Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-29/2020 23.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cаvаbdеhlər Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cаvаbdеhlər Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 111. LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat borcun Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 mannat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi əsasən İddiaçı ASC tərəfindən Cavabdeh5 illik 28 faizlə 24 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X2 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxx 2014-cü il tarixli 111.LN.2102.116054.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC tərəfindən illik 24 faizlə 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxxxx 2016-cı il tarixə Cavabdeh5 banka xx xxxxxx 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat, xx xxxx 2016-cı il tarixə Cavabdeh5 banka xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.000002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 manat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxxxx 2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən göründüyü kimi Cavabdeh5 xx xxxxxxxx 2015-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatın verilməsinə dair elektron xidmətinin məlumatına əsasən Cavabdeh5 varisi aşkar edilməmişdir. Ona görədə xx xxxx 2015-ci il tarixlin 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə borc zamin X1 Cavabdeh2, xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə borc zamin Cavabdeh3 və Cavabdeh4 tutulmalıdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Lalə Namazova məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə üzürlü səbəbdən gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçı nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izah etdi ki, xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi əsasən İddiaçı ASC tərəfindən Cavabdeh5 illik 24 faizlə 24 ay müddətinə 11000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, onunla və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Cavabdeh5 borcu əvvəllər ödəsə də, xx xxxxxxxx 2015-ci il tarixində vəfat etdiyindən, Cavabdeh5 varisi aşkar edilmədiyindən, həmin borc onlardan tələb edilmişdir. Hazırda borc məbləği ilə razı deyil belə ki, bank tərəfindən faiz borcu süni olaraq şişirdilmişdir. Cavabdeh4 məhkəmə iclasında Cavabdeh3 izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh5 onun doğma qardaşıdır, iddianı qəbul edir, özü xəstə olduğundan məhkəmədən ona borcu hissə-hissə ödəməsi barədə köməklik edilməsini xahiş etdi. Cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, cavabdehlərin izahatların dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilsin. İş materiallarında olan, İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Banka əsas məbləğ üzrə borc 5278.02 manat əsas, 441.27 mannat faiz və 984.96 manat cərimə olmaqla, cəmi 6704.25 manat müəyyən olunur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh5 hər ay 646.63 manat olmaqla 24 faizlə 24 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 111.LN.2102.160514.00002/b saylı və 111.LN.2102.160514.00002/c, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, “xxxx” ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC X3 ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamamsına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdaş rayon İHB-nıın Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2015-ci il tarixli AZ-İ 760853 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən xx.xx.2016-cı il tarixli 19/7427 saylı və 19/7428 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən xx.xx.2016-cı il tarixli 19/7428 saylı və 19/7428 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, İddiaçı ASC Ağdaş filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 111.LN.2102.160514.00005 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Banka əsas məbləğ üzrə borc 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat müəyyən olunur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, Cavabdeh5 hər ay 164.67 manat olmaqla 28 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli 111.CL. 120615.00005/c saylı və 111.LN.120615.00005/b, zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən xx.xx.2017-ci il tarixli 19/9536 saylı xəbərdarlıq məktublarından məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(014)-2180/2018 saylı qərardaddan məlum olur ki, İddiаçı İddiaçı ASCnin cаvаbdеhlər Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir mülki işin icraatı mərhum Cavabdeh5 hüquqi varisi müəyyən edilənə kimi dayandırılması qərara alınmışdır. İş materiallarında olan, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(014)-29/2020 saylı qərardaddan məlum olur ki, İddiaçı ASC-nin ərizəsinin təmin edilməsi, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-29/2020 saylı qərardadı ləğv edilməsi, məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə saat 100:00-a təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 984.96 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaldaraq 50 manat məbləğində etməyi məqsədə müvafiq hesab edir. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 111.LN.2102.120615.00005 saylı kredit müqaviləsi üzrə 2808.45 manat əsas, 74.24 manat faiz olmaqla, cəmi 2882.69 manat məbləğində borcun, xx.xx.1966-cı il tarixdə Ağdaş rayon Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan X1 və xx.xx.1976-cı il tarixdə Qəbələ rayon, Kürd kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh2, xx xxx 2014-cü il tarixli 111.LN.2102.160514.00002 saylı kredit müqaviləsi üzrə 5278.02 manat əsas, 441.27 mannat faiz və 50 manat cərimə olmaqla, cəmi 5769.29 manat məbləğində borc və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumu xx.xx.1961-ci il tarixdə Ağdaş rayon Aşağı Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh3 və xx.xx.1968-ci il tarixdə Ağdaş rayon, Aşağı Qəsil kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Qəsil kəndində yaşayan Cavabdeh4 müştərək qaydada alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi-nə ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-29/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-29/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver