Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-290/2022 14.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhər M.İsayev küçəsi-16/26 ünvanında yaşayan Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 276.00 manat əsas borcu və 164.00 manat faiz üzrə borcun, cəmi 440.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 350.00 manat əsas borcu və 210.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 560.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 954.00 manat əsas borc və 572.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 1526.00 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən FLY 456 markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2015-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 408.00 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən FLY 4413 markalı mobil telefonun alınması ilə məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 420.00 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Samsung G800 markalı mobil telefonun alınması məqsədilə cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməklə 954.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 132.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 70.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə isə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə xx.xx.2015-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 276.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 350.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 954.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 164.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 210.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 572.00 manat tələb edir. Hazırda Cavabdeh ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 276.00 manat əsas borcun və 164.00 manat faiz üzrə borcun, cəmi 440.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 350.00 manat əsas borc və 210.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 560.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 954.00 manat əsas borcu və 572.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 1526.00 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsaslanaraq iş üzrə iddiaçınn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, iddia müddəti tətbiq olunmaqla İddiaçı Rafail oğlunun ona qarşı 17avqust 2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə 276 manat əsas və 164 manat faiz borcu olmaqla , cəmi 440 manat, 02 avqust 2015ci il tarixli “kredit müqaviləsi” üzrə 350 manat əsas və 210 manat faiz borcu olmaqla, cəmi 560 manat, 29 may 2015-ci il tarixli “kredit müqaviləsi” üzrə 954 manat əsas və 572 manat faiz borcu olmaqla, cəmi 1526 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq İddiaçı Rafail oğluna ödənilməsi tələbinə dair iddiası əsassız olduğu və 3 illik iddia müddəti keçdiyi üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrlü hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehin ərizələrini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən FLY 456 markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2015-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 408.00 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən FLY 4413 markalı mobil telefonun alınması ilə məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 420.00 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Samsung G800 markalı mobil telefonun alınması məqsədilə cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 954.00 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlin müvafiq olaraq həyata keçirilir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 132.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 70.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə isə pul ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə xx.xx.2015-cı il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 276.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 350.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ona əsas borcunun məbləği 954.00 manat təşkil edir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Lakin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 164.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 210.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 572.00 manat tələb edir. Hazırda Cavabdeh ona xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 276.00 manat əsas borcun və 164.00 manat faiz üzrə borcun, cəmi 440.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 350.00 manat əsas borc və 210.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 560.00 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 954.00 manat əsas borcu və 572.00 manat hesablanmış faiz üzrə borcu, cəmi 1526.00 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-290/2022 saylı qərardaddan məlum olur ki, iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 4/495 saylı ekspert rəyindən məlum olur ki, ekpertizaya təqdim edilmiş, mülki işin 13-14-cü vərəqələrində olan İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2015ci il tarixli borc müqaviləsində “Borcalan: Cavabdeh” qrafasındakı imza, 15-ci vərəqində olan xx.xx.2015-ci il tarixli borc müqaviləsində “İmza:” qrafasındakı imza, 12-ci vərəqində olan borcun ödənilmə qrafikində “Müştəri:” qrafasındakı imza, 17-18-cı vərəqələrində olan xx.xx.2015-ci il tarixli Borc Müqaviləsində “Borcalan: Cavabdeh” qrafasındakı imza, 19-cu vərəqində olan xx.xx.2015-ci il tarixli Borc müqaviləsində “İmza:” qrafasındakı imza, 16-cı vərəqində olan xx.xx.2015-ci il tarixli Borc Müqaviləsində “Borcalan: Cavabdeh” qrafasındakı imza, 23-cü vərəqində olan xx.xx.2015-ci il tarixli Borc Müqaviləsində “İmza:” qrafasındakı imza, 20-ci vərəqində olan Borcun ödənilmə qrafikində “Müştəri:” qrafasındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir:-birinci, o, hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. Müəyyənliyin qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalətli mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən FLY 456 markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 408.00 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən FLY 4413 markalı mobil telefonun alınması ilə məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 420.00 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Samsung G800 markalı mobil telefonun alınması məqsədilə cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 954.00 manat məbləğində kredit verilmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Məhkəməyə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə axırıncı ödənişinin hansı tarixə uyğun olması barədə sübutlar təqdim edilməmişdir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016-ci il tarixdə bitsə də, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas öhdəliyə görə iddia müddətinin keçməsi əsasına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir: Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun və faizin ödənilməsi» tələbinə dаir iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 138 (yüz otuz səkkiz) manat ekspertiza xərci iddiаçı İddiaçı alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-290/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-290/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver