Məhkəmə qərarları › İş №2(014)-300/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-300/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-300/2022 27.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 28.12.2019-cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 996,16 (doqquz yüz doxsan altı) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 30.03.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 40,25 manat ödəniş etmiş və onun iddiaçıya 955,91 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 13.12.2021-ci il tarixə 258 gün üçün hesablanmış faiz borcu 6,9 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 13.12.2021-ci il tarixə 258 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 310,42 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə 28.12.2019-cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4412,87 (dörd min dörd yüz on iki manat səksən yeddi qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 31.05.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 407,91 manat ödəniş etmiş və onun iddiaçıya 4004,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 13.12.2021-ci il tarixə 196 gün üçün hesablanmış faiz borcu 20,18 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 13.12.2021-ci il tarixə 196 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1480,23 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faiz qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilən kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1(bir) faiz ödəmək şərti ilə 996,16 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1(bir) faiz ödəmək şərti ilə 4412,87 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015G**********01 saylı zaminlik müqaviləsinə əsasən 28.12.2019cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015G**********01 saylı zaminlik müqaviləsinə əsasən 28.12.2019cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə ünvanlanmış 16.12.2021-ci il tarixli maliyyə arayışından (məlumat) görünür ki, Cavabdeh1 banka 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 955,91 manat, faiz borcu üzrə 6,9 manat, cərimə borcu üzrə 310,42 manat, cəmi 1273,23 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə ünvanlanmış 16.12.2021-ci il tarixli maliyyə arayışından (məlumat) görünür ki, Cavabdeh1 banka 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 4004,96 manat, faiz borcu üzrə 20,18 manat, cərimə borcu üzrə 1480,23 manat, cəmi 5505,37 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış 19.11.2021-ci il tarixli pretenziya (xəbərdarlıq) məktublarından görünür ki, cavabdehlərə bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan 16.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı QSC 87,79 (səksən yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1(bir) faiz ödəmək şərti ilə 996,16 manat məbləğində kredit vermiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1(bir) faiz ödəmək şərti ilə 4412,87 manat məbləğində kredit vermişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 955,91 manat, faiz borcu üzrə 6,9 manat, cərimə borcu üzrə 310,42 manat, cəmi 1273,23 manat, və 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4004,96 manat, faiz borcu üzrə 20,18 manat, cərimə borcu üzrə 1480,23 manat, cəmi 5505,37 manat, cəmi 6778,60 manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC ilə zamin arasında bağlanmış 21.07.2015-ci il tarixli, zaminlik müqavilələrinə əsasən kreditorla borclu arasında bağlanmış kredt müqavilələrinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, bankdakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Eyni Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 95 manat və 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 955,91 (doqquz yüz əlli beş manat, qoxsan bir qəpik) manat, faiz borcu üzrə 6,9 (altı manat, doxsan qəpik) manat, cərimə borcu 95 (doxsan beş) manat və 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4004,96 (dörd min dörd manat, doxsan altı qəpik) manat, faiz borcu üzrə 20,18 (iyirmi manat, on səkkiz qəpik) manat, cərimə borcu 400 (dörd yüz) manat, cəmi 5482,95 (beş min dörd yüz səksən iki manat, doxsan beş qəpik) manat məbləğində borc məbləği və 87,79 (səksən yeddi manat, yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 955,91 (doqquz yüz əlli beş manat, qoxsan bir qəpik) manat, faiz borcu üzrə 6,9 (altı manat, doxsan qəpik) manat, cərimə borcu 95 (doxsan beş) manat və 28.12.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4004,96 (dörd min dörd manat, doxsan altı qəpik) manat, faiz borcu üzrə 20,18 (iyirmi manat, on səkkiz qəpik) manat, cərimə borcu 400 (dörd yüz) manat, cəmi 5482,95 (beş min dörd yüz səksən iki manat, doxsan beş qəpik) manat məbləğində borc məbləği və 87,79 (səksən yeddi manat, yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar