum anası X4 adına Ağdaş rayonu İHB-nın 05 yanvar 2006-cı il tarixli 01 nömrəli Sərəncamı ilə tərtib edilmişdir. X12 kitabında xx.xx.2011 -ci il tarixdə 3/736 nömrə ilə uçota alınmışdır. Anası vəfat etmiş və vərəsəliklə bağlı məsələni həll etmək üçün evə dair çıxarış alınmalıdır. O, Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 499,67 kv.m ölçülü həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan həyatyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi qeyd olunan ünvana getmiş, lakin cavabdeh X8 tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmiş və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və mənim reyestr xidmətinə müraciətimin cavablandırılması mümkün olmamışdır. Buna görə də Ağdaş şəhərində yerləşən 499.67 kv.m həyətyanı torpaq sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədilən suni maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəməyə Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh və 3-cü şəxs qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş şəhərində yerləşən 499.7 kv.metr həyətyanı torpaq sahəsi üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədən süni maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə bildirişini və iddia ərizəsinin surətini almışdır. İddia ərizəsini qəbul etmir və aşağıda göstərdiyi əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi qeyd edir ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 01 saylı sərəncamı ilə iddiaçının mərhum anası X5 fərdi yaşayış evi tikmək üçün Ağdaş şəhəri, Məşəd küçəsində 499.7 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində torpaq sahəsinin plan ölçüsü verilmiş və plan ölçüsü xx.xx.2011-ci il tarixdə X12 kitabında 3/736 nömrə ilə qeydiyyata alınmışdır. Mərhum anasının ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı vərəsə kimi, həmin torpaq sahəsini üçüncü şəxsdə mülkiyyət hüququ əsasında qeydə alınması üçün 3-cü şəxsə müraciət etmişdir. Həmin torpaq sahəsinə baxış keçirilərək müəyyən inventarlaşdırma işi aparmaq məqsədi ilə üçüncü şəxsin mütəxəssisi həmin ünvana getmiş, lakin cavabdeh mütəxəssisə müayinə işlərinin aparılmasına mane törətmişdir. Ona görə də həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə reyestrdə qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Bildirir ki, o fərdi yaşayış evi tikdirmək üçün 1990-cı ildə o vaxt mövcud olmuş Ağdaş rayon XDS İK-nə müraciət etmişdir. Ağdaş rayon XDS İK-nin müvafiq qərarı ilə ona Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir və mütəxəssislər tərəfindən həmin torpaq sahəsi seçilmiş, qərarda göstərilən miqyasda ölçülərək döngə nöqtələri müəyyən edilməklə naturada ona tanıdılaraq təhvil verilmişdir. Bundan sonra o həmin torpaq sahəsinin dörd bir tərəfini hasara aldıraraq orada fərdi yaşayış evi tikdirmiş, bağ salmış və torpağa və əmlaka görə vergini vaxtlı-vaxtında ödəməklə həmin 0.12 hektar həyətyanı torpaq sahəsindən 33 ildir ki, fasiləsiz və etirazsız təyinatı üzrə özüm istifadə edir. Mübahisələndirilən torpaq sahəsinin hasara aldığı torpaq sahəsinin daxilində yerləşməsi adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”hdən də aydın görünür. Torpaq islahatı zamanı “İslahat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq həmin 0.12 hektar torpaq sahəsinin ona həmin ölçüdə verilməsi barədə ilkin hüquqmüəyyən edici sənəd hesab edilən Ağdaş rayon XDS İknin qərarı tələb olundu. Həmin qərarı evdə tapa bilmədiyinə və bir nüxsəsi saxlanılan Ağdaş şəhər İcra nümayənmdəliyinin yerləşdiyi inzibati binası məlum 1999-cu il tarixdə Ağdaş rayonunda baş vermiş zəlzələ zamanı yandığından tapmaq mümkün olmadığına görə onun adına şəhər üzrə normaya uyğun 0.05 hektar hissəsinə sənəd verilmiş, qalan 0.07 hektar isə istifadədə saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Torpaq sahəsini aldığı vaxtdan 3-cü şəxsin mütəxəssisi həyətinə gələn günədək həmin torpaq sahəsi heç kim, o cümlədən şəhər bələdiyyəsi və ya başqaları tərəfindən mübahisələndirilməmişdir. O, həmin torpaq sahəsindən aldığı vaxtdan qeyd edilən tarixədək bir müddətdə yəni 33 il müddətdən artıq müddətdə maneəsiz istifadə etmişdir. Bələdiyyə balansında saxlanılmış hissəni də almaq istəməyi barədə bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı müəyyən sənədləşdirmə işləri aparaq müəyyən sənədlər toplamış, bu zaman onlar həmin torpaq sahəsinin ona satılmasına dair müsbət rəy bildirmişlər. Bütün toplanmış sənədləri aidiyyati üzrə DƏDKR PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinə göndərmişlər. Lakin bu günədək həmin torpaq sahəsinin ona satılması ilə əlaqədar torpaq sahəsinin bələdiyyənin adna qeydə alınıb-alınmaması barədə ona məlumat verilməmişdir. İddia ərizəsindən və mülki işdə olan sənədlərdən aydın görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi onun mərhum anasına Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı ilə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimaf’ın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci (düzəliş 2007) iş üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki. iddiaçının mərhum anasına həmin torpaq sahəsi tamamilə qanunsuz' verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa da belə, mərhumun adna işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin hüquqmüəyvənedici sənəd kimi qəbul edilə bilməz. İkincisi, Azərbaycan Respublikası Dövlət və X18 Komissiyaları Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə ləğ edilmişdir. Belə olduğu halda iddiaçının mərhum anasına qeyd edilən torpaq sahəsinin rayon X1 sədri olmuş Ağdaş RİH başçısı tərəfindən satılması tamamilə qanunsuzdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü bəndinin 3-cü yarım bəndinə əsasən hazırlanmış və Prezidentin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin (hazırda qüvvədən düşüb) 1-ci bəndinə görə həmin Qanun və Əsasnamə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olan torpaqlar istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq onları mülkiyyətinə verilir. Qanunvericiliyin yuxadıda qeyd edilən tələblərinə görə həmin qnunvericilik aktları qəbul edilənədək vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz onların mülkiyyətinə verilir. Dövlət və yerli (rayon) islahat komissiyaları ləğv edildikdən sonra torpaqlar dövlətə, bələdiyyəyə və xüsusi mülkiyyətə verildiyindən dövlət, bələdiyyə və fiziki və ya hüqiuqi şəxslər yalnız özlərinin balansında və mülkiyyətində olan torpaqlar üzərində sərəncam vermək hüququna malikdirlər. Belə olduğu halda, əgər Ağdaş Rayon İcra Hakimiyyəti başçısının qeyd edilən sərəncamında vətəndaşlara torpaq verilməsi bəndi qeyd edilsəydi belə, əsassız və qanunsuz hesab olunmalıdır. Çünki vətəndaşın mübahisələndirdiyi torpaq sahəsi dövlətin torpaq fonduna deyil, bələdiyyənin torpaq fonduna aid torpaq sahəsidir. Torpaq sahəsi bələdiyyəyə məxsus olduğuna görə həmin torpaq sahəsi üzərində yalnız bələdiyyənin sərəncam vermək hüququ vardır. Rayon İcra Hakimiyyətinin başçısı yalnız dövlət fonduna aid torpaq sahəsini mülkiyyətə, icarəyə və ya istifadəyə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin; 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. 3. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Göstərdiyi qanunvericilik aktlarının tələbindən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mərhum anasına verilmiş torpaq sahəsi qanunvericiliyin həmin tələbləri kobud şəkildə pozulmaqla verildiyindən və buns görə də mərhumun adına işlənmiş “torpaq sahəsinin planı və ölçüsü” etibarsız sənəd hesab edildiyindən şəxsin ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bunun əksi olaraq o həmin torpaq sahəsindən 30 ildən artıq müddətə həmin torpaq sahəsindən fasiləsiz və etirazsız istifadə etdiyinə görə həmin mübahisələndirilən torpaq üzərində onun mülkiyyət hüququ yaranmış və gözlənilən hüquqdur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquq yoxdur. Bildirir ki, Torpaq Məcəlləsinin müvafiq maddələrinin tələblərinə görə bələdiyyə torpağının satılması məqsədi ilə ayrılan torpaq sahəsi ilk növbədə yerinə baxış keçirilməklə ayrılan torpaq sahəsinin döngə nöqtələri (koordinatları) müəyyən edilməli, naturada ayrılmalı, bundan sonra sonrakı prosessual hərəkətlər edilməlidir. Ona həmin həyətdə və orada inşa etdirdiyi yaşayış evində yaşadığı müddətdə bu məqsədlə həyətə heç kim gəlməmişdir. Qeyd etdiyi qanunvericilik aktlarının tələblərindən, işin faktiki hallarından və iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin əsasını təşkil və təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 01 saylı Sərəncamı aparatın nomenklaturasının təsdiq edilməsi üçün verildiydən həmin Sərəncamla mərhum anasına qeyd edilən torpaq sahəsinin verilməsi barədə adma işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” qanunsuz verildiyinə görə ilkin hüquqmüəyyən edici sənəd kimi və iddianın əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz.Göründüyü kimi, iddiaçınin ona qarşı belə bir tələblə məhkəməyə müraciət etməsinə heç bir hüquqi əsasları yoxdur. Ona görə də iddianı əsasssız olduğundan rədd edilməlidir. Odur ki, yuxarıda göstərdiklərini və iddia tələbinə qarşı etirazını və etirazın əsaslarını təşkil edən işin faktiki hallarını nəzərə alaraq təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, düzgün araşdırılaraq hüquqi qiymət verilməsini və iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, Esmira Alışova onun nənəsidir, onun ölümündən sonra onların hazırki torpaq sahəsindən məlumatları olmuş, reyestr xidmətinə müraciət edib mütəxəssisləri əraziya apardıqda Cavabdeh həmin torpaq sahəsini qanunsuz hasarladığını görmüşlər, icazə istədikdə Cavabdeh onları həmin torpaq sahəsinə buraxmamışdır. O, sadəcə Cavabdeh yaratdığı suni maneənin aradan qaldırılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin məhkəməyə ünvanladığı etirazda qeyd edilənlərin əsassız olduğunu bildirərək, iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, məhkəməyə ünvanladığı etirazda qeyd etdiklərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan sənədlərə və İddiaçı təqdim etdiyi sənədlərə əsasən E.Alışovanın ölümünədək daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən Çıxarış verilməsi xahiş edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 dekabr 2023-cü il tarixli, 3-21-3-35/2-4995/2023 saylı məktubdan görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X5 məxsus daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün həmin ünvanda olmuş, lakin yerində baxış keçirilən zaman mübahisənin olması aşkar edildiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X5 Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə 499,67 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinə dair əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. İşin materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN – 336A, KOD 90301004 nömrəli şəhadətnamədən görünür ki, X6 və onun ailə üzvülərinin adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli qərarı ilə 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinə dair əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş rayon bələdiyyəsinin 13 fevral 2024-cü il tarixli 49 saylı Cavabdeh ünvaladığı məktubundan görünür ki, JN336 A saylı şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsinin uzun illər istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adına sənədləşdirilməsi ilə bağlı müraciət əsasında sənədləşmə işləri aparılmış, lakin həmin torpaq sahəsinin üzərinə digər vətəndaşın adına kadastr planı düşdüyü üçün sənədlərin qeydiyyata alınmasına imtina verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, X4 adına verilmi 499,67 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasında qeyd olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsündən məlum olduğu kimi sənədin tərtib edilməsinə əsas olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli sərəncamı Ərazi İdarəsinin arxivində mövcud deyildir. İş materiallarında olan 17 iyun 1992-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİ-ЖГ № 404136 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx xxxxxx 1977-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X7, anası isə X3r. İş materiallarında olan 28 aprel 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 453799 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 19 aprel 2011-ci il tarixdə Ağdaş şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 aprel 2011-ci il tarixli, 69 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə X5 499,67 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, eyni zamanda həmin torpaq sahəsinə dair əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. X10 ölümündən sonra onun qızı İddiaçı Ağdaş rayon Notariat Ofisinə müraciət edərək, həmin torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayiş evinə dair vərəsəlik qaydasında rəsmiləşdirmək istədiyini bildirmiş, Ağdaş rayon Notariat Ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məktub ünvanlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində olan sənədlərə və İddiaçı təqdim etdiyi sənədlərə əsasən E.Alışovanın ölümünədək daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən Çıxarış verilməsi xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X5 məxsus daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün həmin ünvanda olmuş, lakin yerində baxış keçirilən zaman mübahisənin olması aşkar edildiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Eyni zamanda Cavabdeh iddia tələbinə dair verdiyi etirazında özü də etiraf edir ki, fərdi yaşayış evi tikdirmək üçün 1990-cı ildə o vaxt mövcud olmuş Ağdaş rayon XDS İK-nə müraciət etmiş, Ağdaş rayon XDS İK-nin müvafiq qərarı ilə ona Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir, sonradan Ağdaş rayon XDS İknin qərarını tapa bilmədiyinə onun adına şəhər üzrə normaya uyğun 0,05 hektar hissəsinə sənəd verilmiş, qalan 0,07 hektar isə istifadədə saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Həmin torpaq sahəsindən aldığı vaxtdan qeyd edilən tarixədək istifadə etmişdir. Bununla da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması deyil, 3-cü şəxs tərəfindən hüquqlarının qeydə alınmasına, yəni ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunan Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə iddiaçının anası X4 mülkiyyətinə verilmiş, Ağdaş şəhərində yerləşən A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılması üçün Cavabdeh tərəfindən yaradılan suni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilsin. Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə iddiaçının anası X4 mülkiyyətinə verilmiş, Ağdaş şəhərində yerləşən A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılması üçün Cavabdeh tərəfindən yaradılan suni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mursalova
Məhkəmə qərarları › İş №2(014)-256/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-256/2024
02.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver