Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-261/2022 29.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərmək üçün süni maneələrin arada qaldırılması, qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərmək üçün süni maneələrin arada qaldırılması, qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması və dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Ağdaş rayonu, Kotavan kəndində ona məxsus 4.4649 hektar xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2 hektardan cavabdehin çıxarılması, cavabdeh tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına hərəkətlərinə birdəfəlik son qoyulması və 1 il ərzində ona dəymiş ziyanın və ödədiyi 100 manat məhkəmə rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə iddianın 1 il ərzində cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyanın ödənilməsi tələbinə dair hissəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi ev 1-də yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəsi ilə Ağdaş rayonu. Kotavan kəndində ona məxsus 4.4649 hektar torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 fevral 2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə Ağdaş rayonu, Kotavan kəndində ona məxsus 4.4649 hektar torpaq sahəsi olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyalı xüsusi mülkiyyət növlü torpaq sahəsi verilmişdir və bu barədə adına çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş 4.4649 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş pay torpaq sahəsi ilə sərhəddə yerləşir. Ona məxsus 4.4649 hektar torpaq sahəsini 2016-cı ildən bəri əkib-becərir. Lakin qonşusu Cavabdeh artıq bir ildir ki, torpaqlarının 2 hektar hissəsini əkməyə imkan vermir. Çünki 4.4649 hektar torpaq sahəsinin 2 hektar hissəsini zəbt etmişdir. Artıq bir ildir ki, Cavabdeh ona məxsus 4.4649 hektar torpaq sahəsinin onunla sərhəddə düşən 2 hektarına girib-çıxmağına, hər hansı texnika işlətməyinə və əkib-becərməyə süni maneələr yaradaraq 2 hektar torpağını zəbt edərək ona külli miqdarda ziyanlıq vurur. Onun torpaq sahəsiylə cavabdehin torpaq sahəsinin arasında kanal olmasına baxmayaraq nəzərdə tutulmuş torpaq sahəsinin 2 hektarını tuturaq həmin ərazini öz torpaq sahəsinə birləşdirmişdir. Həmin vaxtdan o, öz torpaq sahələrinə sərbəst gedib gələ bilmir və texnika apara bilmir, su açıb torpağına suvara bilmir. Cavabdehin zəbt etdiyi 2 hektar torpaq sahəsi onun torpağı ilə qonşu olan tərəfə düşür. Dəfələrlə cavabdehə həmin ərazidə plana uyğun kanalın mövcud olduğu, mövcud olan kanalın onların torpaqlarını böldüyünü, ortadan sərhəd rolunu oynadığını və ona torpağından çıxmasını o, mülkiyyətçi, eləcə də kənd icra nümayəndəliyi və bələdiyyənin nümayəndələri bildirsələr də, cavabdeh bunu etməkdən imtina edərək yolu açmamaqla ona qarşı qanunsuz hərəkətlərini bugün də davam etdirməklə ona maddi ziyanlıqda vurur. Cavabdeh belə qanunsuz hərəkətləri ilə mülkiyyətçi kimi onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə sərbəst gedib-gəlmək, lazım olanda avtomobil və ya digər texnikanın sərbəst hərəkətinə və əkib becərməyinə maneə törədir. Xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməyinə törədilən maneələrin cavabdeh tərəfindən aradan qaldırılması ilə ədaqədar dəfələrlə o, kənd bələdiyyəsi və kənd icra nümayəndəsinin cavabdehlə aparılan söhbətləri heç bir müsbət nəticə verməmiş, bununla da mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmamışdır. Mülkiyyətində olan 4.4649 hektar torpaq sahəsinin2 hektarının cavabdeh tərəfindən özbaşına zəbt edilərək onu həmin 2 hektar torpağından istifadə etməyə qoymadığından Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Ağdaş rayonu, Kotavan kəndində ona məxsus 4.4649 hektar xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2 hektardan cavabdehin çıxarılması, cavabdeh tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərinin qarşısının alınması, özbaşına hərəkətlərinə birdəfəlik son qoyulması və 1 il ərzində ona dəymiş ziyanın və ödədiyi 100 manat məhkəmə rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan 2 hektar torpaq sahasi onun mülkiyyətində olan torpaq sahəsinə aid olan hissədir, o, iddiaçının torpaq sahəsini zəbt etməyib. Hətta bu barədə iki dəfə Bakıya müraciət etmiş, bələdiyyə nümayəndəsi tərəfindən onun torpaq sahəsininin Sahilin torpaq sahəsinə düşdüyü bildirilmişdir. Buna görə də iddia əsassızdır və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 044817 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Ağdaş rayonu, Kotavan kəndində yerləşən 4.4649 hektar kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, xx.xx.2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 76 vərəqində ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan AN - İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Ağdaş rayonu, Kotavan kəndində yerləşən 4.4649 hektar torpaq sahəsi X3, X1, X2 və X4 tərəfindən İddiaçı satılmışdır. İşdə olan 12 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın tabeliyində Kadastr və Layihə Tədqiqat Mərkəzi MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubunda müraciətə baxılmış, Ağdaş rayonu, Kotavan kəndi ərazisində **********21 reyestr nömrəli çıxarışla istifadəsində olan 4.46 hektar torpaq sahəsinin torpaqlarının elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun olaraq qeydə alındığı bildirilmiş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edildiyi bildirilmişdir. İşdə olan 06 dekabr 2021-ci il tarixli Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı ərizə Ağdaş rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, **********13 saylı rəyindən görünür ki, İddiaçı **********21 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Kotavan kəndi ərazisində xüsusi mülkiyyətinə verilmiş 4.4649 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 1.7299 hektar hissəsi Cavabdeh tərəfindən tutulmuş, həmin torpaq sahəsindən iddiaçı tərəf naturada istifadə etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonu, Kotavan kəndində İddiaçı xüsusi mülkiyyətinə verilmiş 4.4649 hektar kənd təsərrüfatı təyinatlı topraq sahəsinin 1.7299 hektar hissəsi Cavabdeh tərəfindən tutulmuş və iddiaçı tərəfindən istifadə edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Ağdaş rayonu, Kotavan kəndində İddiaçı məxsus 4.4649 hektar xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 1.7299 hektar torpaq sahəsindən Cavabdeh çıxarılmalı, cavabdeh tərrəfindən yaradılmış süni maneələr aradan qaldırılmalı, qanunsuz hərəkətlərinin qarşısı alınmalı, özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən İddiaçı məxsus Ağdaş rayonu, Kotavan kəndində yerləşən 4.4649 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 1.7299 hektar hissəsindən çıxarılsın, cavabdeh tərəfindən yaranmış süni maneələr aradan qaldırılsın, qanunsuz hərəkətlərinin qarşısı alınsın, özbaşına hərəkətlərə birdəfəlik son qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, mütəxəssis rəyi üçün üçün ödənilmiş 370.24 manat, cəmi (dörd yüz yetmiş manat iyirmi dörd qəpik) Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-261/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-261/2022
29.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver