Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-258/2024 27.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 27 yanvar 2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 05 aprel 2015-ci il təvəllüdlü X11 və 25 iyun 2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri tutmadığından və ailə münasibətlərinin bərpası qeyri-mümkün olduğundan aralarındakı nikah Ağdaş rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(014)-611/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən, birgə nikahlarından 05 aprel 2015-ci ildə anadan olmuş X11 və 25 iyun 2017-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Ağdaş rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 200 manatla indiki çətin dövürdə uşaqların pal-paltarını, sağlamlıqlarını maddi təminatlarını və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Onu da qeyd edir ki, o vaxtdan beş ilə yaxın vaxt keçmiş, bu zaman ərzində ölkədə inflyasiya baş vermiş, ərzaq və gündəlik tələbat malları, o cümlədən kommnal xidmətlər xeyli bahalaşmışdır. İstehlak səbətinin qiyməti xeyli artmışdır. Cavabdehin ona ödədiyi 200 manat iki uşağın tələbatını ödəmək üçün çox azdır. Bu məbləğ uşaqların heç bir tələbatlarını ödənilməsinə yetmir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Belə olan halda isə uşaqların bütün qayğısını ehtiyyacını tamamilə özü çəkir. Uşaqlar böyüdüdkcə atalarına qarşı ehtiyyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Hazırki dövrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək də tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də bu gün aliment tələbinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Tərəfindən aralarındakı mübahisənin Mediasiya ilə həlli təklif edilmiş və mübahisə üzrə xx.xx.2023-cü il saat 10:00-da ilkin müdiasiya prosesi keçirilmiş, lakin əlavə mediasiya prosesi baş tutmamış yaranmış mübahisənin həlli üçün tərəfindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Bununla bağlı mediator X10 tərəfindən MŞQ/MTO35-400 saylı müvafiq arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, keçmiş həyat yoldaşından ayrılmış, 2 övladı var, uşaqlar üçün 200 manat aliment ödəyir. Keçmiş həyat yoldaşı alimentin artırılması ilə bağlı yenidən məhkəmədə iddia qaldırmışdır. O, heç bir yerdə işləmir, çox çətinliklə dolanır, alimenti vaxtı-vaxtında ödəyir, lakin aliment artırılarkən onun vəziyyəti pisləşəcək, onun heç bir yerdən gəlirinin olmadığını nəzərə alıb 20-30 manat artırılmasını xahiş etdi. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Ağdaş rayonu, Qülbəndə kəndində anadan olmaqla, Ağdaş rayonunun Qülbəndə kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı, № 043259 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı, № 043260 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-611/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş RİHB-in Qülbəndə İƏD üzrə nümayəndəliyində 27 yanvar 2017-ci il tarixdə 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, 05 aprel 2015-ci il tarixdə anadan olmuş X11 və 25 iyun 2017-ci ildə anadan olmuş X6 anaları X3 yanında saxlanılmaları, Cavabdeh 06 fevral 2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X11 və 25 iyun 2017-ci ildə anadan olmuş X6 18 yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat alimentin X3 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşin materiallarında olan X2 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞQ/MT035-400 seriyalı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında (İMS) iştrak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında (İMS) iştirak etməmişdir, tərəflər arasında prosesin davam etdirilməsi üçün qarşılıqlı razılıq əldə olunmamışdır. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017 -ci il təvəllüdlü X9 anadan olmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-611/2019 saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı iki uşağın 18 yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər bir uşaq üçün 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 140 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2(014)- 611/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq 140 (yüz qırx) manat məbləğində müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 2(014)-611/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün nəzərdə tutulan alimentin miqdarı artırılaraq 140 (yüz qırx) məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin və həmçinin mediasiya arayışının alınması üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq İddiaçı xeyrinə verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 53.60 (əlli üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-258/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-258/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver