Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-3/2021 30.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı QSC-nin nümayəndəsi M.Həsənovun Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh3 qarşı Borcun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6962,97 ABŞ dolları əsas borc,2388,18 ABŞ dolları faiz borcu,6970,23 ABŞ dolları cərimə borcu,cəmi 16321 ABŞ dolları 38 sent borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə 3422,42 ABŞ dolları məbləğində əsas borcun və 12,73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3435 ABŞ dolları 15 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 06.12.2013-cü il tarixdə bağladığı 26L000002232 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə 09.12.2013-cü il tarixdə bağladığı 26R000003798 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir.O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 09.04.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kreditdən 5037,03 ABŞ dolları qaytarmış və onun İddiaçı QSC- yə 6962.97 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 İddiaçı QSC -yə olan borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbacan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmiş, X1 Palatasının (hazırda ləğv edilən) təqdim etdiyi məlumata əsasən 26R000003798 saylı kredit razılaşması üzrə 6018.94 manat (3540.55 ABŞ Dolları) əsas borcundan kompensasiya olunmuşdur. Hazırda, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-yə 3422.42 ABŞ Dolları əsas borcu, 12,73 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3435.15 ABŞ Dolları borcu vardır. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən İddiaçı QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1 -ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və həmin müqavilənin 3.1 -ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə prosesi sedişində məlum olmuşdur ki. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəfat etmişdir. Bu səbəbdən də lıazırki is üzrə Cavabdeh3 bilavasitə maddi məsuliyyət daşıdığına görə qeyd olunan kredit müqaviləsi üzrə borc da bilavasitə Cavabdeh3 tutularaq iddiaçı va ödənilməlidir. Buna görə də Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə 3422,42 ABŞ dolları məbləğində əsas borcun və 12,73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3435 ABŞ dolları 15 sent borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı QSC-nin nümayəndəsi M.Həsənov məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, Cavabdeh1 Niyazı oğlu ölən günə qədər bank qarşısında götürdüyü öhdəliyi pozmuşdur, odur ki, belə olan halda əsas borcluya zamin durmuş Cavabdeh3 maddi məsuliyyəti yaranır, odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o,mərhum Cavabdeh1 zamin durmuş,krediti mərhum Cavabdeh1 özü götürmüşdür,o,bu işdə yalnız zamindir,hesab edir ki, borcun ondan tələb edilməsi tamamilə ədalətsiz və əsassızdır. Odur ki,iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC ilə 06.12.2013-cü il tarixdə bağladığı 26L000002232 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə 09.12.2013-cü il tarixdə bağladığı 26R000003798 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 09.04.2015ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kreditdən 5037,03 ABŞ dolları qaytarmış və onun İddiaçı QSC- yə 6962.97 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 İddiaçı QSC -yə olan borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbacan Respublikası Prezidentinin 28.02.2019cu il tarixli 551 saylı Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmiş, X1 Palatasının (hazırda ləğv edilən) təqdim etdiyi məlumata əsasən 26R000003798 saylı kredit razılaşması üzrə 6018.94 manat (3540.55 ABŞ Dolları) əsas borcundan kompensasiya olunmuşdur. Hazırda, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-yə 3422.42 ABŞ Dolları əsas borcu, 12,73 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3435.15 ABŞ Dolları borcu vardır. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən İddiaçı QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1 -ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və həmin müqavilənin 3.1 -ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 və Cavabdeh2 vəfat etmişdir.İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, ‘‘İpoteka haqqında '’ Azərbaycan Respublikası Qanununun 10.5. 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün sərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras acıldığı çündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əsər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki,zaminlik müqaviləsi şərtlə bağlanmış müqavilə olduğundan özözlüyündə öhdəlik yaratmır. Öhdəliyin yaranması üçün əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımi qaydada icra etməməsi şərti baş verməlidir. Kredit alan əsas borclu kredit dövrünə münasibətdə öhdəliyi lazımınca icra etməmişdir, belə ki, əsas borclu mərhum Cavabdeh1 tərəfindən kredit üzrə son ödəniş 09 aprel 2015-ci il tarixdə olmuş, Cavabdeh1 isə 28 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borclunun sağlığı dövründə öhdəlik lazımi qaydada icra edilmədiyi üçün öhdəliyin icrası zaminlik müqaviləsi əsasında zamin tərəfindən təmin edilməlidir. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməli,ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 3422,42 ABŞ dolları əsas borc,12,73 ABŞ dolları cərimə borcu,cəmi 3435,15 ABŞ dolları (üç min dörd yüz otuz beş ABŞ dolları on beş sent) ödəniş gününə məzənnə üzrə manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-3/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-3/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver