Məhkəmə qərarları › İş №2(014)-26/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-26/2022

05.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-26/2022 05.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı5, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mürsəl kənd bələdiyyəsinə qarşı gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mürsəl kənd bələdiyyəsinə qarşı gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı5 bildirdi ki, ekspertiza təyin edildikdən sonra rəyin verilməsi ilə əlaqədar smetanın dəyərini ödəməyə maddi imkanları yoxdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdilər ki, ekspertizanın keçirilməsi iddiaçılara lazım olduğundan, tədqiqatın dəyərini də özləri ödəməlidirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər iddiaçıların və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı5 və cavabdehləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddianın predmeti gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi olduğundan, iddiaçılar İddiaçı1 və qeyrilərinin Ağdaş rayonu, Mürsəl kəndində yerləşən torpaq sahələrinə gediş-gəliş yolunun zəbt edilməsi və onlara torpaq sahələrinə gedişgəlişinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneənin yaradılıbyaradılmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş, bundan sonra ekspertiza keçirilmiş və rəyin alınması üçün smetanın dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq smetanın dəyərini ödəməyə imkanları olmadığını bildirmişlər. Belə olan halda isə iddia ərizəsinə əlavə edilmiş sənədlər kifayət etmədiyindən və rəyin alınması mümkün olmadığından işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Buna görə də iddia tələblərinə mahiyyəti üzrə hüquqi münasibət bildirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1 - 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mürsəl kənd bələdiyyəsinə qarşı gediş-gəliş yolunun qanunsuz zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar