Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-257/2024 12.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi – atası Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı bildirdi ki, nikahın pozulması ilə bağlı mediatora müraciət etsə də, uşağı ilə ünsiyyətdə olmaq üçün məhkəməyə müraciət etməmişdən əvvəl mediatora müraciət etməmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasının cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçını dinləyib, işin məhkəmə baxışına təyin edilməsinin mümkünlüyünü yoxlayıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işin materiallarında olan arayışın kserosurətindən görünür ki, iddiaçı alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli, 13 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 13 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdən istifadə etməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbi ilə müraciət etmiş və həmin iddia tələbinə baxılaraq yekun qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsində göstərilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 12 saylı qərarının 5.1-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə dəyişiklik edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-257/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-257/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver